Fazil Mustafaya sui-qəsdi təşkil edən şəxs: "Peşman deyiləm, nə cəza verəcəksinizsə, tez verin" - VİDEO
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda keçən dəfə dindirilməsi yarımçıq qalan təqsirləndirilən Azər Səricanov suallara cavab verib.
Məhkəmədə Azər Səricanova Fazil Mustafanın hansı sözlərinin onun xoşuna gəlmədiyi soruşulub. O bildirib ki, burada oturanların günahı yoxdur:
"Burada oturanlara yön verən mən olmuşam. Silahlar da özümün olub. Fazil Mustafanın "Facebook" sosial şəbəkəsində yazdıqları məni qəzəbləndirib. Etdiyim əməldən peşman deyiləm. Nə cəza verəcəksinizsə tez verin".
Daha sonra A.Səricanovun ifadələrində ziddiyyət olduğu üçün ifadəsi elan olunub.
Daha sonra təqsirləndirilən Rəşad Əhmədov ifadə verib. O, hadisə barədə danışıb:
"Mənim günahım Azərin verdiyi silahı saxlamaqdır. Burada olanlar içərisində təkcə Azəri tanıyıram. Onu məsciddən tanıyıram. Sonra onunla yağ satırdıq. Fazil Mustafaya qarşı nə isə ediləcəyi barədə xəbərim olmayıb. Tutulanda məndən Valeh İsmayılovu soruşurdular. O mənim uşaqlıq dostum olub. Sonra Suriyada müharibə olanda ora getdi. Oradan da İrana keçdi, orada yaşayır.
Hadisədən qabaq Azər mənə silah verdi. Dedi saxla gəlib götürəcəyəm. Mən də sonra silahı Xəyyama verdim. O da Azərə verməli idi. Daha sonra telefonumda bəzi şəkillər vardı. Mənim əvvəldən pilot olmağa, hərbiyə marağım olub. Ona görə telefonda proqram vasitəsilə bəzi yerlərin fotoların çəkirdim. Bunun üçün xüsusi bir şeyə ehtiyac yoxdur. Hadisədən sonra Azərin tutulduğunu gördüm. Qorxub əvvəl İstanbula sonra da İrana getdim. 10 gün Qumda qalandan sonra Bakıya qayıtdım. Xəyyamdan soruşdum ki, silahı nə etmisən? Dedi ki, dənizə atmışam".
Daha sonra təqsirləndirilən şəxs Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib.
Növbəti məhkəmə baxış iclası martın 1-də keçiriləcək.
Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1177 Tarix: 19 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589