İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO
2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub.
Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub.
İş üzrə dindirilmiş Sərxan Dadaşov bildirib ki, sentyabrın 22-də yaşadığı qəsəbədə, marketin qarşısında dayandığı vaxt tanımadığı bir nəfər yaxınlaşaraq metronun "28 May" stansiyasına gedəcəyini bildirib.
Lökbatandan çıxmamış sərnişin parkın qarşısından sağa dönməsini, ora çatdıqda avtomobili söndürməyini və bir xanımın 5 dəqiqədən sonra gələcəyini deyib.
Təxminən 2 dəqiqə sonra əvvəllər ədavəti olan Kamil Cəfərov və onun dostu Şəhriyar Təhməzov avtomobilə yaxınlaşıblar və maşının qapısını açaraq Sərxan Dadaşovun sinəsinə təpiklə zərbə vurublar.
Avtomobildə müştəri qismində əyləşən və Kamilin qardaşı olan Samir onun baş nahiyəsinə bir neçə dəfə beşbarmaqla zərbələr vurub.
Şəhriyarla Kamil isə S.Dadaşovun ayağından çəkərək onu maşından çıxarmağa cəhd göstəriblər. O, hər iki əli ilə sükandan tutaraq ucadan qışqırıb, insanları köməyə çağırıb. Buna baxmayaraq, onu zorla avtomobildən yerə düşürüblər.
Bu zaman S.Dadaşov sağ qapının saxlanc yerindən açılıb-qatlanan bıçağı götürüb. Həmin şəxslər onu yerə yıxaraq təpikləməkdə davam ediblər. Sərxan Dadaşov bıçağı açaraq özünü qorumaqdan ötrü sağa-sola hərəkətlər etdirib. Həmin an təpik atdığı üçün bıçaq Kamilin sağ ayağına dəyib. Kamillə Samir onu buraxaraq qaçıblar.
Təxminən 1 saatdan sonra polis əməkdaşları Sərxanı 10-cu Polis Bölməsinə aparıblar və orada bilib ki, Kamil Cəfərov ayağından aldığı xəsarətlər nəticəsində çoxlu miqdarda qan itirərək dünyasını dəyişib. Məhkəmə iclasında Sərxan Dadaşov ittiham üzrə özünü təqsirli bilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Dadaşov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı Baku TV-nin materialında:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 936 Tarix: 20 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır
Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric
23.10.2026 279 Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb
23.10.2026 372 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd
23.10.2026 481 Canni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
10:22 209 Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB
Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu
23.10.2026 411 Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü
"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı
23.10.2026 370 Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23.10.2026 383 Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23.10.2026 358 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 424