Podolyak: Ukraynanın Moskvadakı terror aktı ilə əlaqəsi yoxdur

Podolyak: Ukraynanın Moskvadakı terror aktı ilə əlaqəsi yoxdurUkrayna "Crocus City Hall"da baş vermiş hadisəni terror aktı kimi qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "X"də yazıb.

O, həmçinin bildirib ki, bu məsələdə Rusiyanın Ukraynanı ittiham etməsi tamamilə əsassızdır: "Biz Rusiya rəsmilərinin "Ukrayna izi" versiyasını gözləyirdik. Bu, Rusiya təhlükəsizlik xidmətlərinin primitiv və proqnozlaşdırıla bilən xüsusiyyətidir".

M.Podolyak qeyd edib ki, bəzi məqamlar qaranlıq olaraq qalır: "Məsələn, bir qrup silahlı insan heç bir yoxlama olmadan insanların çox olduğu yerə gedir. Saat yarımdan çox müddət ərzində insanları atəşə tutur. Hüquq-mühafizə orqanlarının heç bir müdaxiləsi olmur. Sonra onlar sakitcə binanı tərk edir və avtomobillərlə Ukrayna sərhədinə doğru gedirlər. Axtarışda olan şəxslər açıq-aşkar, nümayişkaranə şəkildə üçün aktiv döyüşlərin getdiyi və hər metrin Rusiya təhlükəsizlik qüvvələri ilə dolu olduğu sərhəd keçidlərinə doğru istiqamət götürürlər. Üstəlik, ilkin məlumatlar və şahid ifadələrində radikal islamçılar günahlandırılır".

O yazıb ki, Ukraynanı bu terror aktı ilə əlaqələndirmək tamamilə qəbuledilməzdir: "Ukraynanın bu hadisə ilə zərrə qədər də əlaqəsi yoxdur. Ukrayna Rusiya ilə tammiqyaslı müharibə aparır. Biz məsələni döyüş meydanında həll edəcəyik. Rusiya xüsusi xidmət orqanlarının Ukrayna ilə bağlı versiyaları tamamilə əsassız və absurddur".

Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 630   Tarix: 23 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsində hansı maşınlar satılır - SİYAHI

2026-cı ilin yanvar-sentyabr ayları arasında ABŞ-da yeni avtomobil satışları 11.905.288 ədədə çatıb. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azdır. Ekspertlərin fikrincə, ABŞ avtomobil bazarındakı rəqabət getdikcə fərdi modellər arasında fərqli satı

23.10.2026 364
.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23.10.2026 333
.

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu

23.10.2026 396
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

23.10.2026 309
.

10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?

Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır

11:03 160
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd

23.10.2026 455
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin

11:45 157
.

"Başqa kişidən uşaq dünyaya gətirmərəm"

Xalq artisti Röya Ayxan ikinci dəfə ailə qurmaq və ana olmaq barədə sualları cavablandırıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində danışıb. Röya başqa bir kişidən ikinci dəfə övlad dünyaya gətirməyin tərəfdarı olmadığını bildirib:. "Heç vaxt ikinc

11:02 192
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 338
.