Meksika Ekvadorun keçmiş vitse-prezidentinə sığınacaq verib

Meksika Ekvadorun keçmiş vitse-prezidentinə sığınacaq veribMeksika hakimiyyəti Kitodakı səfirliyinə sığınan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasa siyasi sığınacaq vermək qərarına gəlib.

"Report"un xəbərinə görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"Alınan məlumatların hərtərəfli təhlilindən sonra Meksika hökuməti hazırda ölkənin Kitodakı səfirliyində yerləşən Xorxe David Qlas Espinelə siyasi sığınacaq vermək qərarına gəlib və bu barədə rəsmi olaraq Ekvador hakimiyyətinə məlumat veriləcək", - nazirlikdən bildiriblər.

"Hökumət Meksikanın Kitodakı səfirliyi yaxınlığında Ekvador polis qüvvələrinin artırılmasını rədd edir. Bu, səfirliyimizə qarşı açıq-aşkar təqib və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması deməkdir", - Meksika Xarici İşlər Nazirliyi Ekvador hakimiyyətinə çağırış edib.

Bəyanatda Ekvadorun bir gün əvvəl Meksikanın Kitodakı səfiri Rakel Serurun "persona non qrata" elan etmək qərarına görə təəssüf ifadə olunur.

Xatırladaq ki, Ekvadorun keçmiş vitse-prezidenti korrupsiyada ittiham olunur. Qlas artıq 2017-ci ildən 2022-ci ilə qədər həbsxanada cəza çəkib. Meksika Xarici İşlər Nazirliyi ötən ilin dekabrında bildirib ki, Qlas ölkənin Kitodakı səfirliyindən sığınacaq istəyib. Bundan sonra Ekvador hakimiyyəti Meksika diplomatik nümayəndəliyindən polisə Qlası həbs etməyə icazə verməsini istəyib, lakin onlar bundan imtina ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 564   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?

Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş

23.10.2026 261
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23.10.2026 270
.

Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI

Təcrübəli evdar qadınlar limon suyu və duz qarışığından məişətdə müxtəlif məqsədlərlə istifadə edirlər. Bu sadə qarışıq xüsusilə zamanla qaralan mis əşyaların təmizlənməsinə və əvvəlki parlaqlığının bərpasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, limon suyu ilə duzun qarışdırılmas

23.10.2026 202
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

23.10.2026 278
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

23.10.2026 266
.

Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri

"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr

23.10.2026 250
.

Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF

"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn

23.10.2026 405
.

Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi

Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib

23.10.2026 224
.

İran ali rəhbərinin nümayəndəsi: Xameneinin ictimaiyyət arasına çıxmaq imkanları məhduddur

"İranın Ali rəhbəri Müctəba Xamenei müharibə şəraitinə və ictimaiyyət qarşısında görünmək imkanlarının məhdud olmasına baxmayaraq, ölkənin idarə edilməsini davam etdirir". Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdulla

23.10.2026 206
.