Mətbuat Şurası rusiyalı jurnalisti Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə çağırıb
"Crocus City Hall" konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı xüsusunda yaranmış durum hadisə ilə bağlı yayılmış informasiyalara həssas yanaşılmasını aktuallaşdırır. Təəssüf ki, Rusiyada bu həssaslığı heç də hər kəs ciddi şəkildə düşünmür. Teleaparıcı, jurnalist Vladimir Slovyov belələrindən biri, bəlkə birincisidir".
Oxu.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında bildirilib.
Qeyd edilib ki, məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır:
"V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konspiraloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur.
V.Solovyovun "Crocus City Hall"da törədilmiş təxribata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin "sifarişlərini" yerinə yetirdiyi məlumdur. Onun erməniəsilli rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla "işbirliyinin" təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu "trio" hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun "Crocus City Hall" olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xətin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir.
Şübhə yoxdur ki, V.Solovyovun "Crocus City Hall" terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Bu, media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır. Jurnalistin hadisə və proseslərə yanaşması, habelə qiymətləndirmə tərzi Rusiya ictimaiyyətini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış yönləndirməklə məşğuldur. Onun tutduğu mövqe əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verməkdir. Bu, bir peşə sahibinin nəinki başqa, ən əsası vətəndaşı olduğu ölkəyə vurduğu son dərəcə ağır zərər və ziyandır.
Azərbaycan Mətbuat Şurası V.Solovyovun "Crocus City Hall" konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu hadisə ilə əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyir. Şura Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırır. Mətbuat Şurası ümidvardır ki, V.Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1004 Tarix: 25 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
10:15 159 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 424 Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü
"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı
23.10.2026 357 Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB
Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu
23.10.2026 373 İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM
Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri
23.10.2026 344 Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu
Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo
23.10.2026 338 Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir
Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı
23.10.2026 306 Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır
Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib
23.10.2026 327 Bu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin
11:45 94