Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi olub: Şahidlər dindiriliblər

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi olub: Şahidlər dindiriliblər2017-ci ildə Azərbaycan gözəli seçilən, tanınmış model Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi baş tutub.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.

İş üzrə şahid qismində ifadə verən Urfan Məcidli, Nizam Vəliyev, Elçin Bədəlov və Rövşən Əkbərov bildiriblər ki, Raziyyat Əliyevanın özünə məxsus olduğu iddia etdiyi avtomobilin texniki pasportunda Razinin deyil, məhz Ziya Hüseynzadənin adının qeyd olunduğunu görüblər.

Şahid Yafət Həsənov isə təkcə avtomobilin evakuatorla götürülməsinin şahidi olduğunu bildirib. Onun sözlərinə görə, Ziya Hüseynzadənin zərərçəkmiş şəxsin anası olan Xadijat Əliyevanı evinə qalxdığını, orada olan qapısını sındırdığını və təhqiramiz ifadələr işlətdiyini görməyib:

"İstintaq dövründə verdiyim ifadə mənə aid deyil, o izahatı təzyiq altında imzalamışam".

Zərərçəkmiş şəxsin anası Xadijat Əliyeva isə şahidin ifadəsinə narazılıq edib.

Şahid isə "Nə qədər ki ruhum üstümdədi, dedikləriniz heç vaxt olmayıb və yalandır!" deyib.

Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, təqsirləndirilən şəxs Ziya Hüseynzadədən heç vaxt pul almayıb. Lakin təqsirləndirilən şəxsin vəkilləri tərəfindən təqdim edilən maddi sübutlar bunun da yalan olduğunu üzə çıxarıb.

Daha sonra məhkəmə iclasında şahid qismində zərərçəkmiş şəxsin yaxın rəfiqələri Kamila Süleymanova və Aytən Muxtarova da ifadə veriblər. Onlar ümumiyyətlə Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü görmədiklərini, ancaq döyülməsi barədə məlumatları Razi Əliyevanın özündən eşitdiklərini bildiriblər.

Təqsirləndirilən şəxs Ziya Hüseynzadə bildirib ki, Razinin ən yaxın rəfiqəsi olan Kamila Süleymanova ilə daha yaxın münasibətləri olub və bir müddət Gürcüstanda onunla birlikdə yaşayıb.

Hakim zərərçəkmiş şəxs Razi Əliyevanın prosesə gəlməməsi ilə bağlı onun anası Xadijat Əliyevaya xəbərdarlıq edib. Bildirib ki, bu hal növbəti dəfə təkrarlansa, zərərçəkmiş barəsində polis nəzarəti altında məcburi gətirilmə barədə qərar qəbul edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yumurtalar təhlükəlidirmi? - Əsl risk nədədir

"Uzun müddətdir sosial şəbəkələrdə qidaların süni şəkildə hazırlanması ilə bağlı videolar paylaşılır. Bu videoların əksəriyyətinin Çində çəkildiyi iddia olunur. Onlardan biri də "süni yumurta" mövzusudur. Lakin internetdə yayılan bu cür görüntülər adətən ya laboratoriya təcrübələri, y

23.04.2026 369
.

Tələbələr bu tarixlərdə distant oxuyacaq

Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmr Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçünc

23.04.2026 336
.

İranda sürətli qayıq sürüləri Hörmüzdə gəmiçilik üçün təhlükə yaradır

İranın Hörmüz boğazı yaxınlığında iki konteyner gəmisini ələ keçirmək üçün kiçik, sürətli qayıqlardan istifadə etməsi ABŞ qüvvələrinin onun dəniz təhdidini aradan qaldırdığı iddialarını sarsıda bilər və dünyanın ən vacib neft ixrac marşrutlarından birinin yenidən açılması ilə bağlı çətinlikləri üzə çıxar

10:49 116
.

Aİ Ukraynaya 90 mlrd. avro kredit və Rusiyaya qarşı yeni sanksiyaları rəsmən təsdiqləyib

Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kreditin verilməsini təsdiq edib və Rusiyaya qarşı yeni - 20-ci sanksiyalar paketini qəbul edib. APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta "X" hesabında bildirib. "Aİ-nin Ukraynada ədalətli və davamlı sülh

23.04.2026 246
.

Tramp İrana son tarix təyin edib? - Ağ Ev AÇIQLADI

Ağ Evin sözçüsü Karolin Livitt ABŞ Prezidenti Donald Trampın İrana razılığa gəlmək üçün bir neçə gün vaxt verdiyinə dair iddiaları təkzib edərək, atəşkəs üçün son tarixi Trampın təyin edəcəyini bildirib. Bizim.Media xəbər verir ki, "Fox News"a danışan Ağ Ev sözçüsü İranla bağlı mövcud vəziyyət

23.04.2026 265
.

Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir

Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası basketbol turniri keçirilir. Bu yarışları

10:58 119
.

Qüdrətdən "Məhəllə" etirafı: "İndi baxanda kədərlənirəm" - VİDEO

Aktyor Rafael İsgəndərov Moskvadan etdiyi paylaşımı ilə diqqət çəkib. Ölkə.az xəbər verir ki, sənətçi "Məhəllə" filmindən kadrlar paylaşmaqla yanaşı, ekran işinin çəkildiyi məkanlara gedərək həmin yerlərdən görüntülər yayımlayıb. İsgəndərov paylaşımında bu sözləri yazıb: "Bu film komediy

23.04.2026 364
.

İrəvanda keçirilən yürüş və regional mesajlar

Ermənistanın paytaxtı İrəvanda XX əsrin əvvəllərində baş vermiş hadisələrin qurbanlarının xatirəsinə həsr olunan məşəl yürüşü keçirilib. xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb. Nəşrin məlumatına görə, ənənəvi yürüş İrəvanın Respublika meydanından başlayıb və tədbir iştirakçıları həmi

11:11 91
.

Vaşinqtondan müttəfiqlərə xəbərdarlıq: yeni addımlar gündəmdə

Vaşinqton İranla mümkün münaqişə fonunda ABŞ-ı dəstəkləməyən NATO müttəfiqlərinə qarşı tədbirlər siyahısı hazırlayıb. xəbər verir ki, Reuters agentliyi Pentaqon-un daxili elektron yazışmalarına istinadən bu barədə məlumat yayıb. Məlumata görə, memorandumda bəzi müttəfiqlərin ABŞ-a İran istiqamətind

12:13 2
.

TOP MP3