Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI
Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər.
Araşdırma ilə müəyyən edilib ki, yanvarın 25-də "Batik Air" aviaşirkətinin Cənub-Şərqi Sulavesidən Cakartaya uçan təyyarəsində iki pilot təxminən 28 dəqiqə yuxuya gedib. Bu, "Airbus A320"nin öz marşrutundan kritik şəkildə yayınmasına səbəb olub və göyərtəsində olan hər kəs üçün potensial təhlükə yaradıb.
Kapitan, həddindən artıq iş və fiziki yorğunluq hiss edərək, ikinci pilotu bir az yatmaq üçün təyyarəni idarə etməyə dəvət edib. Qısa müddət sonra nəzarəti ələ alan həmkarı da təsadüfən yuxuya gedib.
Ekipajla son ünsiyyətdən 12 dəqiqə sonra Cakartadakı missiya nəzarətinin əlaqə yaratmaq cəhdləri cavabsız qalıb və ciddi narahatlığa səbəb olub.
Lakin xoşbəxtlikdən kapitan vaxtında ayılıb və həmkarı hələ yatarkən kursdan sapma olduğunu anlayaraq, vəziyyəti düzəltmək üçün təcili tədbirlər görüb. O, ikinci pilotu oyadıb və dispetçerlərin zənglərinə cavab verib.
Təyyarə nəhayət sərnişinlərə və ekipaj üzvlərinə zərər vermədən təhlükəsiz eniş etməyi bacarıb. Kapitan etiraf edib ki, uçuşa qədər cəmi iki saat yata bilib, bütün gecəni əkiz körpələrə qulluq etməklə məşğul olan ikinci pilot isə ümumiyyətlə, yatmayıb.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası "Batik Air"dən hər uçuşdan əvvəl pilotların uçuşa hazırlığını qiymətləndirmək üçün təcili olaraq ətraflı təlimatlar və qaydalar hazırlamağı xahiş edib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1265 Tarix: 07 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329