BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTO

BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTOBirləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargah binasında 12 ölkənin - Azərbaycan, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistan, Tacikistan, Türkiyə və Türkmənistan və İranın BMT yanında daimi nümayəndəliklərinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş iştirakçılara təbrikini çatdırıb. Baş katib milyonlarla insanı, nəsilləri və millətləri birləşdirən Novruzun yeni ilin başlanğıcının, yazın gəlişinin və təbiətin dirçəlişinin bayramı olduğunu deyib və bu çətin dövrlərdə Novruzun dialoqu, mehriban qonşuluğu və barışığı təşviq etdiyini diqqətə çatdırıb. Quterreş Novruz bayramını qeyd edən bütün millətlərin nümayəndələrinə təbriklərini göndərib.

BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis çıxışında uzun illərdir keçirilən Novruz bayramının dünyada yaşayan üç yüz milyon insan tərəfindən təntənəli şəkildə qeyd olunmasının xalqların həmrəyliyinin təşviqinə xidmət etdiyini bildirib.

Daha sonra 12 ölkənin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçilərinin çıxışları dinlənilib.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev iştirakçılara Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularımızı çatdırıb.

Diplomat bildirib ki, Azərbaycan BMT Baş Assambleyasında 2010-cu ilin fevralı 23-də yekdilliklə qəbul olunan 21 mart tarixini "Beynəlxalq Novruz Günü" kimi tanıyan və bayramların əhəmiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfə verən 64/253 saylı qətnamənin təşəbbüskarı və əsas müəllifi olmaqdan qürur duyur.

T.Musayev əlavə edib ki, parçalanmalar, inamsızlıq və nifrətin vüsət aldığı bugünkü dünyamız sülh və yenilənmə mesajına hər zamankından daha çox ehtiyac duyur. Diplomat çıxışında Novruz bayramının əhəmiyyətini, mədəni irsin tərkib hissəsi kimi qarşılıqlı hörmət, anlaşma və sülh idealları əsasında xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib rol oynadığını, mədəni və qədim adət-ənənələri əks etdirdiyini, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verdiyini və mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayıb: "Hər ölkədə Novruz bir qədər fərqli şəkildə qeyd olunsa da, birləşdirici xüsusiyyətləri var ki, bu da onu bütövlükdə dünya üçün mükəmməl, rəngarəng və çoxşaxəli, ümumi məqsəd və istəklərlə bir araya gətirən mükəmməl metafora edir".

Tədbirdə 12 müxtəlif ölkədə Novruz bayramının atributlarını, adət və ənənələrini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Görüntülərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, Bakının gözəllikləri, Novruz adət-ənənələri və milli təamları nümayiş olunub. Tədbirdə, həmçinin qonaqlara Novruz atributlarının yer aldığı nəhəng xonça təqdim olunub. Xonçada Azərbaycanın hazırladığı rəngarəng guşə qonaqlar tərəfindən maraqla qarşılanıb.
BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTOBMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTOBMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTOBMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTOBMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 21 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır

Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric

23.10.2026 279
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

23.10.2026 372
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd

23.10.2026 481
.

Canni İnfantino Bakıda - Video

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə

10:22 209
.

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu

23.10.2026 411
.

Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü

"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı

23.10.2026 370
.

Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur

İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər

23.10.2026 383
.

Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir

Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların

23.10.2026 358
.

Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH

Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər

23.10.2026 424
.