Vətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+Fotolar

Vətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+FotolarNəsimi rayonu Həsən Əliyev küçəsində vətəndaş Natiq Həsənova məxsus fərdi yaşayış evin qanunsuz olaraq söküldüyünü iddia edib.

BiG.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya Natiq Həsənovun özü bildirib.

Onun sözlərinə görə, 1993-cü ildə Qubadlı rayonundan məcbur köçkün düşüblər.

"Elə həmin ildən Həsən Əliyev küçəsi, ev 143-da məskunlaşmışıq. 2023-cü ildə bu evə rəsmi qeydiyyata düşmüşük", - deyə şikayətçi əlavə edib.

Natiq Həsənov bildirib ki, 1997-ci ildə isə əmisi həmin həyətdə ev tikib:

"Yəni, 1997-ci ildən bir həyətdə iki ev olub. Bizim ev ünvanımız 143, əmimin ünvanı isə 143A-dır. Həmin evin tikintisinə dair arayışlar və müvafiq sənədlər də var. Sonradan əmim Zaməddin Qasımov adlı maklerlə sövdələşərək yaşadığı evə çıxarış alıb. Çıxarış maklerin adınadır. Yəni, əmim evi ona satıb. Zaməddin Qasımov isə təkcə əmimin evi ilə kifayətlənmək istəmir. O, bizi də həyətdən çıxarmaq istəyir. Bunun üçün məhkəməyə müraciət edib. Məhkəmənin qərarında 143A ünvanının boşadılması göstərilsə də, icraçılar bizi də evdən çıxarıblar".

Şikayətçinin sözlərinə görə, məhkəmə qərarına və ekspertiza rəylərinə baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin icraçıları onları zorla evdən çıxarıb:

"Təsəvvür edin, Ədliyyə Nazirliyinin ekspertiza mərkəzi rəy verib ki, həyətdə iki ev var. Bu, sayğaclardan da görünür. Yəni, su, işıq və qaz sayğaclarının hərəsindən iki ədəd quraşdırılıb. Biri bizim evimiz, digəri isə əmimin evi üçün. Lakin icraçılar buna məhəl qoymayaraq bizi zorla evdən çıxardılar. Bu azmış kimi evimizi sökdülər. Bu gün də söküntü işləri aparılır".

Natiq Həsənov məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyib. Şikayətçi onu da qeyd edib ki, makler baş verənlərin arxasında hansısa məmurun dayandığını iddia edir.

"Deyir ki, bu işin arxasında məmurlardan biri dayanır. Guya bizim həyətimiz ona lazımdır. Bu baxımdan, bizi də evdən çıxarırlar. Biz bilmirik hansı məmurdan söhbət gedir. Makler onun adını açıqlamır", - deyə Natiq Həsənov bildirib.

Vətəndaş məsələ ilə əlaqədar ölkə rəhbərliyinə də müraciət edəcəyini deyib.

Ərazidən fotoları təqdim edirik:

Vətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+FotolarVətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+FotolarVətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+FotolarVətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+FotolarVətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+FotolarVətəndaşın evini sökdülər - "Deyir arxasında məmur dayanır"+Video+Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1168   Tarix: 08 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.