Bakıda ən bahalı və ən ucuz mənzillərin yerləşdiyi ərazilər (SİYAHI)

Bakıda ən bahalı və ən ucuz mənzillərin yerləşdiyi ərazilər (SİYAHI)Paytaxt Bakıda mərkəzə və dənizkənarı bulvara yaxın ərazilərdə yerləşən yeni tikili mənzillər olduqca bahalıdır.

Qaynarinfo xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Rieltor Mülkədar Rüstəmov deyib.

Onun sözlərinə görə, mərkəzə yaxın ərazilərdə mənzillərin 1 kvadratmetrin qiyməti 4000-5000 manat civarında dəyişir. M.Rüstəmov deyir ki, "Port Baku" tərəfdə yerləşən premium binalarda isə mənzillərin 1 kvadratmetrin qiyməti 7000-8000 manat aralığındadır:

"Bu ərazidə mənzilin ən bahalı qiyməti təxminən 1-2 milyon manata yaxındır. İçərişəhər metrosunun yaxınlığında yerləşən tarixi arxitektura layihəli binalarda isə bir kvadratmetrin qiyməti 3500-5000 manat civarında dəyişir. Sovet dövründən qalan "Leninqrad", "Daşkənd", "Stalinka" layihəli binalara gəlincə, ən bahalı mənzillər Elmlər Akademiyası, 28 May, Gənclik və Nəriman Nərimanov metrostansiyaları yaxınlığında yerləşir. Xüsusilə də Nəriman Nərimanovda Heydər Əliyev prospekti istiqamətində premium binaların sayı çoxdur. Bu binalarda mənzilin bir kvadratmetri 2500-3000 manatdan başlayır".

Rieltor vurğulayıb ki, hazırda Həzi Aslanov və Qara Qarayev metrostansiyaları istiqamətində yerləşən evlərə tələbat artıb. Bu ərazilər üzrə qiymətlərdə 5000-10 000 min manat civarında artım müşahidə olunur: "Ən ucuz mənzillər isə Günəşli, Biləcəri, 7-ci mikrorayon, Binəqədi kəndi, Zabrat, Ramana və Rəsulzadə qəsəbəsində yerləşir. Bundan başqa, Masazırda və Xırdalanda münasib qiymətə ev tapmaq mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6146   Tarix: 31 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İran və Oman Hörmüz boğazı üzrə razılığa gəldilər

İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər. TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Tərəflərin nəzərdən keçirdiy

05.08.2026 155
.

Tibbdə süni intellekt: Diaqnoz qoyan yox, həkimə kömək edən texnologiya

"Tibb sahəsində süni intellektin Azərbaycanda tətbiqi mümkündür və bunun üçün zəruri rəqəmsal infrastruktur tədricən formalaşır. Təsadüfi deyil ki, ölkədə qəbul olunmuş 2025-2028-ci illər üzrə Süni İntellekt Strategiyası çərçivəsində səhiyyədə tibbi məlumatların vahid informasiya mühitində inteqrasiyas

05.08.2026 180
.

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli

05.08.2026 107
.

Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR

Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

05.08.2026 145
.

"Bakı İstanbuldan gözəldir"

Türkiyəli jurnalist və aparıcı Fülya Öztürk Bakıya gəlib. Axşam.az xəbər verir ki, aparıcı paytaxtda gəzərkən insanlarla söhbət edib və təəssüratlarını bölüşüb. O, Bakı haqqında xoş sözlər deyərək sakinlərə müraciət edib:. "İstanbuldan daha gözəldir Bakı. Gəlin buraları görün, gəzin. Xəzər dənizin

05.08.2026 217
.

Filmlərdə gördüklərinizi gerçəyə çevirin: Bu ideyaları sınamağa dəyər

Bəzən bir filmə baxandan sonra həmin hekayə bitmir. Onun yaratdığı hiss uzun müddət insanın içində qalır və "mən də bunu yaşamaq istəyirəm" fikri yaranır. Romantik qayıq gəzintisi, adrenalin dolu anlar və ya dostlarla çimərlik əyləncəsi. Sevdiyiniz filmlərdən ilham alaraq yay tətilindəki ad

05.08.2026 139
.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

05.08.2026 134
.

Nümayəndələr Palatası uğrunda mübarizə: Trampı nə gözləyir?

ABŞ-da noyabrın 3-də keçirilməsi planlaşdırılan aralıq Konqres seçkiləri Prezident Donald Trampın Nümayəndələr Palatası üzərində nəzarəti itirməsi ilə nəticələnə və prezidentliyinin ikinci yarısını Demokratlar Partiyası ilə siyasi qarşıdurma şəraitində keçirməsinə səbəb ola bilər. xarici KİV-ə istinadə

05.08.2026 188
.

Messi görün harada yaxalandı

Lionel Messi paparassilərin görməməsi üçün çölə baxarkən kameraya düşüb. -ın xarici mediaya istinadən xəbərinə görə, argentinalı ulduz qapıdan baxarkən paparassilər tərəfindən məhz həmin anda yaxalanıb və bu, maraqlı görüntülərin yaranmasına səbəb olub. Dünya futbolunun ulduzlarından biri olan Lione

05.08.2026 202
.

TOP MP3