İcra başçısından şəhid qızına HÖRMƏTSİZLİK: "Sənin yuxarıda adamın olsa, obyektin sökülməzdi"
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov şəhid ailəsinin obyektini söküb.
Bu barədə şəhid qızı Süvarova Vüsalə tərəfindən Sonxeber.az-a şikayət daxil olub.
Şəhid qızı bildirib ki, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov öz öhdəliklərini yerinə yetirmir:
Atam 1994-cü ildə Ağdam rayonunda şəhid olub. Onun nəşi tapılmadı. Biz yaşadığımız binanın qarşısında prezidentin şəhid ailələrinə verdiyi təqaüdlə keçmişdə atama verilən torpaq sahəsində gözəllik salonu tikdirmişdik. Vasif İmanov Pirallahıya Pirallahı Rayon İcra başçısı təyin edildi. Vasif İmanov bizim obyektimizi sökdü. Yanında yerləşən digər obyektlər qaldı. Bizə bildirdi ki,bu ərazidə uşaq meydançası salınacaq. Nədənsə şəhid ailəsinjn obyekti onun gözünə girdi. Vasıf İmanov bizə bildirdi ki, buranı sökürük, amma sizəi yaxşı yerdə obyektlə təmin edəcəyik. Biz də razılaşdıq. Dedik ki, yəqin qanun belədir. Sonradan məlun oldu ki, icra başçısı heç kimə obyekt verməyəcək. Biz onun qəbuluna getdik. İcra başçısı Vasif İmanov bizə bildirdi ki, mən sizə elə bir söz deməmişəm.
2013 cü ildə bizim obyektimiz söküldü. Bu 11 ilin içində biz onun qəbuluna dəfələrlə getdik. O bizə bildirdi ki, sübut edin ki, sizin o ərazidə obyektiniz olub. Pirallahıda bir çox obyektlər və evlər sənədsizdir. Allahın işidir təsadüfən köhnə kompüterimi təmir etdirərkən obyektimizin şəkillərini tapdım. 2012-ci ildə qar yağdığı zaman şəkillər çəkmişdim. Həmin fotolarda bizim obyektimiz də görsənirdi. Bu fotolar ilə bir daha Vasif İmanovun qəbuluna getdik. İcra başçısı bu dəfə də bu şəkillərin fotoshop olduğunu dedi. Video təqdim etdim. İcra başçısı bizə " Get hara şikayət edirsən, elə sənin yuxarıda adamın yoxdu. Sənin yuxarıda adamın olsa idi, obyektin sökülməzdi" dedi. Mən isə ona bildirdim ki, bizim ilk növbədə Allahımız və prezidentimiz var.
Prezident səni bura təyin etməyib ki, xalqı əzəsən. Təyin edib ki, xalqa xidmət edəsən. Vasif İmanov dedi ki, get hara şikayət edirsən elə. Mən prezident administrasiyasi və Mehriban xanım Əliyevaya şikayət etdim. Vasif İmanovmənim şikayət etdiyimi biləndən sonra, bir gecədə həmin ərazidə obyekt tikdi. Gecə ilə bütün ustaları töküb işlətməyə başlatdı. Bu özü də cinayətdir. Bu obyektin kimin üçün tikildiyini soruşanda bizə deyildi ki, obyekti sən demə icra başçısı özü üçün tikir. Məndə video görüntülər də var. Polis səhəri gün gəlib onları qovdu. Amma yenə öz işlərinə davam etdilər. Ustaların başının üstündə Vasif İmanovun müavini dayanırdı. MTK keçmiş rəisi də orada idi.
Şəhid qızı olaraq sizdən xahiş edirəm şikayətimizi işıqlandırasınız. Bu özbaşnalığlı prezidentimiz cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva da görsün".
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1526 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə
18.09.2021 2874 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585