Psixoloq: "Cahil, kinli, əsəbi insanların inancına görə, Allah Gəncədəki şam ağacını yıxmaq qərarına gəlib"
"Gəncədə Yeni il üçün bəzədilən şam ağacını külək yıxıb. Gəlin, birinci şərhlərə nəzər yetirək - "Çox bəyəndim, super, amma nə idi elə aşan, onu bilmədim...", "Müsəlmanlar "yolka" qurur, nə məqsədlə? Allah istəmədi, aşırdı", "Qəşəng şeytan bayramıdır", "Əlhəmdülilləh, nə "bomba" oldu", "Lap əcəb olub", "Bu, o deməkdir ki, Yeni il, "Şaxta baba" müsəlman bayramı deyil, bunu qəbul etmək çoxmu çətindir?", "Allah böyükdür, bugünkü küləyin səbəbi bu imiş", "Allahu-Təala camaata "Ayılın!" deyir, qiyamətə az qalıb", "Yeni il bizim bayram deyil, müsəlman ölkəyik, amma xristianların bayramını keçiririk", "Yaxşı olub, çünki müsəlmanın əsl bayramı Novruzdur, Yeni il deyil. Müsəlmanın qanını, körpəsini, ailəsini öldürən, şeytanın yolunu gedən rusların bayramıdır...", "Bu, Allahın bəndələrinə işarətidir", "Allah edir, qardaş, bu, xristianların bayramıdır, müsəlmanların yox..." Cahil, kinli, əsəbi, həyatdan incik qalmış insanların fikrinə və inancına görə, Allah Gəncədəki şam ağacını yıxmaq qərarına gəlib..."
Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib.
"Maraqlıdır ki, eyni külək Ağstafadakı yanacaqdoldurma məntəqəsinə də zərər verib. Görəsən, Allahın həmin adamlarla, sahibkarla nə işi var idi? Bəlkə, benzinə su doldurur? Bu, bir zarafatdır... Ağstafalı olaraq oradan maşına xeyli benzin doldurmuşam. Heç bir problem olmayıb. Bəs yaxşı, Allahın Tovuzun "Turan" komandası və stadionun işıqlandırma dirəyi ilə nə problemi var idi? Hər zaman külək də olub, zəlzələ də, sel də. Hər zaman da olacaq. Bunun qiyamətlə, Allahın bizi cəzalandırması ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Zəhmət olmasa, orta məktəb kitablarını açıb yenidən oxuyun. Bəlkə, çürümüş ruhunuza, yüngülvari çürümüş ağlınıza bir terapiya götürəsiniz?", - psixoloq bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1243 Tarix: 26 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş18 yaşlı ana 3 aylıq körpəsini öldürdü
Rusiyanın Krasnoyarsk diyarında 18 yaşlı ana üç aylıq oğlunu öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 5-də Ujur şəhərində baş verib. İlkin məlumata görə, gənc qadın uşağı və valideynləri ilə birlikdə yaşayırmış. Səhər saatlarında körpə ilə evdə tək qalıb və ağlayan uşağı sakitləşdirməy
07.08.2026 216 Ən ağıllı insanların iki qəribə xüsusiyyəti - Psixoloqlar AÇIQLAYIR
Kütləvi şüurda çox ağıllı insan obrazı adətən eyni cür görünür: o, həmişə öz əməllərində əmindir, tez düzgün qərarlar qəbul edir, təmkinini qoruyur və heç vaxt şübhə etmir. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar reallıqda yüksək intellektin çox vaxt tamamilə başqa cür təzahür etdiyini iddi
07.08.2026 220 Aktrisa ayrıldığı ərinitəriflədi: "Bu nə yaraşıqlılıqdır"
Türkiyə kinosunun əfsanələrindən Türkan Şoray keçmiş həyat yoldaşı Cihan Ünalın sosial şəbəkədə paylaşdığı fotoya yazdığı şərhlə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, Şoray Ünalın fotosuna "Vay, bu nə yaraşıqlılıqdır" sözlərini yazıb. Keçmiş yoldaşı isə "Təşəkkür edirəm
07.08.2026 238 Xəzər dənizində unikal TAPINTI: suyu təbii təmizləyir
Xəzər dənizində suyun təmizlənməsinə kömək edən unikal molyusk aşkar edilib. xəbər verir ki, bu barədə "AkJayık" Dövlət Təbiət Qoruğunun mütəxəssisləri məlumat veriblər. "AkJayık" Dövlət Təbiət Qoruğu Qazaxıstanın Atırau vilayətinin Mahambet rayonunda və Atırau şəhərinin ətrafında
07.08.2026 198 Sabah 39 dərəcə isti olacaq
Avqustun 8-i gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-3
07.08.2026 214 Toyuq döşünü səhv bişirirsiniz: ətin şirəli və yumşaq olması üçün nə etməli
Toyuq döşü yüksək zülal tərkibi, tez bişməsi və müxtəlif qarnirlərlə uyğunluğu sayəsində ən çox istifadə olunan məhsullardan biridir. Ancaq bir çox insanın qarşılaşdığı ümumi problem var - bişdikdən sonra ətin quru və sərt olması. xarici mediaya istinadən xəbər verir ki, bunun qarşısını almaq düşündüyünüzdə
07.08.2026 210 "Real"ı rədd edib "Barselona"nı seçdi - Mourinyo ŞOKDA
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Madrid "Real"ını yox "Barselona"nı seçib. xəbər verir ki, onun "Real"a keçidinin ilkin razılaşmaya baxmayaraq niyə baş tutmadığı məlum olub. Qeyd olunur ki, Rodri "Real"la sövdələşməyə 100 faiz razı olub. "Siti"
07.08.2026 201 Dünyada şəkər qıtlığı təhlükəsi artır: Ən böyük təsir Avropada hiss olunacaq
Əkin sahələrinin azalması və anomal isti hava şəraiti səbəbindən Avropada şəkər istehsalının son on ildən artıq müddətdə ən aşağı səviyyəyə enəcəyi proqnozlaşdırılır. Bu isə qlobal şəkər qıtlığı ilə bağlı narahatlıqları artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb
07.08.2026 106 Pərvin arıqlaması ilə diqqət çəkdi - Fotolar
Aktrisa Pərvin Abıyeva xeyli çəki atması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşımlarda onun nəzərəçarpacaq dərəcədə arıqladığı diqqətdən yayınmayıb. Pərvin bir neçə gün əvvəl də yeni görünüşünü nümayiş etdirərək bu nəticən
07.08.2026 341