Parka gəzməyə gedirmişlər... - Bir ailənin faciəvi sonu - VİDEO

Parka gəzməyə gedirmişlər... - Bir ailənin faciəvi sonu - VİDEODünən Astarada gənc ailənin üzvlərinin hamısının ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzaya düşən BMW markalı avtomobilin 31 yaşlı sürücüsü Mirzəmməd Əliyev dünən həyat yoldaşı və üç yaşlı övladı ilə birgə Bakıdan Astaraya gedibmiş.

Paytaxtda çalışan gənc Şiyəkəran kəndində yaxınlarını gördükdən sonra həyat yoldaşı və qızı Gülxanımla birgə Astara şəhərinə parka gəzintiyə çıxmaq qərarına gəlib. Ailənin olduğu avtomobil kənddən çıxaraq Ələt-Astara magistral yolunun 201-ci kilometrliyində Rusiyaya məxsus TIR-a çırpılıb. Nəticədə BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil alovlanıb və maşında çıxılmaz vəziyyətdə qalan üç nəfər orada yanaraq ölüb.

Hadisə zamanı ətrafdakı şəxslər müxtəlif vasitələrlə yaralıları maşından çıxarmaq və yanğını söndürmək istəsələr də, mümkün olmayıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, Cəlilabad rayon sakini 22 yaşlı Fərqanə İlham qızı Əliyeva, eləcə də onların üç yaşlı uşaqları Gülxanım Mirzəmməd qızı Əliyeva vəfat ediblər.

İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması və sürət həddini düzgün seçməməsi səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1264   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu

23.10.2026 200
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"

23.10.2026 332
.

Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı

Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların

23.10.2026 254
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 165
.

"Əsas müttəfiqiniz Mehriban xanımdır"

"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə

23.10.2026 256
.

Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI

Təcrübəli evdar qadınlar limon suyu və duz qarışığından məişətdə müxtəlif məqsədlərlə istifadə edirlər. Bu sadə qarışıq xüsusilə zamanla qaralan mis əşyaların təmizlənməsinə və əvvəlki parlaqlığının bərpasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, limon suyu ilə duzun qarışdırılmas

23.10.2026 202
.

Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH

Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər

23.10.2026 278
.

İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir

Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq

23.10.2026 218
.

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri

23.10.2026 235
.