Meyxanaçı Ağamirzə: "Necə deyim ki, sən meyxanaçı deyilsən?"

Meyxanaçı Ağamirzə: "Necə deyim ki, sən meyxanaçı deyilsən?""Fərqli meyxana deyənlər var, onları sıradan çıxarmaq lazımdır".

Bunu tanınmış meyxanaçı Ağamirzə Məmmədov "Teleqraf"ın suallarını cavablandırarkən deyib.

Onunla müsahibəni təqdim edirik:

- Ağamirzə müəllim, meyxananın hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Hazırkı səviyyə əladır, yaxşı meyxanaçılarımız var.

- Sizcə, son vaxtlar televiziyalarda meyxana sahəsinə və meyxanaçılara az yer verilməsinin səbəbi nədir?

- Əvvəllər meyxanaya həsr edilən proqramlarımız çox idi. Bununla belə, qeyd etdiyim kimi, bu gün meyxana sahəsinin səviyyəsi yaxşıdır. Meyxanaçılar arasında istedadlı gənclərimiz yetişir. Kim deyirsə, meyxana gözdən düşüb, yalan deyir.

- Meyxananın üslubunda nə kimi əskik tərəflər var, söz ustadı olaraq bu sahədə nələri dəyişmək istərdiniz?

- Elə bir sahə yoxdur ki, orada əskikliklər, nöqsanlar olmasın. İş olan yerdə nöqsan və çatışmazlıqlar da olmalıdır. Dediyim kimi, əvvəlki illərlə müqayisədə meyxananın səviyyəsi daha yüksəkdir. Burada hamımızın zəhməti var.

- Sizcə, meyxana sahəsində nəyi düzəltməyə ehtiyac var?

- Fərqli meyxana deyənlər var, onları sıradan çıxarmaq lazımdır. Yəni qeyri-peşəkarlar mövcuddur. Amma kimə deyim ki, "sən meyxanaçı deyilsən", "sən pis meyxana söyləyirsən". Bu ixtiyar əlimizdə yoxdur. Sosial şəbəkələrdə istədiyi meyxananı deyir, istədiyi meyxananı yazır, təqdim edir. Sosial media hesabında canlı yayım açır. Bunların qarşısını almaq mümkünsüzdür. Təbii, bu sahədə ciddi problem olsa, ciddi də ölçü götürərik. Bunlar ciddi problemlər deyillər.

Meyxana sahəsində ciddi problemlər olsa, hamımız ayağa qalxarıq. Maşallah, bizim yanımızda ordu var - meyxana deyənlər... Mən hansı bir meyxanaçıya desəm ki, gəlin bir araya toplaşaq, filan məsələni həll edək, 99 faizi hazırdır. Onlar dediyimi təsdiqləməyə və dəstək olmağa hazırdırlar.

- Gənclər meyxanaçı Balaəli Maştağalını daha çox sevirlər. Bununla razısınızmı?

- Bəli, Balaəli Maştağalını mən özüm də sevirəm. Yaxşı meyxana deyəndir, hazırcavabdır. Yalnız Balaəli Maştağalı deyil, bir neçə meyxanaçı var ki, çox sevilir. Balaəli çox ağıllı, tərbiyəli və böyüyə qulaq asan oğlandır.

- Bir çox meyxanaçı meyxanadan mahnı janrına keçib, Namiq Qaraçuxurlu, Pərviz Bülbülə...
- Bir ara bu hal dəhşət idi. Bir çoxu musiqili meyxanaya qaçdı, sonra gördü ki, alınmır. Bu sahənin bir neçə ustadı var, yalnız onlarda gözəl alındı. Mən də onları dəstəkləyir və alqışlayıram.

Dəfələrlə bir neçəsinə dedim ki, ay bala, meyxana deyənsənsə, meyxananı söylə, müğənnisənsə, müğənniliyini et. Bir-iki meyxanaçıda musiqili meyxana yaxşı alındı, digərləri də elə zənn etdi ki, onlarda da keyfiyyətli alınacaq. Gördülər ki, keyfiyyətli iş ortaya çıxmadı, yerlərində oturdular. Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Vüqar Maştağalı, Vasim Əzizovda bu janr gözəl alındı, başqalarında yox.

