Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyirSonxeber.az-ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədək ödənişlərini vaxtlı-vaxtında həyata keçirdiyini bildirən Aytən Əhmədova(ad və soyad şərtidir) son iki ayın ödənişini edə bilmədikdən sonra ciddi problemlə üzləşdiyini deyir.

Vətəndaşın iddiasına görə, şirkət onu bloklayıb və mənzildən çıxarmaq istəyir. Belə çıxır ki, illərlə ödəniş edən müştəri cəmi iki aylıq gecikmədən sonra şirkətlə normal ünsiyyət qurmaqda belə çətinlik çəkir. Əgər iddialar təsdiqlənərsə, bu, şirkətin müştəriyə münasibəti ilə bağlı ciddi suallar yaradır.

.
Mənzil almaq insanın həyatında ən böyük maliyyə öhdəliklərindən biridir. Vətəndaş beş il ərzində ödəniş edib, müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə çalışıbsa, yaranan müvəqqəti çətinlik qarşısında ondan izahat tələb etmək, borcun ödənilməsi üçün qanuni həll yolları təklif etmək əvəzinə, onu evindən çıxarmaqla üz-üzə qoymaq nə dərəcədə doğrudur?

Əlbəttə, müqavilə üzrə ödənişlərin vaxtında həyata keçirilməsi hər bir müştərinin öhdəliyidir. Ancaq bu, şirkətə istədiyi kimi davranmaq hüququ vermir. İki aylıq gecikmənin hansı hüquqi nəticələr doğurması müqavilənin şərtlərindən və qanunvericiliyin tələblərindən asılıdır. Vətəndaşın mənzildən çıxarılması da özbaşına qərarla deyil, müvafiq hüquqi əsaslarla həyata keçirilməlidir.

Şirkət əməkdaşlarının davranışı ilə bağlı ciddi iddia

Aytən Əhmədova "Kristal Abşeron" şirkətinin Nicat Şəfiyev və Aida adlı əməkdaşlarının davranışlarından da narazıdır. Vətəndaş onların hərəkətlərini özbaşınalıq kimi qiymətləndirir. Vətəndaşın sözlərinə görə, şirkətin Aida adlı əməkdaşı vətəndaşa evini satması üçün təzyiq göstərir. Halbuki Aytən Əhmədova yaranmış iki aylıq borcunuda şirkətin verdiyi vaxt ərzində tam şəkildə ödədiyini bildirir. Belə olan halda vətəndaş hansı əsasla evindən çıxarılır? Bütün bunlar azmış kimi "Kristal Abşeron" şirkəti məsuliyyətdən yayınmaq üçün problemi digər tikinti şirkətlərinin üzərinə atır. Aytən Əhmədova həmçinin qanunsuz şəkildə mənzilin mebellərinin şirkət tərəfindən çıxardıldığını bildirir. Vətəndaş həmçinin bu günə qədər bütün ödənişləri vaxt-vaxtlında etdiyinə dair ödəniş qəbzlərinin əlində olduğunu deyir.

Burada şirkət rəhbərliyinə ünvanlanan suallar kifayət qədər ciddidir: Müştərinin müraciət imkanları niyə məhdudlaşdırılıb? Ödəniş gecikməsinin həlli üçün hansı addımlar atılıb? Mənzildən çıxarılma tələbinin konkret hüquqi əsası varmı? Şirkət əməkdaşları vətəndaşla münasibətdə hansı qaydalara əsaslanırlar?

Əgər şirkət həqiqətən də vətəndaşı bloklayıbsa, bu addımın səbəbi izah edilməlidir. Müştərinin borcu varsa, onun məbləği və ödəniş şərtləri aydın şəkildə bildirilməli, məsələ qanuni çərçivədə həll olunmalıdır. Vətəndaşla ünsiyyəti kəsmək və onu mənzilini itirmək təhlükəsi ilə üz-üzə qoymaq problemi həll etmək əvəzinə, daha da dərinləşdirə bilər.

Kristal Abşeron rəhbərliyi cavab verməlidir

Daşınmaz əmlak şirkətləri vətəndaşlardan böyük məbləğlərdə vəsait alır, onlarla uzunmüddətli müqavilələr bağlayırlar. Belə münasibətlərdə məsuliyyət yalnız müştərinin üzərinə düşmür. Şirkət də müqaviləyə, qanuna və müştəri hüquqlarına uyğun davranmalıdır.

Park Yasamal layihəsində baş verənlərlə bağlı "Kristal Abşeron" rəhbərliyi məsələyə aydınlıq gətirməlidir. İki aylıq ödəniş gecikməsinə görə mənzildən çıxarılma məsələsi hansı əsasla gündəmə gətirilib? Vətəndaşın şirkət tərəfindən bloklandığı iddiası doğrudurmu? Nicat Şəfiyev və Aida adlı əməkdaşların davranışları ilə bağlı araşdırma aparılacaqmı?

Vətəndaşın borcu varsa, bu, qanuni qaydada tələb edilməlidir. Ancaq şirkət də özünü qanundan üstün tuta bilməz. Müqavilə öhdəlikləri heç bir tərəfə digərinin hüquqlarını nəzərə almamaq səlahiyyəti vermir.

Material vətəndaşın təqdim etdiyi məlumatlar əsasında hazırlanıb. Şirkətin mövqeyi hələ əldə edilməyib; səsləndirilən iddialara münasibət bildirmək imkanı verilməlidir. Maraqlıdır ki, şirkət vətəndaşa qarşı özbaşınalıq edən Nicat Şəfiyev və Aida adlı əməkdaşları barəsində hansı tədbirləri görəcək?

P.S Qeyd olunan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 139   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini

25.10.2026 239
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

25.10.2026 225
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

25.10.2026 239
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

25.10.2026 324
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

11:41 56
.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

10:28 159
.

Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil

25.10.2026 500
.

Azərbaycan-Hindistan əlaqələrində yeni dinamika: Tarixi bağlar və iqtisadi maraqlar

"Müəyyən mərhələlərdə siyasi uzlaşmama halları olsa da Hindistan ilə Azərbaycan arasında əlaqələr hər zaman mövcud olub. Lakin hazırda bu münasibətlərin inkişaf etdiyini müşahidə edirik". Bu sözləri BİG.AZ-a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasını

10:42 121
.

Azərbaycanda bəzi mənzillər bahalaşacaq

Sovet dövründən qalma köhnə tikinti materiallarını və onların müvafiq qeyri-optimal standartlarını nəzərə alaraq, dekarbonizasiyaya nail olmaq üçün yüksək enerji səmərəliliyi standartlarına cavab verən yüksəkperformanslı izolyasiya materiallarının quraşdırılması tələb olunacaq. Belə ki, istilik təchizat

25.10.2026 381
.