Ukraynanın alternativ planı nədir? - EKSPERT RƏYİ

Ukraynanın alternativ planı nədir? - EKSPERT RƏYİUkraynada gedən genişmiqyaslı müharibənin 2-ci ilinin tamamına yaxın Qərbin, xüsusilə əsas donor olan ABŞ-nin yardımının təxirə düşməsi rəsmi Kiyevin "B planı"nı işə salmasını gündəmə gətirib. Bəs bu plan nədir?

Ukraynalı siyasətçilər və ekspertlər durumla bağlı gerçəkliyi "Report"un Şərqi Avropa bürosuna açıqlayıblar.

Hərbi-siyasi şərhçi Taras Berezovets bildirib ki, Ukrayna hələ SSRİ-nin tərkibində olan zaman ən böyük silah istehsalçılarından biri idi: "Sovet İttifaqı dağıldıqdan sonra Ukrayna ən böyük hərbi sənaye kompleksinə malik oldu. Kiyev bundan müxtəlif silahların istehsalında və onların ixracında istifadə edib. Ukrayna düz 25 il ərzində ən çox silah istehsal və ixrac edən 10 ölkədən biri olub. Amma 2000-ci illərdən sonra müdafiə sənayesi ilə bağlı bir çox layihələr dayandırıldı. Belə ki, o vaxt hərbi sənaye kompleksi özəlləşdirilməyə başlandı. Lakin Ukrayna 2014-cü ildən sonra tədricən, 2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra isə sürətlə müdafiə sahəsi ilə öz proqramını həyata keçirməyə başlayıb. Hazırda Ukrayna şirkətləri unikal silahlar istehsal edirlər. Bu məqamda qeyd edək ki, Ukrayna hazırda dəniz dronları istehsal edən ən böyük ölkələrdən biridir. Bu dronların istehsalına cəmi 1 ildir ki start verilib. Amma onlar vasitəsilə Qara dənizdə düşmənin hərbi hədəfləri məhv edilir. Bundan başqa, Ukrayna zirehli texnikaların istehsalına dair proqramı fəal şəkildə inkişaf edir. Aydındır ki, müharibə başa çatdıqdan sonra Ukrayna istehsalı olan unikal silahlar digər ölkələrə ixrac olunacaq. İndi döyüş şəraitində həm yerli, həm də Qərb ölkələrinin yeni silahları sınaqdan keçirilir. Üstəlik, Qərb ölkələrinin Ukraynaya silah tədarükünü azaltması fonunda Kiyev müdafiə sahəsi ilə bağlı öz proqramlarını inkişaf etdirməyə məcburdur. Bununla bağlı artıq müsbət nəticələr var. Bu, Ukrayna hərbi sənaye kompleksinin böyüməsinə, çox sayda unikal silahın, ilk növbədə pilotsuz uçuş aparatlarının istehsalına təkan verir".

Politoloq Maksim Yali isə qeyd edib ki, təxminən iki ildir davam edən hərbi əməliyyatlar hazırda Qərb tərəfdaşlarının onları kifayət qədər döyüş sursatı, müxtəlif silahlarla tam təmin edə bilmədiklərini göstərir.

"Odur ki, Ukrayna özü silah istehsalına başlayıb. Ukrayna bu istiqamətdə 2023-cü ildə müəyyən uğurlar da qazanıb. Buraya ilk növbədə haubitsalar və ümumiyyətlə, artilleriya sistemləri üçün mərmilər daxildir. Bizim bununla bağlı müəyyən nailiyyətlərimiz var. Qərb ekspertlərinin fikrincə, Ukraynada hərbi əməliyyatların hazırkı tempini qorumaq üçün Qərb ölkələrinin – ABŞ, Avropa dövlətlərinə həm mərmi, həm də silah istehsalı üçün bir neçə il kifayət etməyəcək. Xüsusən də ABŞ-nin hərbi yardımının gecikməsini, Avropa İttifaqı ölkələrində buna dair müəyyən çətinliklərin olduğunu nəzərə alsaq, Ukrayna üçün yeganə yolun məhz bu olduğunu söyləyə bilərik. Digər tərəfdən, Qərb ölkələrinin öhdəliklərini yerinə yetirəcəyinə əminəm. Hər halda, Ukrayna yalnız özünə güvənməlidir, çünki Qərbdə siyasi vəziyyət dəyişə bilər. Belə ki, 2024-cü ildə ABŞ-də prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasında reytinqinə görə hazırda lider olan Donald Tramp Ukraynanı onun üçün əlverişli olmayan şərtlərdə danışıqlara məcbur etmək niyyətindədir. Əks təqdirdə, Tramp Ukraynaya silah tədarükündən imtina edəcəyini deyib. NATO və Aİ-nin mexanizmlərini nəzərə alsaq, Avropada da bu məsələ ilə bağlı problemlərin olduğunu söyləyə bilərik. Məsələn, dekabrda Macarıstanın veto qoyması ilə Ukraynaya 50 milyard avro məbləğində yardım ayrılması mümkün olmayıb.

Beləliklə, bu istiqamətdə iki problem var. Birincisi, əvvəllər qeyd etdiyim siyasi aspektlərdir ki, bu da bizi getdikcə özümüzə güvənməyə vadar edir: xüsusən də silah və sursat istehsalında. İkincisi, texnoloji çağırışla bağlıdır. Bu, bir neçə onilliklər ərzində həm Avropa ölkələrində, həm də ABŞ-də silah və sursat istehsalının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Onlar istəsələr belə, Ukraynanın bütün ehtiyaclarının ödənilməsi üçün qısa müddətdə istehsalı bərpa edə bilmirlər. Buna görə də silahlarla bağlı yeganə yol özümüzə güvənməkdir. Məlum olduğu kimi, biz "Boqdan" haubitsaları istehsal edirik. Artıq 6 aydır ki minaatanlar üçün mərmilər və digər silahlar istehsal edirik", - deyə politoloq vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yeni park salınır - Fotolar

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxt Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. xəbər verir ki, Bakıda yaradılan növbəti park paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlto

10:47 87
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 314
.

Ev alarkən bu səhvlərə yol verməyin - Əmlak eksperti açıqladı

"Uzunmüddətli investisiya baxımından bina seçərkən yalnız mənzilin ilkin alış qiymətinə deyil, əmlakın gələcək bazar dəyərinə, likvidliyinə, icarə potensialına və istismar xərclərinə kompleks yanaşmaq lazımdır". Bu sözləri BİG.AZ-a açıqlamasında əmlak eksperti Fərid Cəfərli bildirib. O qey

10:49 63
.

"Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq"

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz

11:09 0
.

Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib

Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını

11:11 0
.

Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu

26.10.2026 449
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

26.10.2026 281
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

26.10.2026 347
.

Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb

Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd

26.10.2026 473
.