"46 dəfə atəşkəsin pozulması Brüssel görüşündən sonra Ermənistanın bir qədər cəsarətləndiyini deməyə əsas verir" - Hərbi ekspert
Dünən də daxil olmaqla Ermənistan yaxın günlərdə Naxçıvan istiqamətində atəşkəsi pozub. Bunlardan biri Brüssel görüşü ərəfəsinə, digəri Brüssel görüşündən sonraya təsadüf edib.
Hərbi ekspert Ədalət Verdiyev BiG.AZ-a bildirib ki ,46 dəfə atəşkəsin pozulması məhz Brüssel görüşündən sonra Ermənistanın bir qədər cəsarətləndiyini deməyə əsas verir. Lakin atəşkəsin ABŞ və avropadan gələn silahlarla pozulması faktı mövcud deyil. Çünki Qərbdən silah alınması kifayət qədər zaman və maliyyə vəsaiti tələb edən prosedurlardır:
"Düşünmürəm ki, Ermənistanın Naxçıvan və Qazaxda atəşkəsi pozmasında məhz ABŞ və Avropadan Ermənistana verilən silahlardan istifadə olunur. Qərbdən silah alınması kifayət qədər zaman və maliyyə vəsaiti tələb edən prosedurlardır. Doğrudur, Hindistan, Fransa və İrandan Ermənistana silah ötürüldüyünün şahidi olmuşuq. Lakin həmin silahların Azərbaycan mövqelərinə yaxınlaşdırılmasına dair hələlik əlimizdə konkret faktlar mövcud deyil. İstənilən halda 46 dəfə atəşkəsin pozulması məhz Brüssel görüşündən sonra Ermənistanın bir qədər cəsarətləndiyini deməyə əsas verir. Ermənistan öz maraqlarına uyğun olmayacaq bir şəkildə Qərbin, xüsusilə Fransanın sifarişi ilə Azərbaycana qarşı təxribatlar törətməsi, intensiv olaraq qoşunları Azərbaycan sərhədinə gətirnməsi, mühəndis fortifikasiya qurğuları inşa edərək növbəti təxribatlara hazırlaşması təbii ki, Ermənistanın öz maraqlarına cavab vermir. İşğalçı ölkə hələ də Qazaxın kəndlərini isğaldan azad etmədiyi halda həmin ərazilərdə atəşkəsi pozub Azərbaycan ordusunun mövqelərinə atəş açırsa, bu, Ermənistanın sağlam məntiqdən məhrum olduğunu göstərir və bu addımlar Ermənistana yalnız ərazi, şəxsi heyət, texniki avadanlıq itkiləri nəsib edəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 910 Tarix: 08 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Arif Hacıye
11:30 114 Avropanın sərhəd təhlükəsizliyi sual altında: Seutada yaşananlar nədən xəbər verir?
İspaniyanın Seuta anklavında baş verən son hadisələr Avropa İttifaqının miqrasiya və sərhəd təhlükəsizliyi siyasətini yenidən diqqət mərkəzinə gətirib. Qısa müddətdə yaşanan kütləvi miqrasiya axını həm təhlükəsizlik, həm də geosiyasi risklərlə bağlı müzakirələri gücləndirib. Bəs məsələnin mahiyyəti əslind
01.08.2026 181 Azərbaycanda pensiya yaşı 70 olur?
Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy
00:30 351 Seutada miqrant axınına qarşı dənizdə yeni maneələr quraşdırılır
Artan qeyri-qanuni miqrasiya fonunda İspaniya hökuməti Seutada yerləşən körpü ərazisində əlavə maneələr quraşdırmağa başlayıb. xəbər verir ki, bu məlumatı "Europa Press" agentliyi İspaniya hökumətinin bəyanatına əsaslanaraq yayıb. Bildirilib ki, yerli vaxtla saat 07:50-də (Bakı vaxtı ilə 09:50
12:50 106 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü
Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya hərbçiləri Zaporojye vilayətindəki Lyubitskoye və Xarkov bölgəsində Olqovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər
13:40 56 Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı -YENİLƏNİB+FOTO
Xalq şairi Nəriman Həsənzadə torpağa tapşırılıb. xəbər verir ki, Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn edilib. 11:54. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxal
13:16 175 Rusiyanın Qara dənizdə radioelektron kəşfiyyat bölməsi, anbarları və Krımdakı körpüləri məhv edilib
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyada bir sıra mühüm hərbi hədəfləri vurub. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Çernomorskoye ərazisində pilotsuz dəniz katerləri bazası vurulub. Baza qarşı tərəfi
01.08.2026 214 Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçə biləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin sonunadək Qrenlandiyanın Vaşinqtonun nəzarəti altına keçə biləcəyini istisna etməyib. xəbər verir, ki Tramp bunu "Real America's Voice" telekanalına müsahibəsində deyib. ABŞ lideri Qrenlandiyanın ABŞ üçün hələ də "xüsusi əhəmiyyət"
13:50 13 Quba almasının qiyməti kəskin ucuzlaşdı
Bu il əlverişsiz hava şəraiti Qubada alma bağlarına ciddi ziyan vurub. Güclü yağıntılar səbəbindən bir çox bağlarda almaların üzərində ləkələr yaranıb, məhsulun keyfiyyəti aşağı düşüb və fermerlər ciddi maddi itkilərlə üzləşiblər. xəbər verir ki, fermerlərin sözlərinə görə, əvvəlki illərdə bir hekta
01.08.2026 232