Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verdi: Qayınanası tərəfindən "arzuolunmaz gəlin"dir?

Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verdi: Qayınanası tərəfindən "arzuolunmaz gəlin"dir?Türkiyəli məşhur aktrisa Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verib.

İş adamı Hakan Sabancı ilə yaşadığı eşq macərası ilə gündəmdə olan aktrisa küçədə kameralara görüntülənib və jurnalistlərin suallarını cavablandırıb.

Sosial media hesabında izləyici sayı 32 milyona çatan və bununla da bir çox Hollivud ulduzunu geridə qoyan Hande Erçel Türkiyənin ən çox izləyicisi olan məşhuru hesab edilir.

"Nə deyim, gözəl bir şeydir, pərəstişkarlarıma təşəkkür edirəm", - deyə o bununla bağlı təəssüratını paylaşıb.

Bu yay Hakan Sabancı ilə evlənəcəyi barədə xəbərləri yayılan Hande Erçel gələcək qayınanası Arzu Sabancı tərəfindən "arzuolunmaz gəlin" adlandırılması ilə bağlı iddialara da münasibət bildirib.

"Dostlar, belə bir şey ola bilərmi? Lütfən…" - deyə o qeyd edib.

Aktrisa vurğulayıb ki, Hakan Sabancı ilə münasibəti onun həyatını müsbət istiqamətdə dəyişib. "Dediyim kimi, çox xoşbəxtəm, mən plansız səyahət edərdim, amma onun sayəsində planlı olmağı öyrəndim", - deyə Erçel bildirib.

O, eyni zamanda, evləndikdən sonra aktrisalığı tərk edəcəyi ilə bağlı sualı da cavablandırıb. "Xeyr, tərk etməyi düşünmürəm", - deyə əlavə edib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1739   Tarix: 23 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel

Müğənni Aysel Əlizadə bir müddət yaşadığı İstanbuldan Azərbaycana qayıtmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb:. "Əvvəl İstanbulda konsertlər çox olurdu, yarı burada, yarı orada qalırdım. Amma hazırda Azərbaycanda qalmağ

10.10.2026 363
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10.10.2026 410
.

25 milyonluq malikanəsi əlindən alına bilər

Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th

17.10.2026 500
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10.10.2026 546
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11.10.2026 423
.

4 ildən sonra bu seriala çəkiləcək

Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə

18.10.2026 526
.

"O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir"

Əməkdar artist Lalə Məmmədova boşanma ərəfəsində yaşadığı çətin günlərdən, övladlarından və şəxsi həyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində açıqlama verib. Sənətçi boşanma ərəfəsində həyatının ağır dövrünü yaşadığını bildirib:. "Boşanm

17.10.2026 392
.

Colinin malikanəsini Madonna alıb?

Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdəki məşhur malikanəsini müğənni Madonna­nın aldığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Bildirilir ki, 51 yaşlı aktrisa sentyabrın sonunda vaxtilə rejissor Sesil B. DeMill

10.10.2026 316
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11.10.2026 865
.