Bir qrup şəxs üçün parklanma ödənişsiz olacaq

Bir qrup şəxs üçün parklanma ödənişsiz olacaqXidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsi genişləndirilir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, həm ikinci oxunuş zamanı, həm də zamanla işçi qaydada da təkliflər daxil olub: "Bu barədə qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdən sonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb. Birinci təklif xidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif edilir ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilsin. İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da "sükanı tutmadan hərəkət etmək" sözünün əvvəlinə "sükanı olduğu halda" sözlərinin əlavə edilməsi təklif edilir. Üçüncü təklif isə uyğunlaşdırma xarakterlidir. 45-2 maddənin 6-ci bəndində "müvafiq icra hakimiyyəti orqanının" sözündən sonra "müəyyən etdiyi qurum" sözünün əlavə edilməsi təklif edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 655   Tarix: 28 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tibb dünyasında müzakirə olunan araşdırma: Çarə kosmosdadır?

Beynəlxalq Kosmik Stansiyada aparılan təcrübədə bakteriyalara yoluxan virusların mikroqravitasiya şəraitində fərqli şəkildə təkamül keçirdiyi bildirilib. Tapıntıların Yer üzündə aparılan əlavə təcrübələrlə antibiotiklərə davamlı infeksiyalarla mübarizəyə töhfə verə biləcəyi qeyd olunub. Qaynarinfo xəbə

20.01.2026 129
.

Davos Zirvəsi 2026 Başladı

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumun (WEF) 2026-cı il zirvəsi 19-23 Yanvar tarixlərində keçirilir. Zirvənin mövzusu "Dialoq Ruhu"dur. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zirvəyə 3 minə yaxın yüksək səviyyəli lider qatılıb. ABŞ Prezidenti Donald Trump qlobal CEO-larla görü

20.01.2026 297
.

"TikTok" bu şəxslərin hesabını siləcək - Yenilik

"TikTok" Avropa üzrə istifadəçilər üçün gücləndirilmiş yaş yoxlama mexanizmlərini tətbiq etməyə hazırlaşır. "Qafqazinfo" xəbər verir ki, platforma 13 yaşdan aşağı uşaqlara məxsus hesabların qarşısını almağı hədəfləyir. Şirkətdən bildirilib ki, yeni texnologiya profil məlumatları

20.01.2026 165
.

Azərbaycanda bu yağlar bahalaşdı

Azərbaycanda satışda olan duru yağların (günəbaxan və qarğıdalı) əksəriyyəti bahalaşıb. Qaynarinfo-nun məlumatına görə, bahalaşma ən çox Türkiyənin istehsalı olan yağlarda müşahidə edilir. Bu gündən Türkiyənin istehsalı olan 1 litrlik "Kırlangıç" duru yağının (qarğıdalı) qiyməti 7,4 manat olub

20.01.2026 433
.

Talıb Talenin ailəsində ağır itki

Müğənni Talıb Talenin ailəsində ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin bibisi dünyasını dəyişib. Talıb bildirib ki, bibisi onun atası ilə əkiz olub. "Atamın əkiz tayı, sevimli bibimi də itirdik. Pakirar bibi, yaddaşımda hər halımıza yanan, qayğıkeş, daha neçə xoş sözə layiq əs

20.01.2026 638
.

Xalqın Mübarizəsini Tanklar Susdura Bilmədi - KÖŞƏ YAZISI

20 Yanvar Azərbaycan tarixində ağır bir səhifədir. 1990-cı ilin yanvarında sovet ordusunun Bakıya yeridilməsi onlarla günahsız insanın həyatına son qoydu. Hadisələr göstərdi ki, mərkəzi hakimiyyət xalqın artan narazılığını siyasi yollarla deyil, güc yolu ilə dayandırmağa çalışırdı. Sovet ordusunun müdaxiləs

20.01.2026 311
.

Bu il populyarlığı sürətlə artacaq Avropanın az tanınan 10 şəhəri

Barselona və ya Venesiya kimi ənənəvi turizm mərkəzlərindəki izdihamdan qaçmaq istəyən turistlər daha sakit tempdə, nisbətən ucuz qiymətlərlə dincələ biləcəkləri az tanınan istiqamətlər axtarırlar. Qaynarinfo xəbər verir ki, "Omio" platformasının yeni hesabatına əsasən, ötən il bir çox Avrop

20.01.2026 115
.

Türkiyədə narkotik əməliyyatları çərçivəsində daha dörd məşhur saxlanıldı

Türkiyədə hüquq-mühafizə orqanlarının məşhur şəxslərlə bağlı genişmiqyaslı narkotik təhqiqatı nəticəsində daha dörd tanınmış şəxs saxlanılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində sosial media fenomüni Bilal Hancı, jurnalist Mehmet Üstündağ, Abdullah Gençal və İbrahim Baru

20.01.2026 276
.

"Al Jazeera": 2019-2023-cü illərdə Türkiyə İsrailin ən böyük ticarət tərəfdaşlarından olub

Türkiyə 2019-2023-cü illərdə İsrailin əsas ticarət tərəfdaşlarından biri olub. APA xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb. Məlumata görə, bu illərdə Türkiyə və İsrail arasında ticarət dövriyyəsi 35.7 milyard dollar təşkil edib ki, bu da İsrailin xarici ölkələrlə ticarətinin 4.

20.01.2026 165
.

TOP MP3