Albaniyanın keçmiş baş naziri ev dustaqlığına məhkum edilib

Albaniyanın keçmiş baş naziri ev dustaqlığına məhkum edilibAlbaniyada məhkəmə korrupsiyada təqsirli bilinən ölkənin keçmiş baş naziri Sali Berişa barəsində ev dustaqlığı qərarı çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Yüksək rütbəli məmurların və siyasətçilərin işlərinə baxan Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi İnstansiya Məhkəməsi əvvəlki məhdudlaşdırıcı tədbirləri pozduğuna görə 79 yaşlı Berişanın ev dustaqlığına məhkum edilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib. Onun xaricə çıxışı da qadağan edilib.

Sabiq baş nazirin vəkili Genc Gökutay bildirib ki, məhkəmə Berişanın ailəsindən başqa insanlarla ünsiyyətini də qadağan edib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, ötən həftə Albaniya parlamenti Berişanın hüquqi toxunulmazlığının ləğvinə qərar verib. Berişaya sadiq deputatlar sessiyanı pozmağa çalışıb və səsverməni boykot ediblər.

Berişanın ünsiyyətdən məhrum edilməsi əslində daha böyük siyasi problemə çevrilə bilər. Çünki o, ölkənin əsas müxalifət partiyası sayılan Albaniya Demokratik Partiyasının lideridir.

Qeyd edək ki, oktyabr ayında prokurorluq Berişa barəsində kürəkəni Camarber Maltesiyə 17 çoxmənzilli bina tikmək üçün dövlət torpaqlarının özəlləşdirilməsinə yardım etmək üçün vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi iddiası ilə cinayət işi açıb. Prokurorluq hələ məhkəmədə rəsmi ittiham irəli sürməyib və Berişa formal olaraq hələ də istintaq altındadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 512   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

10:47 87
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 314
.

Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı

"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey

10:49 63
.

"Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq"

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz

11:09 0
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 0
.

Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu

26.10.2026 449
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

26.10.2026 281
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

26.10.2026 347
.

Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb

Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd

26.10.2026 473
.