"Prius"ların dövrü bitir? - ARAŞDIRMA

"Prius"ların dövrü bitir? - ARAŞDIRMATaksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra "Prius"ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var.

Yeni qaydalara əsasən, artıq yaşı 15 ildən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Taksilərlə bağlı yeni qaydaların açıqlanmasından sonra bu sahədə ən çox istifadə edilən "Prius"ların qiymətinin kəskin ucuzlaşacağı barədə xəbərlər yayılır. Həmçinin son günlərdə bu maşınların kütləvi şəkildə satışa çıxarıldığı ilə bağlı paylaşımlar artıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sahibkarlar problem yaşamayacaqlar

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, həmin maşınların qiymətlərinin kəskin enməsi halı mövcud deyil: "Prius"lar daha taksi fəaliyyətində istifadə olunmayacaq. Amma bu o demək deyil ki, bu maşınlar dövriyyədən ümumiyyətlə çıxarılır. Onlar ölkə daxilində yenə də istifadə olunacaqlar. Qiymətlərin kəskin enməsi sadəcə bir ajiotajdır. Reallıqda qiymətlərdə kəskin enmələr müşahidə edilmir. Məlum qərardan sonra sahibkarlar çalışırlar ki, istismarda olan nəqliyyat vasitələrini yeniləsinlər. Bu da normal addımdır".

E.Cəfərov həmçinin bildirdi ki, kütləvi şəkildə satışların olması avtomobil bazarımıza ciddi təsir göstərməyəcək: "Çünki ölkəmizin avtomobil bazarı çox fəaldır. Qiymətlər də bazar tərəfindən tənzimlənir. Bazarımıza dünyanın müxtəlif ölkələrindən maşınlar gətirilir. Daxildə də avtomobil istehsal olunur. Ona görə sahibkarlar hər hansı problem yaşamayacaqlar".

Dörd min manata "Prius"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev isə əks fikirdədir: "Bəli, "Prius"ları ucuz qiymətə satışa qoyublar. Qısa müddətdə həmin maşınların qiyməti 13-14 min manatdan səkkiz-doqquz min manata düşüb. Hətta deyə bilərik ki, yeni qaydalar qüvvəyə mindikdə qiymət bəlkə də dörd-beş min manat civarında olacaq. Çünki taksi şirkətləri parklarında əsasən standartlara cavab verən avtomobillər olmasını istəyirlər. Ona görə standartlara uyğun olmayan maşınlar satışa çıxarılacaq. Bazarda təklif çox olanda isə qiymətlər ucuzlaşır".

"Yerli avtomobillərə maraq artacaq"

E.Əliyevin fikrincə, bundan sonra insanlar yerli istehsal olan maşınlara üstünlük verəcəklər: "Prius" dediyimiz avtomobillər xaricdə istifadəyə yararsız olduğu üçün utilizasiyaya düşüb. Müxtəlif işbazlar da bundan istifadə edərək onları kütləvi şəkildə ölkəmizə gətiriblər. Avtomobil parkımızın 83 faizi köhnə maşınlardan təşkil olunub. Yeni qaydalar avtomobil parkımızın daha tez yenilənməsinə faydalı olacaq. Ümid edirəm ki, bu qərardan sonra daha istifadəyə yararsız maşınları ölkəmizə gətirməzlər. Düşünürəm ki, gələcəkdə yeni avtomobillərə maraq artacaq. Burada daha çox yerli istehsal avtomobillərə tələbatın olacağını müşahidə edə bilərik. Yəni Naxçıvan, Neftçala, Hacıqabulda yığılan avtomobillərə tələbat artacaq".

Həm vətəndaşlar, həm də idxalçılar qazanacaqlar

Müsahibimizin sözlərinə görə, həm insanlarımız daha ucuz qiymətə avtomobil sahibi olacaq, həm də yerli şirkətlərin satışları artacaq: "Hazırda bu maşınların ucuz qiymətə satışa çıxarılması münasib qiymətə avtomobil əldə etmək istəyən şəxslər üçün sərfəlidir. Onlar daha ucuz qiymətə avtomobil sahibi olacaqlar. Avtomobil bazarımızda müxtəlif qiymətə "ikinci əl" nəqliyyat vasitələri mövcuddur. Xaricdən avtomobillərin rəsmi şəkildə idxalı ilə məşğul olan yerli şirkətlərimizin satışlarında da artımlar müşahidə ediləcək. Qaydalar avtomobil parkımızın yenilənməsi və ekoloji vəziyyətimizin daha da yaxşılaşması üçün zəmin hazırlayacaq".

İlkin ödəniş faizləri azaldılmalıdır

E.Əliyev qeyd etdi ki, insanların yeni elektrikli avtomobillərə artan tələbini nəzərə alaraq müəyyən addımların atılmasına ehtiyac var: "Hazırda ekoloji avtomobillərə - elektrik və hibridlərə ilkin ödəniş 10 və 20 faiz nisbətindədir. Amma doqquz min manata avtomobilini satan şəxs həmin şərtlərə uyğun avtomobil tapa bilməyəcək. İnsanlar məcbur şəkildə yeni avtomobilləri kreditlə əldə edəcəklər. Kredit şərtlərində ilkin ödənişi 50 faiz yox, 15-20 faiz olsa, bu zaman avtomobilini satan şəxslər özlərini yeni maşınla təmin edə bilərlər".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 932   Tarix: 07 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20.09.2026 248
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20.09.2026 342
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

24.09.2026 928
.

Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq

"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd

27.09.2026 340
.

Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?

Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard

27.09.2026 199
.

Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu

Sağlam qidalanma deyildikdə ilk ağla gələn qidalardan biri olan qatıq tərkibindəki kalsium, zülal və vitaminlərlə qidalanma rejimimizin təməl daşlarını təşkil edir. Lakin market rəflərində və mətbəxlərdə qarşılaşdığımız müxtəlif qatıq növlərinin bədənə təmin etdiyi faydalar bir-birindən xeyli fərqlənir

27.09.2026 244
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

22.09.2026 2750
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

20.09.2026 202
.

Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır

Mətbəx və vanna otağı xərclərinin gündən-günə artdığı bu dövrdə ev təsərrüfatına töhfə verəcək praktiki təmizlik üsulları diqqət çəkir. Paltaryuyan vərdişlərini kökündən dəyişəcək təbii düsturlar bahalı kimyəvi maddələrə xərclənən pulu cibinizdə saxlayır. Paltaryuyan maşının gözünə əlavə ediləcək bi

27.09.2026 197
.