12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ
"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər".
Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib.
Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır.
Mütəxəssis bildirib ki, araşdırmalara görə, uşaqların 47 faizində bənzər simptomlara rastlanır, gündəlik kompüter və telefondan istifadə bel ağrısı riskini 8,2 faiz artırır. O, belə uşaqları 10 il ofisdə oturaq işdə çalışan işçilərə bərabər tutub.
Daha çox yemək yemələri, yaxud ağlamamaları üçün tez-tez övladlarına planşet və ya telefonda video izlətdirdiklərinə görə valideynləri qınayan həkim bildirib ki, hər 10-15 saniyədən bir dəyişən görüntülər uşaqlarda yuxu problemi yaradır, piylənmə riskini artırır.
"Uşaqları fiziki fəaliyyətlə məşğul olmağa təşviq etmək və ekran vaxtını məhdudlaşdırmaq vacibdir. Telefon, planşet və kompüterdən hətta tədris məqsədi ilə gündə maksimum iki-üç saat istifadə edilməlidir. Qısa fasilələr vermək və hər yarım saatdan bir ekranlardan uzaqlaşmaq faydalı ola bilər", - deyə həkim bildirib.
Həmçinin, əzələ və dayaq-hərəkət sisteminə yük düşməsin deyə planşetin çəkisinə də diqqət yetirilməsi, mümkün qədər daha yüngül modellərdən istifadə tövsiyə edilib.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 862 Tarix: 07 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜrək kolleksiyası ilə rekord qırdı
İsveçrəli ürək cərrahı Diana Reser ikinci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Axşam.az xəbər verir ki, həkim ürək formasında olan əşyalardan ibarət dünyanın ən böyük kolleksiyasının sahibi kimi rekorda imza atıb. Diana Reserin kolleksiyasında geyimlər, zinət əşyaları, sənət əsərləri v
14.11.2026 315 Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14.11.2026 452 Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15.11.2026 433 Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17.11.2026 132 Pomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14.11.2026 348 Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12.11.2026 496 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
14.11.2026 728 Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?
Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v
15.11.2026 265 TikTok üçün video çəkilişi faciə ilə bitdi - Şir 19 yaşlı gənci parçaladı
Pakistanın Lahor şəhərində fermada çalışan 19 yaşlı Talha dişi şirin hücumu nəticəsində həyatını itirib. Axşam.az xəbər verir ki, hadisədən sonra gəncin ailəsinə əvvəlcə onun it hücumuna məruz qaldığı bildirilib. Lakin polis araşdırması zamanı həqiqətin fərqli olduğu üzə çıxıb. Yerli mətbuatın məlumatın
13.11.2026 550