- Samirə Yusifqızıdan başqa qadın meyxanaçı yoxdur. Necə düşünürsünüz, bu sahə yalnız kişilər üçündür?

- Samirə Yusifqızıdan başqa bir neçə qadın meyxanaçımız da var, Mətanət Naxçıvanlı və başqaları.

- Ümumiyyətlə, xanım və meyxana sənəti nə dərəcədə bir-birinə uyğundur?

- Meyxana olduqca çətin sənətdir. Çox böyük istedad tələb edir. Məsələn, Samirə Yusifqızıda meyxana alınır, Mətanət Naxçıvanlı normal meyxana deyir. Meyxana deyənlərdən bir çoxu bəzi Xalq artisti və Əməkdar artistimizdən ustadır. Məsələn, Əməkdar artistlərdən biri ildə iki mahnı yazdırır, yarımsaatlıq toy mərasimlərində iştirak edir.

Amma meyxana sahəsi elə deyil, hər gün təzə meyxana deməlisən. Bunun üçün savad və güc lazımdır. Biz hər gün meyxana meydanında oluruq. Elə bir meyxana meydanı olmur ki, oradan tərlə çıxmayım.

Bəzi müğənnilər isə ildə beş-altı mahnı yazdırır və məclislərdə yalnız fonoqrama oxuyur. Bunlarla meyxana deyənləri necə eyni çəkiyə qoymaq olar?! Hər dəfə məclisə gedəndə yenə də sözün yaxşı mənasında həyəcan keçirirəm, yaxşı meyxana demək üçün... Meyxana sahəsi çox çətin sənətdir.

- Həmkarınız, meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti necədir?

- Ağakərimin səhhəti yaxşı deyil. Necə var, elə də davam edir, nə danışır, nə hərəkət edir. Ailəsi, yaxınları sağ olsunlar, əziyyətini çəkirlər. Allah ailəsinə, yaxınlarına səbir versin! Allah dostuma şəfa versin! Mən ziyarətinə gedəndə üzümə baxır, tanıyır, amma heç nə büruzə vermir. Deyəndə ki, bildin kim gəlib, başını tərpədir ki, hə.

- Bir müddət əvvəl Ağakərimə baş çəkib, sosial şəbəkələrdə paylaşım edən sənətçiləri tənqid etmişdiniz...

- Əslində, sosial şəbəkədə Ağakərimin o vəziyyətdə videosunu paylaşmağı düzgün hesab etmirəm. Mən də bir-iki dəfə sosial media hesabımda paylaşım etdim.

Onu da deyim ki, elə sənətçilər var, bir dəfə də Ağakərimin yanına gəlməyiblər. Onu ziyarət edənlər barmaqla sayılası qədərdir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1328   Tarix: 27 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis

11.10.2026 474
.

Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib. Aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir. N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb:

24.10.2026 272
.

4 ildən sonra bu seriala çəkiləcək

Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə

18.10.2026 603
.

Qızından Tünzalə ilə paylaşım - Fotolar

Xalq artisti Tünzalə Ağayevanın qızı Fidan onunla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Fidan anasının 50 illik yubileyində onunla çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb. O, şəklə "Əbədi" şərhini yazıb

24.10.2026 302
.

Bunun üçün 4 milyon ödəyib

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy

25.10.2026 328
.

Aygün Kazımova evindən VİDEO PAYLAŞDI

Xalq artisti Aygün Kazımova evindən görüntü paylaşıb. xəbər verir ki, Pop kraliça itlərinin videosunu yayımlayıb. Görüntülərdə sənətçinin evində saxladığı 3 it də yer alıb. Kazımovanın yataq otağından yayımladığı videonu təqdim edirik

17.10.2026 810
.

Mələkxanım Eyubovanın ailəsində ağır itki

Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!

18.10.2026 1098
.

Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24.10.2026 255
.

"Atam və anamdan çox o, mənə dəstək oldu"

Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin

17.10.2026 431
.