Ağ xalatlı "qəssab"ın zəlil etdiyi QURBANLAR və onun TƏRİF XƏSTƏLİYİ: Doktor Əmirova insanların həyatı ilə daha nə qədər oynayacaq?

Ağ xalatlı "qəssab"ın zəlil etdiyi QURBANLAR və onun TƏRİF XƏSTƏLİYİ: Doktor Əmirova insanların həyatı ilə daha nə qədər oynayacaq?Bu gün səhiyyə sahəsində zəngin təcrübəsi olmadığı halda öncə kosmetoloq, az sonra isə estetik cərrah kimi rahatlıqla fəaliyyət göstərən "tibb uzmanları"nın sayı durmadan artmaqdadır.

Sosial şəbəkələrdə müxtəlif hesablar açaraq etdikləri reklam paylaşımlarının şərh bölümündə özlərini təriflədən və fantaziyalarını boş buraxıb "peşəkar" olduqlarını isbatlamağa çalışan bu şəxslər bahalı həyat yaşayaraq insanları özlərinə inandırmağı bacarırlar.

Reklam şərtləriylə, məşhurları "gözəlləşdirən" bu "uzmanlar" hətta cəmiyyətdə ciddi nüfuz sahibi olan sanballı insanları belə qurbanlarına çevirməklə, "fəaliyyət" çevrələrini daha da genişləndirirlər.

Bu gün, belə kosmetoloqların qurbanlarının sayı o qədər çoxalıb ki, artıq dövlət səviyyəsində həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb.

Belə kosmetoloqlara geniş meydan verən məşhur səhiyyə müəssisələrindən birinin "Neapol" filialında uğursuz estetik əməliyyatın qurbanına çevrilən, əməliyyatdan sonra vəziyyəti pisləşərək komaya düşən, sonradan digər xəstəxanalara aparılaraq ölümün caynağından zorla qurtarılan saysız-hesabsız pasientlər var (bu barədə bir neçə ay öncə bütün mediada xəbərlər yayımlandığından geniş izah vermirik). Burada ən ilginc məqam həm də odur ki, sözügedən klinikanın "Neapol" filialının yaxın vaxtlaradək estetik əməliyyatların aparılması üçün uyğun lisenziyayası belə olmayıb.

Bir müddət əvvələ qədər eestetik əməliyyatların aparılmasına qadağa qoyulan, yalnız cüzi estetik müdaxilələrə icazə verilən klinikanın adıçəkilən filialının baş həkimi Natavan Əmirovanın pasientlərə yanaşmada sözün bütün mənalarında "at oynatdığı" iddia olunur. Öncə kosmetoloq, daha sonra cərrah kimi fəaliyyətini davam etdirən, uğursuz əməliyyatları nəticəsində pasientlərinin sosial şəbəkələrdə "qəssab" adlandırdığı doktor Əmirovaya "dur" deyən hələ ki tapılmayıb.

Əksinə, reputasiyasının zədələnməsinə baxmayaraq, bu doktorun cərrah bıçağının dalı da kəsir, qabağı da… Onun skalpelindən nəsibini alanların sayını heç kim dəqiq bilmir. Heç yerə əli çatmayan, dərdini yalnız sosial şəbəkələrdə paylaşa bilən zərərçəkmişlər onunla bağlı elə faktlar açıqlayırlar ki, insanın damarında qanı donur. Davamlı olaraq, özünü "feyk" profillərdən təriflədən xanımın bu şərhlərə aqressiv yanaşması da göstərdi ki, cidanı çuvalda gizlətmək artıq mümkün deyil.

Həmin rəylərin bəzilərini diqqətə çatdırırıq:

"
• Natəvan Əmirova 3 dəfə anamı əməliyyat edib. Qadına fiziki və mənəvi zərər vurub. Onun əməliyyat etdiyi hər bir kəsin sinirlərini zədələdiyini vurğulayırlar. İnsanlar bu qəssabın etdiyi əməliyyatlardan əziyyət çəkir. Bu insanı televizorda nümayiş etdirib, zərərçəkmiş insanları dinləmək lazımdır ki, bu şəxs qanun tərəfindən cəzalandırılsın. Başqaları qurbana çevrilməsinlər…

• Bu Natavanın insanlar üzərində praktikası bitmədi… Yaxın adamımızı əməliyyat edib, çox bərbad haldadır. Üç dəfə əməliyyat etməsinə baxmayaraq heç bir nəticə yoxdur….

• Bizim yaxınlarımızı bərbəd vəziyyətə salan heç bir bacarığı olmayan Natavan Əmirovadır. O, ancaq internet həkimidir. Allahı bilsin. Natavan beş il əvvəl mənim də ayağımı pis günə qoydu. Dolğu çürüdüb ayağımı. Göymgöy göyərib qalıb, çıxartmaq da mümkün deyil. Çünki təbii adı ilə vurulmuş süni dolğuymuş…"

Bunlar doktor Əmirovadan şikayətçi olanların çox kiçik qisminin ictimailəşdirdiyi faktlardır. İndi görün, dərdini bölüşməyən şəxslərin sayı nə qədərdir…

Səhiyyə Nazirliyi bəhs olunan bu kimi hallarla bağlı nəhayət qəti ölçü götürməlidir. Əks halda, bu kimi doktorların "əl işi" hələ çoxlarını mənəvi və fiziki cəhətdən şikəst edəcək.(yenicag.az)

Ağ xalatlı "qəssab"ın zəlil etdiyi QURBANLAR və onun TƏRİF XƏSTƏLİYİ: Doktor Əmirova insanların həyatı ilə daha nə qədər oynayacaq?Ağ xalatlı "qəssab"ın zəlil etdiyi QURBANLAR və onun TƏRİF XƏSTƏLİYİ: Doktor Əmirova insanların həyatı ilə daha nə qədər oynayacaq?Ağ xalatlı "qəssab"ın zəlil etdiyi QURBANLAR və onun TƏRİF XƏSTƏLİYİ: Doktor Əmirova insanların həyatı ilə daha nə qədər oynayacaq?Ağ xalatlı "qəssab"ın zəlil etdiyi QURBANLAR və onun TƏRİF XƏSTƏLİYİ: Doktor Əmirova insanların həyatı ilə daha nə qədər oynayacaq?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3292   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

TOP MP3