İmtahan stressin necə azaltmaq olar?
"Əlbəttə ki, imtahan şəxsin biliklərini yüzdə yüz ölçən bir sistem olmasa da imtahana girmək qədər imtahan düşüncəsi "İmtahanda nə qədər bal toplayacam? Uğurlu ola biləcəmmi?" qayğısı, gələcəyinin bütünlüklə imtahana bağlı olması fikri abituriyentlərin imtahanda daha çox həyəcanlanmasına və stress yaşamasına səbəb olur. İmtahan stressi isə beynin işləmə mexanizminin zəifləməsinə səbəb olur və bunun nəticəsində abituriyent imtahanda bildiklərini layiqincə ifadə edə bilmir və çox təəssüfki ya imtahandan kəsilir, ya da öz potensialından aşağı bal toplayır".
Bu sözləri BiG.AZ-a psixoloq Elmir Əkbər açıqlama verib.
O bildirib ki, bəzən elə olur ki, biz özümüzə çox böyük və potesialımıza uyğun olmayan hədəflər qoyuruq.
"1. Həmin hədəfə çatmayanda isə xəyal qırıqlığına uğrayır, özümüzə olan inamımız azalır. Bu xəyal qırıqlığını yaşamamaq üçün ən faydalı olanı isə önümüzə kiçik hədəflər qoymaqdır. Bununlada hədəfimizə çatdıqda və hətta qoyduğumuz hədəfdən daha yaxşısını bacardıqda daha xoşbəxt olur və özümüzə olan inamımız artır. Nəticə etibari ilə imtahan üçün "Mən mütləq 700 bal toplayacam, Mən mütləq 600 balı keçəcəm" deməməyə çalış. Kiçik və potensialına uyğun bal toplamağı hədəflə!
2.Yuxu rejiminə diqqət et!
İmtahanda bildiklərini ən yaxşı şəkildə nümayiş etdirmən üçün bəlkədə ən vacib amillərdən birincisidir. Yuxu rejimini son 1 ay və xüsusilədə 1 həftə qalmış normaya salmağa çalış. Çünki araşdırmalara görədə gündə ən az 6 saat yatan insan gündəlik işlərini daha rahat davam etdirə və daha düzgün düşünə bilirlər. İmtahana isə yuxusuz girən insanın uğurlu olma ehtimalı sual altındadır.
3.Yüngül qidalan!
İmtahan səhəri günə ən vacibi pozitiv enerji və özünə inam ilə başladıqdan sonra 1 stəkan su iç. Daha sonra sağlam və yüngül səhər yeməyini ye. Ağır qidalardan isə son 1 həftə uzaq durmağa çalış. Sağlam qidalanmaq bildiyiniz kimi, beynimiz və onunla bağlı olan həzm sisteminiz üçün vacibdir.
4.İmtahana erkən getmə!
Hər imtahan günüm yadıma düşdükdə özümdə bir səhv tuturam ki "Sən axı imtahana niyə bu qədər erkən getdin və niyə imtahana 2 saat qala otağa daxil oldun?!" Mənim etdiyim səhvi sən etmə çünki mənə görə imtahan stressini yaşamamaq üçün ən vacib olanı odur ki, imtahanın keçirildiyi məktəbə tez getməmək və hətta otağa gec daxil olmaqdır. Çünki belə olduğu halda, dəqiqələr keçməməyə başlayacaq və bunun nəticəsində həyəcanın iki qat artacaq. Hətta lap rahat olacağını düşünəcəksənsə imtahanın keçirələcəyi məktəbi və otağı əvvəlcədən ziyarət et və mühitə adaptasiya ol.
5.Özünə İnan!
Çünki sən 2 il ərzində kifayət qədər çalışdın, əlindən gələnin ən yaxşısını etdin, gecə-gündüz oxudun! Bu halda niyə özünə inanmayasan ki?! Pozitiv düşünərək bildiklərini son 1 həftə təkrar edə bildiyin qədər təkrar et və xəyal qur "sən artıq tələbəsən". Bu düşüncə ilə bərabər ən vacib olanını et özünə inan! Çünki uğur özünə inamdan başlayır…
Və artıq metodlarla tanış oldun ümidvaram sənə azda olsa kömək edə bildim. İmtahanda və təhsil yolunda sənə uğurlar arzu edirəm! Bunuda unutma ki, hər bir imtahanda nə dərəcədə uğur qazanıb-qazanmamandan asılı olmayaraq imtahan sistemi sənin biliyini yüzdə yüz ölçən bir sistem deyil!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1000 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKöçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814