"Tarix boyu müsəlman dünyasına ən çox zərər vuran, onları inkişafdan geri qoyan, birliyini pozan təfriqəçilik və ayrı-seçkilik olub"
"Azərbaycanda bugünədək müxtəlif dinlər, inanclar yayılsa da, heç birinin ömrü İslam qədər uzun olmamışdır.Tarix boyu müsəlman dünyasına ən çox zərər vuran, onları inkişafdan geri qoyan, birliyini pozan təfriqəçilik və ayrı-seçkilik olub. Uzun illərdir Azərbaycanda da ayrı-ayrı məzhəblər və təriqətlər tərəfindən bu cür təbliğatlar aparılıb. Allah-Taala Quranda müsəlmanları birliyə və həmrəyliyə dəvət etdiyi halda bu insanlar Allahın kəlamına qarşı çıxıb müsəlmanların birlik və həmrəyliyini pozublar".
Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov açıqlama verib.
O bildirib ki, müsəlmanlar arasında bölücülük edən, təfriqə salanlar ən böyük günah işlədənlərdir. Qurani-Kərimdə Allah-Taala buyurur: "Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz." (Ali-İmran, 103).
"Bizdən o dünyada məzhəbimiz, təriqətimiz yox, dinimiz barədə soruşulacaq. Çalışaq, insanları deyil, öz əməllərimizi təftiş edək, insanlara dil uzatmağa son qoyaq.Gücümüzü bir yerə qoyaraq cəmiyyətdə həqiqi islam dəyərlərini təbliğ edək, mövhumat və xurafata qarşı mübarizə aparaq. Bir-birimizi didməklə, didişməklə biz heç nəyə nail ola bilməyəcəyik. Bölücülər və təfriqəçilər də bilsinlər ki, onlar Allahın əmrinə qarşı çıxırlar, onları o dünyada ən ağır əzab və hesab gözləyir. Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 769 Tarix: 04 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Əsas müttəfiqiniz Mehriban xanımdır"
"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə
23.10.2026 256 Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
23.10.2026 271 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 278 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"
Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql
23.10.2026 388 Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır
Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib
23.10.2026 182 Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb
23.10.2026 188 Coni nadir xəstəlikdən əziyyət çəkir?
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç
23.10.2026 227 Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı
Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların
23.10.2026 254 Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları
23.10.2026 243