"Həmin an özümə dedim ki, axı, mən niyə bu linkə basdım" - Aygün Kazımova
"Dostum Ranar Musayevdən mənə mesaj gəldi. Mən onun səhifəsinin oğurlanmasından xəbərim yox idi. Baxdım və dedim ki, bu, Ranarın səhifəsidir. Yoxladım... Bir-birimizə yazdığımız mesajlara baxdım. Ona göndərdiyim səsli mesajları dinlədim. Sonra isə onun səsli mesajlarına qulaq asdım. Mesaj bölməsində aşağı düşdüm və göndərilən linkin üzərinə basdım. Həmin an özümə dedim ki, axı, mən niyə bu linkə basdım. Həmin an səhifəmə donuz şəkli gəldi. Bunu etməyə ehtiyac yox idi, çağırardı, gələrdim qoyun otarardım (gülür)".
BiG.AZ bizim.media-ya istinadən bildirir ki, bu sözləri bu gün 53 yaşına qədəm qoyan Xalq artisti Aygün Kazımova qonaq olduğu "İncə səhər" verilişində deyib.
Sənətçi "Instagram" sosial şəbəkə platformasındakı səhifəsinin oğurlanması hadisəsini belə nəql edib:
"Həmin an heç üzülmədim. Düşündüm ki, bir neçə dəqiqəyə səhifəm açılar. Normal qəbul etdim. Qəmli, kədərli reaksiyaları da anlamadım. Bir neçə gün keçdi, amma səhifəm açılmadı. Mən hər zaman ad günümdə sevənlərimə yeni layihə təqdim edirəm. Bu, artıq ənənəyə çevrilib. Biz də artıq İstanbulda bu layihəni etmişdik. Bitirdik və Bakıya gəldik, başımıza bu hadisə gəldi. Nə olursa, yaxşılığa doğru olur. Ad günümə 3 gün qalmışdı artıq mən özümü narahat hiss etməyə başladım. Elə bil ki, sevənlərimlə əlaqəm kəsilmişdi. Artıq depressiyaya düşürdüm. Amma bu hal yaşanmadı. Belə ki, 23 yaşlı Samir adlı gənc proqramçı səhifəmi açmağa kömək etdi".
Kazımova bildirib ki, onun səhifəsinin ələ keçirilməsi ilə bağlı müvafiq orqanlara müraciət edilib və bu işi görən şəxs və ya şəxslərin kimliyi yaxın zamanda açıqlanacaq:
"Mənim "Instagram" səhifəmin başına bu oyunu gətirən insanlara təşəkkürümü bildirirəm. Çox sağ olun! Siz mənə pislik etdiniz. Bilmirəm, məqsəd nə idi... Amma bu yaxınlarda hamı biləcək ki, bu işlər kimlər tərəfindən görülüb, hansı ünvandan baş verib. Bununla bağlı lazımi qurumlara da müraciətimizi etmişik. Hamısını açıqlayacağam. Çünki bu məsələ ilə bağlı məndən çox narahatlıq keçirənlər oldu".
Qeyd edək ki, 10 gündən artıq Aygün Kazımovanın rəsmi "Instagram" səhifəsi oğurlanaraq, ələ keçirilib. Bir neçə gündən sonra müğənnidən səhifəsinin qaytarılması üçün 10 min avro istənilib. Lakin ötən gün Kazımovanın səhifəsi açılaraq özünə təhvil verilib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24.10.2026 253 "Göz yaşlarımı saxlamaq çətin idi"
Müğənni Lətifə fanatlarından birinin onunla bağlı hazırladığı videoya maraqlı şərh yazıb. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı görüntülərlə bağlı hisslərini bölüşüb. O, keçmişdəki özü ilə yenidən qarşılaşmağın onda kövrək anlar yaşatdığını bildirib. Lətifə bu gün olduğu qadına
17.10.2026 396 Bacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14.10.2026 600 "Bu, özümüzlə üzləşməkdən daha asandır"
"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir
18.10.2026 464 Ömürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı
25.10.2026 483 ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA
Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild
23.10.2026 569 Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17.10.2026 513 4 ildən sonra bu seriala çəkiləcək
Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə
18.10.2026 603 Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11.10.2026 474