Afət Fərmanqızı: "İlhamə Quliyevanın sağlığında danışa bilmirdinizsə, indi susun"
"Mən Azərbaycanda yaşayanda, şou-biznesin mərkəzində olduğum üçün çox da fərqinə varmırdım. Düşünürdüm ki, elə belə də olmalıdır. Moskvada yaşayandan Azərbaycan şou-biznesi çox aydın görünür. Primitiv, bəsit mövzuların üstündə söz-söhbət baş alıb gedir. Bu da o deməkdir ki, şou-biznesdə özbaşınalıqdır. Rəhmətlik İlhamə xanım Quliyevanın vaxtında hardasa böyük-kiçik məsələsi var idi. Haqlı-haqsız bilinirdi. İlhamə xanım həddini bilməyənləri yerində oturdurdu".
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib:
"İlhamə xanım rəhmətə gedəndən sonra vaxtilə danışa bilməyənlər çıxıb danışdılar. Buna da kimlər şərait yaratdı? Vaxtilə İlhamə xanımın yanında yaltaqlanan, ona hər gün kompliment deyən bəzi aparıcılar. Onlar bəzi adamları verilişlərində çıxarıb reytinq naminə danışdırdılar. Amma bu kənardan çox pis görünür. Onlar həmin aparıcıların verilişində bəzən İlhamə xanımın ünvanına da xoşagəlməz sözlər dedilər. Xalq hamısını çox yaxşı tanıyır. Onların rəylərdə cavabını da verirlər. Ay aparıcı, ay müğənni hünərin çatırdısa İlhamə xanının sağlığında deyərdin bu sözləri. Ölünün arxasınca danışmazlar. Kimin hünəri çatırdısa onun sağlığında danışardı. Danışa bilmirdilərsə indi mumlayıb, sussunlar".
O daha sonra toy sahəsindən danışıb.
"Toy özü böyük bir məktəbdir. Hər adamın hünəri çatmır ki, altı saat hər gün yeni-yeni mahnılarla, repertuarını təzələyə-təzələyə insanların ruhunu oxşasın. Bu da hər müğənniyə nəsib olmur. Özümü toy sahəsində ən uğurlu üç-beş müğənnidən biri hesab edirəm. Kifayət qədər normal qonorara el şənliklərinə dəvət alıramsa, bu özü bir uğurdur. İnsanlara zorla deyə bilməzsən ki, sən Allah məni özünlə toya apar. Bir-iki toya səni xətir-hörmətə dəvət edərlər, bəs ondan sonra?! Bu illərlə, aylarla davam edirsə demək ki, uğur ortadadır", - deyə müğənni qeyd edib.
Sənətçi bildirib ki, toy məclislərində muğama bir o qədər də yer yerilmir. Amma istisnalar var.
"Mən toy sahəsini həm şou-biznesə aid edirəm, həm də çox ciddi bir sahəyə. Toy dedikdə gözümüzün qabağına şənlənmək, oynamaq gəlir. Bizim ixtiyarımız yoxdur ki, illərlə gözlədikləri gün gedib onları ağladıb, kədərləndirək. Onlara sevinc bəxş etməyə gedirik. İnsanların illərlə arzuladıqları gün üçün dəvət etdikləri müğənni də demək ki, ciddi bir müğənnidir. Toy ab-havasında muğama çox da tələbat yoxdur. Bunu hamı təsdiq edə bilər. O səbəbdəndir ki, xanəndələr toya dəvət almır. Amma Bakı, Qarabağ bölgəsində müəyyən qədər muğamlara yer verildiyinin şahidi olmuşam. Amma demək olar ki, son vaxtlar o da azalmağa doğru gedir. Muğam oxuyanlardan hansılar öz repertuarlarını toy sahəsinə uyğunlaşdırıblarsa, həmin xanəndələrdə toy sahəsində aktivlik hiss olunur. Gənc xanəndələr var ki, repertuarlarını artıq toy sahəsinə uyğunlaşdırıblar. Bu da onların bu gün gündəmdə olmaqlarına köməkdir", - deyə müğənni vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 "Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu
Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb
17.09.2021 7467 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO
Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb
16.09.2021 6043 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 "Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16.09.2021 2120 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104