Eyni anda iki dostla birlikdə olan qadın sevgilisinin ölümünə səbəb oldu - CİNAYƏT İŞİ + VİDEO
Bakıda kişi həyat yoldaşı ilə sevgili olan dostunu öldürüb.
Belə ki, Fərhad (adlar şərtidir) səkkiz il sonra Bakıya gəlib və tələbəlik dostu Coşqunla görüşüb. O, axşamüstü qayıtmalı olduğunu bildirsə də, Coşqun ona "şəhəri gəzməyə, dərdləşməyə vaxtın tapılar" deyir və qoluna girərək şəhərə aparır.
Doğrudanmı Fərhad Bakıya yalnız tələbəlik dostu Coşqunu görmək üçün gəlib, yoxsa səfərinin başqa məqsədi var?
İstintaq zamanı məlum olub ki, Fərhad ilk dəfə Bakıya ali təhsil almaq üçün gəlib. Universiteti bitirdikdən sonra bir müddət özəl şirkətdə sürücü işləyib və tələbə yoldaşı İlahə ilə ailə qurduqdan sonra yaşadığı kəndə qayıdıb. İlahə ilə Fərhadın toyunda Coşqun və digər tələbə yoldaşları da iştirak ediblər.
Coşqun və Fərhad əvvəlcə tələbəlik illərində tez-tez görüşdükləri parka gəliblər. Universitet illərini, başlarına gələn hadisələri, keçən günləri xatırlayıblar. Coşqun şəhərdə hər şeyin dəyişdiyini deyir və Fərhadın rayonda vəziyyətini soruşur. Fərhad "hər şey yaxşıdır", "mən xoşbəxtəm" kimi qısa kəlmələrlə cavab verir.
Sonra onlar maşınla dəniz kənarına gedirlər. Coşqun darıxanda tez-tez bu yerlərə gəldiyini, gəmilərə baxaraq həyatını düşündüyünü deyib. Atasının ölümü, özünün indiyədək ailə qurmaması, həyatın daha da çətin olması haqda gileylənib. Fərhad ona təsəlli verib, hər şeyin hələ irəlidə olduğunu deyib və birlikdə nahar etməyi təklif edib.
Məhkəmədə dindirilən Fərhad kafeyə getmək təklifini orada spirtli içki içmək məqsədinin daşıdığını və bunu əməlini daha cəsarətli törətmək üçün etdiyini bildirib.
Beləliklə, onlar şəhər kafelərindən birinə nahar etməyə gəliblər. Yemək zamanı spirtli içki qəbul ediblər. Fərhad artıq heç nə danışmır, sadəcə Coşqunun sərxoş söhbətlərinin bitməsini və bir qədər gərginliyin başlamasını gözləyir. Coşqun Fərhada münasibətdə olduğu bir qadın haqqında danışır. Bu zaman Fərhadın ağlına həyat yoldaşı İlahə düşür. Aqressivləşməyinə baxmayaraq, əsəblərini cilovlaya bilir. Bu, onların arasında yaranan gərginliyin başlanğıcı olur.
Onlar kafedən sərxoş çıxıb küçədə gəzirlər. Fərhad sözünü demək üçün cəsarət toplayır. Bu vaxt Coşqun artıq vaxtın gec olduğunu və sağollaşmaq lazım olduğunu deyir. Amma Fərhad "gəl, gedək bir çay içək, sonra" deyir və Coşqunun qolundan yapışaraq ən yaxın çayxanaya aparır.
Çayxanada təsadüfdən onlardan başqa heç kim olmur. Fərhad süfrə arxasında oturub çay içərkən söhbətə başlamağı düşünür. Əvvəlcə o, zəng etmək üçün Coşqundan telefonunu istəyir. Coşqunun üz ifadəsi gərginləşsə də, bunun sadə bir xahiş olduğunu zənn edərək telefonunu Fərhada uzadır. Fərhad həyat yoldaşı İlahənin nömrəsini tapır, ona zəng edir və telefona cavab verən İlahə "hə, sevgilim" deyir. Coşqunun əl-ayağı əsməyə başlayır, ağlına gələn ilk sözlərlə özünü müdafiə etməyə çalışaraq bunun İlahə ilə tələbəlik illərindən qalan zarafat olduğunu deyir. Hər şeyin səhv olduğunu bilən və bunu demək üçün Bakıya gələn Fərhad əsəblərini cilovlaya bilmir, süfrədəki çaydanı Coşqunun başına vurur. Coşqun hadisə yerində qanitirmədən vəfat edir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1071 Tarix: 31 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
23.10.2026 224 "Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba
23.10.2026 280 "Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri
23.10.2026 279 Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib
Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8
23.10.2026 375 Coni nadir xəstəlikdən əziyyət çəkir?
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç
23.10.2026 227 Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir
Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı
23.10.2026 266 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
23.10.2026 218 Rəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?
Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş
23.10.2026 261 "7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş
23.10.2026 318