Hərbi ekspert: Ukraynanın Qərbin dəstəyi olmadan müharibə aparması çətindir, F-16-lara ehtiyacı var

Hərbi ekspert: Ukraynanın Qərbin dəstəyi olmadan müharibə aparması çətindir, F-16-lara ehtiyacı varUkraynanın Qərbin dəstəyi olmadan müharibə aparması çətindir. Bu ölkənin F-16-lara və bütövlükdə hərbi yardıma ehtiyacı var.

Bu fikirləri "Report"a açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, Ukrayna tərəfinin son açıqlamaları onun bu dəstəyi istədiyini göstərir, çünki ortada bir yorğunluq və tükənmişlik var:

"Keçən il Ukrayna müharibənin son dərəcə mühüm mərhələsindən keçdi. Ukrayna havada üstünlüyü olmadan əks-hücuma cəhd etdi və gözləntiləri özünü doğrultmadı. Bu isə Ukraynada müəyyən yorğunluq yaratdı. Digər tərəfdən Qəzza müharibəsi onların diqqətini yayındırdı. Avropa, Baltikyanı və Mərkəzi Avropada bəzi zəifliklər ortaya çıxdı. Bütün bunlar münaqişəyə təsir göstərdi".

A.Ağar vurğulayıb ki, indiki mərhələdə Rusiya bütün çətinliklərinə baxmayaraq, daha təşəbbüskar görünür:

"Bu baxımdan Rusiyanın irəliləməsinin qarşısı alınmalı və gücü zəiflədilməlidir. Hazırda Rusiyanın, xüsusilə Odessa və Xarkov vilayətlərində müharibə ilə bağlı geosiyasi gözləntiləri, hesablamaları var. Ona görə də bu il Ukraynanın dəstəyə çox ehtiyacı var. Ukraynanın Qərbin dəstəyi olmadan müharibə aparması özündə böyük çətinliklər ehtiva edir. Ona görə də dəstək görmək istəyir. Bu dəstək daxilində F-16-lar da yer almalıdır".

Müsahib söyləyib ki, Ukrayna uzunmənzilli artilleriya sursatları və kəşfiyyat dəstəyinə də ehtiyac duyur:

"Çünki silah-sursatı bitib. Əlbəttə, ABŞ Prezidenti Cozef Bayden onları dəstəkləməyə meyillidir, lakin onlar öz siyasi oxlarında, Senatda və Nümayəndələr Palatasında zəifliklər yaşayırlar. Buna görə də istədiyi dəstəyi verə bilmir və başqa həll yolları axtarmağa məcbur olur. Bunların fonunda deyə bilərəm ki, müəyyən çəkişmə görəcəyik. Hazırda hər şey Amerikadakı seçkilərə yönəlib. Bayden seçkilərə qədər mövqe itirmək istəmir. O, Ukraynaya dəstəyini və təsirini davam etdirməyə çalışacaq, lakin müəyyən çətinliklər ortaya çıxıb. Ancaq müharibənin digər tərəfi olan Rusiya üçün də işlər heç asan deyil. Çünki o da resurslarının böyük bir qismini istifadə edib".

Hərbi ekspert son olaraq qeyd edib ki, yorğunluq olmasına, diqqətin yayınmasına baxmayaraq, müharibə hələ bitməyib, hətta müxtəlif ərazilərə yayılma riski var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 777   Tarix: 30 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi

Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib

23.10.2026 224
.

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba

23.10.2026 280
.

"Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri

23.10.2026 279
.

Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib

Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8

23.10.2026 375
.

Coni nadir xəstəlikdən əziyyət çəkir?

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç

23.10.2026 227
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

23.10.2026 266
.

İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir

Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq

23.10.2026 218
.

Rəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?

Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş

23.10.2026 261
.

"7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"

Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş

23.10.2026 318
.