FHN-dən gözlənilən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində martın 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Bundan əlavə, bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1137 Tarix: 25 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
CineMastercard "Maykl" filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO
"Dəniz Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutdu. Bu möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən "Maykl" bioqrafik filminin düny
17:13 112 Vaşinqtondan müttəfiqlərə xəbərdarlıq: yeni addımlar gündəmdə
Vaşinqton İranla mümkün münaqişə fonunda ABŞ-ı dəstəkləməyən NATO müttəfiqlərinə qarşı tədbirlər siyahısı hazırlayıb. xəbər verir ki, Reuters agentliyi Pentaqon-un daxili elektron yazışmalarına istinadən bu barədə məlumat yayıb. Məlumata görə, memorandumda bəzi müttəfiqlərin ABŞ-a İran istiqamətind
12:13 167 Qırmızı kitab növlərinə qarşı pozuntular cəzalandırılacaq
"Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilən və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, Qanunvericiliy
15:08 152 ChatGPT mübahisələr zamanı aqressivləşə bilər - ARAŞDIRMA
Yeni araşdırma göstərib ki, ChatGPT uzunmüddətli mübahisəli dialoqlar zamanı aqressivləşə və bəzi hallarda təhqir, hədələmə və şəxsi hücumlara keçə bilər. xarici mediaya istinadən xəbər verir ki, tədqiqat iri dil modellərinin düşməncəsinə qurulmuş uzun ünsiyyətə necə reaksiya verdiyini araşdırıb. Alimlə
18:45 1 Repetitorsuz hazırlaşaraq 300 bal topladı
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 300 bal toplayan şagirdlərin siyahısı elan olunub. BİG.AZ -a istinadən xəbər verir ki, onlardan biri də Qusar rayonu, Yuxarı Zeyxur kənd orta məktəbinin şagirdi Qayıbova Emiliya Vitalik qızıdır. O bildirib ki, belə bi
10:19 254 Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir
"Qarabağ"da intizam qaydalarını pozduğuna görə, klubun əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyevlə bağlı yeni məlumat yayılıb. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Elvin Cəfərquliyev "Neftçi" klubuna keçə bilər. Məlumata görə, mövsümü
15:55 172 Təhlükəli gələcək: insanı robotlar böyütsə…
"İstehsalat sahəsində robotların insanı əvəz etməsi artıq uğurla tətbiq olunan bir reallıqdır. Lakin insan tərbiyəsini tamamilə texnikaya və robotlara həvalə etmək ciddi suallar doğurur". Bunu BİG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib. O, qeyd edib ki, insan digər canlılarda
15:22 165 Bayağı musiqilər olmayacaq, forma isə vacibdir - "Son zəng"lə bağlı yeni tələblər
Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib. -a istinadən xəbər verir ki, bununla bağlı məktəblərə təlimatlar göndərilib. Təlimata əsasən, "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdə
10:21 253 İsrailin Müstəqillik Günü - qardaşlığın və gücün bayramı - KÖŞƏ YAZISI
Bu gün İsrail üçün xüsusi və qürurverici bir gündür. İsrailin Müstəqillik Günü yalnız bir dövlət bayramı deyil, həm də gücün, inkişafın və milli ruhun təntənəsidir. Bu gün İsrail öz qüdrətini bir daha nümayiş etdirir, bayrağını yüksəkdə dalğalandıraraq dünyaya varlığını və iradəsini göstərir. Bu bayra
09:54 221