"Məni azadlığa buraxın, əks halda buradan meyitim çıxacaq"
Məhkəmədən gizləndiyi üçün həbs edilən 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva yenidən hakim qarşısına çıxarılıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, 200 min manatlıq mənimsəmədə ittiham olunan Əliyeva konvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
Tanınmış vəkilin şüşə qəfəs içindən ilk sözü yenidən azadlığa buraxılmasını istəməsi olub.
Hakimlər heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Xanım müttəhim və vəkili ilk olaraq vəsatət qaldıraraq həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. S. Əliyeva səhhəti ilə bağlı təcridxanada çətinlik çəkdiyini, bu səbəbdən yenidən ev dustaqlığına buraxılmasını xahiş edib:
"Mən bilərəkdən məhkəmədən yayınmırdım. İstəyirdim ki, işimə düzgün baxsınlar. Sadəcə səhhətim imkan vermir. Hər dəfə məhkəməyə arayış göndərmişəm ki, xəstəyəm. İstintaqdan yayınmağın heç bir əhəmiyyəti yoxdur. İnanmırdızsa, ekspertiza keçirərdiz. Niyə məhkəmədən qaçım? Mən təcridxanada boğuluram. Xahiş edirəm, məni yenidən azadlığa buraxın, əks halda təcridxanadan meyitim çıxacaq".
Prokuror təqsirləndirilən şəxsin məhkəmə istintaqının aparılmasına mane olduğunu, gizləndiyini xatırladaraq həbsdə qalmasının uyğun görüldüyünü deyib.
Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsin yenidən gizlənmə ehtimalını göz önünə gətirərək vəsatəti rədd edib.
S. Əliyeva qərardan narazı qalıb. Hakimlərə etiraz edəcəyini deyib. Etiraz ərizəsini hazırlaması üçün ona aprelin 22-nə kimi vaxt verilib.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1240 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585