Məktəbin giriş qapısında şagirdi it dişlədi - Açıqlama

Məktəbin giriş qapısında şagirdi it dişlədi - AçıqlamaXırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində itlərin şagirdə hücum edərək ona xəsarət yetirdiyi bildirilir.

Bu barədə "Qafqazinfo"ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər. Onların sözlərinə görə, məktəbin 8-ci sinfində təhsil alan qız 6 itin hücumuna məruz qalıb və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Şəhərdə dəfələrlə rast gəlinən belə hadisənin bu dəfə təhsil ocağının həyətində yaşanmasından narahatlıq keçirən valideynlər məsələnin həll olmamasından gileylənirlər.

Məsələ ilə bağlı Xırdalan şəhər 2 nömrəli tam orta məktəblə əlaqə saxladıq. Məktəbdən bildirildi ki, hadisə təhsil ocağının həyətində baş verməyib: "Hadisə şagird məktəbin həyətinə girməmiş, təhsil ocağının giriş qapısının qarşısında olub. Məktəbin ətrafında belə sahibsiz itlər çoxdur. Dəfələrlə məktəblilərə də, buradan keçən şəxslərə də hücum ediblər. Nə qədər müraciət etsək də, tədbir görən olmayıb".

Hadisə ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) də sorğu ünvanladıq. Qurumdan deyildi ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 31-i saat 08:17 radələrində 14 yaşlı şəxsi it dişləməsi səbəbilə müraciət daxil olub: "Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Xəstə sol baldırın yuxarı 3-də 1-nin dişlənmiş yarası diaqnozu ilə Abşeron Mərkəzi Xəstəxanasının Təcili Tbbi Yardım bölməsinə yerləşdirilib. Xəstəxanada yardım göstərildikdən sonra evə buraxılıb. Xəstənin vəziyyəti qənaətbəxşdir".

Xırdalanda bu kimi şikayətlərin çoxluğunu nəzərə alaraq Abşeron Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab verildi: "Sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Tərəfimizdən layihənin smeta xərcləri işlənilib hazırlanıb, bu layihənin tikintisi üçün də maliyyə vəsaiti ayrılıb. Hətta xidməti personal belə təyin edilib. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyəti qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir. Sənədləşmə işləri artıq son mərhələdədir. Bu işlər başa çatdıqdan sonra mərkəzin tikintisinə başlanılacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21.10.2026 338
.

Çox yaşamaq istəyirsiniz? - İt saxlayın

Gündəlik gəzintilər, daha az stress və daha çox ünsiyyət - evdə it saxlamaq təkcə əhval-ruhiyyəyə deyil, həm də insan sağlamlığına müsbət təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər it saxlayan insanların daha aktiv həyat tərzi keçirdiyini və bunun uzunömürlülüklə əlaqəl

21.10.2026 348
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 0
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21.10.2026 401
.

Bir selfi ilə xərçəngin SONU

Süni intellekt texnologiyası xərçəng xəstələrinin sağqalma ehtimalını üzlərinin bir fotoşəkli əsasında proqnozlaşdıra bilər. ABŞ-da aparılan araşdırmada hazırlanmış yeni sistemin həkimlərə xəstələrin vəziyyətini qiymətləndirmək və müalicə qərarları verməkdə kömək edə biləcəyi bildirilib. BİG.AZ xaric

21.10.2026 372
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 399
.

90 il sonra yenidən tapıldı: Nəsli kəsildiyi ehtimal olunan zəhərli heyvan AŞKARLANDI

İndoneziyada uzun illərdir təbiətdə mövcudluğu elmi şəkildə təsdiqlənməyən nadir primat növü yenidən aşkarlanıb. Alimləri təəccübləndirən bu heyvanın zəhərli xüsusiyyətə malik olması onu məməlilər arasında daha qeyri-adi canlılardan birinə çevirir. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, söhbə

21.10.2026 391
.

Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF

"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini v

11:46 0
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21.10.2026 339
.