Prezident İlham Əliyev və ATƏT-in Baş katibi Helqa-Mariya Şmid Münhendə görüşüblər - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev və ATƏT-in Baş katibi Helqa-Mariya Şmid Münhendə görüşüblər - YENİLƏNİB + FOTOFevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.

AZƏRTAC xəbər verir ki, ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunuldu. Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd etdi, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirdi. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı.

Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı.

16:36

Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Prezident İlham Əliyev və ATƏT-in Baş katibi Helqa-Mariya Şmid Münhendə görüşüblər - YENİLƏNİB + FOTOPrezident İlham Əliyev və ATƏT-in Baş katibi Helqa-Mariya Şmid Münhendə görüşüblər - YENİLƏNİB + FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 986   Tarix: 18 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin

12:20 192
.

Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib

19:20 0
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

17:00 120
.

Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı

12:40 203
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

17:59 64
.

Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər

"Rusiya Dəmir Yolları" ASC Türkiyə və Azərbaycandan Rusiyaya meyvə və tərəvəzlərin quru marşrutu vasitəsilə çatdırılması imkanlarını araşdırır. xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, bu barədə şirkət rəhbərinin birinci müavini Vadim Mixaylov İstanbuld

17:10 114
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

14:30 167
.

Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto

Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo

11:01 206
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 206
.