Qazaxıstandan soğan idxal ediləcək: Keyfiyyət aşağı, qiymət ucuz - ŞƏRH

Qazaxıstandan soğan idxal ediləcək: Keyfiyyət aşağı, qiymət ucuz - ŞƏRHAzərbaycan Qazaxıstandan soğan idxal edəcək. Sahibkarlar məsələni qıtlıqla əlaqələndirirlər. Nazirlik isə soğan tədarükümüzdə heç bir sıxıntı olmadığını bildirir.

Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov deyib ki, bu il ölkəsi Azərbaycan və Gürcüstanla imzalanmış müqavilə çərçivəsində 160 min ton soğan ixrac edəcək. Soğan ərzaq səbətimizdə ən vacib elementlərdəndir. Hansı ki, onun istehsalı ölkəmizdə geniş yayılıb. Ölkədə soğan əkin sahələrinin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Hətta mövsüm zamanı tonlarla məhsulun sahələrdə qaldığı, alıcısının olmadığı və ya dəyərindən ucuz qiymətə satıldığına dair xəbərlərin də şahidi oluruq. Maraqlıdır, soğanın bol olduğu ölkəyə nə üçün xaricdən məhsul idxal olunur? Öz məhsulumuz daxili tələbatımızı ödəyə bilmir?

"Kaspi" qəzeti mövzu ilə bağlı yazı hazırlayıb.

Təminatımız 100 faiz üzərindədir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən məlumata görə, məhsulun istehsalında heç bir problem mövcud deyil: "Azərbaycan xarici ölkələrdən soğan idxal edir. Amma bu rəqəm çox azdır. Məsələn, keçən il 2380 ton məhsul idxal edilib. Amma 22 min ton da ixrac edilib. Əgər özümüzü təmin edə bilmiriksə, necə ixrac edirik? Dövlət ixrac etmir. Bu prosesi sahibkarlar həyata keçirir. Azərbaycanlı sahibkarlar ötən il Qazaxıstandan soğan idxal etməyib. Azərbaycanın soğanla təmin olunması 100 faiz üzərindədir. Çünki Azərbaycan özü bu məhsulun istehsalı ilə məşğuldur. 108 faiz istehsal göstəricisi də buna sübutdur".

İstehsalımız 13 faiz artıb, amma...

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, yerli soğanımız xarab olur, amma biz xaricdən gətiririk: "Öz ehtiyaclarımızı qarşılayacaq gücümüz olsa da, ixrac da həyata keçirilir. Məsələn, keçən il 310 min tondan çox soğan yığılıb. Bu rəqəm 2022-ci illə müqayisədə 13 faiz çoxdur. Fermerlərimiz məhsulun əllərində qaldığını iddia edirlər. Bir tərəfdən də Qazaxıstandan soğan idxal edirik. Amma yerli istehsalçılar məhsullarını sata bilmirlər. Deyirlər ki, məhsul anbarlarda lazımi şəraitdə saxlanılmayıb və xarab olub, keyfiyyət baxımından satışa uyğun deyil. Səlahiyyətli şəxslər də bildirirlər ki, məhsulu düzgün saxlamamısınız, müvafiq anbarlarda soyuducuya yerləşdirməmisiniz".

Yerli məhsulları sıxışdırıb çıxarır

İqtisadçının fikrincə, əgər bu sahəni itirmək istəmiriksə, inkişaf etdirməliyik: "Bu sahəyə xüsusi diqqət olsaydı, soğan tədarükçülərinə əldə etdikləri məhsulları saxlamaq üçün müvafiq şərait yaradılardı. Həm əkin-biçin, həm də məhsulun saxlanılması ilə məşğul olmaq kəndli üçün çox çətindir. Yerli məhsul xarab olduğu üçün digər ölkələrdən soğan gətirilir. Qazaxıstandan gələn məhsulların keyfiyyəti aşağıdır, həmçinin qiyməti də ucuzdur. Xarici məhsul bazardan yerli malları sıxışdırıb çıxarır. Belə davam edərsə, artıq kəndlilər bu işlə məşğul olmaq istəməyəcəklər".

Əkinçiləri ziyana uğradan iqlim

Sahibkar Eldar Hüseynov fermerlərin yaşadıqlarına aydınlıq gətirib: "Qafqaz ərazisində ən çox soğan sahələri Azərbaycandadır. Soğanı Qətər, İran və digər ölkələrə ixrac edirdik. Amma son dörd il ərzində ixrac etməkdə çətinlik çəkirik. Çünki soğan tədarükü ilə bağlı problemlər yaşayırıq. Bunun da bir neçə səbəbi mövcuddur. Əkinçilərin əksəriyyəti xarici toxumlara üstünlük verirlər. Bu il payız aylarında soğan yığımı başlayan ərəfədə beş gün ardıcıl yağış yağdı. Yağışa qədər məhsullarını yığanlar onu saxlaya bildilər. Amma çatdırıb yığa bilməyən fermerlərin məhsulu torpağın altında qalıb ziyan oldu. Soğan elə bir məhsuldur ki, boğaz hissəsinə su dəydikdə içinə dolur. Bu zaman da avtomatik çürüməyə başlayır. Bəzi şəxslər bu islanmış sortları alıb, yığdılar ki, qışda baha satacaqlar, yaxud ixrac edəcəklər. Amma bu məhsullar da xarab oldu. Çünki hər bir soğanın saxlama müddəti və şəraiti var. Sahibkarların əksəriyyəti qısa müddətə xarab olan süfrə və 3-4 ay ömrü olan sortlar əkmişdi".

Əhali üçün müsbət, sahibkar üçün mənfi

E.Hüseynovun sözlərinə görə, bu il Qazaxıstanda soğan bol və ucuz olduğu üçün yaranan qıtlıq bu şəkildə bərpa ediləcək: "Kimlər ki, 7-8 ay saxlama müddəti olan çeşidləri əkmişdi, həmin fermerlər üçün heç bir problem olmadı, məhsulu sata bildilər. Amma onların sayı da çox deyildi. Ona görə ölkəmizdə soğan tədarükündə qıtlıq yaşandı. Bu səbəbdən xarici ölkələrdən gətirməli olduq. Ən münasibi də Qazaxıstan idi. Çünki onlarda bu il soğan boldur. Çox olduğu üçün də ucuzdur. Bu səbəbdən soğanı Qazaxıstandan gətirəcəyik. Amma bu sahibkarlara mənfi təsir edəcək. Əkinçilərlə maarifləndirmə işi aparılmalıdır. Düzgün toxum əkilməsi öyrədilməli, anbar şəraiti qurulmalıdır. İdxalın əhali üçün bir müsbət cəhəti var ki, daxili bazarda qiymətləri aşağı salacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 665   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi

Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib

23.10.2026 224
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23.10.2026 270
.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23.10.2026 122
.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

23.10.2026 276
.

10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"

Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql

23.10.2026 388
.

İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir

Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq

23.10.2026 218
.

Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR

İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini

23.10.2026 240
.

Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur

İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər

23.10.2026 162
.

Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı

Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların

23.10.2026 254
.