PFL prezidenti bir neçə gündən sonra ayağa qalxacaq, vitse-prezident evə buraxılır

PFL prezidenti bir neçə gündən sonra ayağa qalxacaq, vitse-prezident evə buraxılırXankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bir neçə gündən sonra ayağa qalxacaq, vitse-prezident Aslan Şahgəldiyev isə evə buraxılacaq.

Bu barədə "Report"a "Liv Bona Dea Hospital"ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Oruc məlumat verib.

Klinika rəsmisi bildirib ki, PFL rəhbəri müəyyən dəstəklə gəzə biləcək:

"Elxan Səmədov fizioterapiya və reabilitasiya proseslərini davam etdirir. Bu proses önümüzdəki bir neçə ay ərzində intensiv şəkildə davam edəcək. Hazırda vəziyyəti yaxşıdır. Hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün bir neçə gün sonra ayağa qalxa biləcək. Ancaq müəyyən dəstəklə hərəkəti mümkün olacaq".

Vitse-prezident Aslan Şahgəldiyev isə Ramazan bayramının ardından klinikadan buraxılacaq:

"Aslan Şahgəldiyevin durumu kifayət qədər yaxşıdır. Aprelin 15-dən sonra evə buraxılması planlaşdırılır. Təbii ki, ondan sonra da müayinələr və fizioterapiya prosedurları üçün gələcək".

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 498   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Arif Hacıye

11:30 125
.

Sançes Aİ ölkələrinin təcili videokonfransını çağırmağı təklif edib

İspaniyanın Baş naziri Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koştaya məktub göndərərək İspaniyanın Seuta şəhərindəki miqrasiya böhranı ilə əlaqədar Aİ ölkələrinin daxili işlər nazirlərinin iştirakı ilə təcili videokonfransı

14:00 111
.

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib. -ın məlumatına görə, mərhum 36 yaşında dünyasını dəyişib. Bildirilib ki, Tofiq Məmmədov uzun sürən xəstəlikdən sonra həyatını itirib

14:00 156
.

Quba almasının qiyməti kəskin ucuzlaşdı

Bu il əlverişsiz hava şəraiti Qubada alma bağlarına ciddi ziyan vurub. Güclü yağıntılar səbəbindən bir çox bağlarda almaların üzərində ləkələr yaranıb, məhsulun keyfiyyəti aşağı düşüb və fermerlər ciddi maddi itkilərlə üzləşiblər. xəbər verir ki, fermerlərin sözlərinə görə, əvvəlki illərdə bir hekta

01.08.2026 234
.

Maaş və pensiyalarla bağlı MÜJDƏ - Çoxdan gözlənilirdi, TARİX BİLİNDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır. Bunu AMB-nin sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maa

00:07 278
.

Xocavənddə mina partladı: Minatəmizləmə əməkdaşı yaralandı

Xocavənd rayonunda mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, hadisə avqustun 2-də işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində qeydə alınıb. Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəl

15:21 11
.

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: LƏĞV OLUNA BİLƏR...

Bir çox hallarda sürücülər şəxsi avtomobillərini idarə etmək üçün başqa şəxslərə uzunmüddətli etibarnamə verirlər. Lakin sonradan müxtəlif səbəblərdən müəyyən problemlər yarana bilər və etibarnamənin ləğv edilməsi zərurəti ortaya çıxar. Bəs şəxs öz nəqliyyat vasitəsini başqa birinə etibarnamə ilə veribsə

00:17 251
.

Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb

Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, LNG daşıyan gəmiyə Hörmüz boğazının cənub marşrutunda zərbə endirilib. "Bermuda bayrağı altında qeydiyyatdan keçmiş "Gazlug Shangal"

11:45 122
.

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb. Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqli

00:21 421
.

TOP MP3