Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş!

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş!Sənədsiz evlərin tikintisi ilə bağlı qaydaların sərtəşdirilməsindən sonra Bakıətrafı qəsəbələrdə həyət evlərinin inşası nəzərəçarpacaq dərəcədə azalıb. Hətta torpaq sahiblərinin çoxu kommunal xətlərin çəkilməsinin çətinliyini nəzərə alaraq, gözləmə mövqeyində dayanıb. Amma istisnalar da var. Məsələn, Bakının Sabunçu rayonunda, xüsusilə Ramana qəsəbəsində həyət evlərinin inşası əvvəlki qaydada davam edir. Satış saytlarına nəzər salsaq, bu ərazilərdə olan torpaqlarla bağlı elanların sayında xeyli artım müşahidə olunur.

Buna səbəb nədir?

BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxın bəzi ərazilərində yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi qanunsuz tikintilər mövcuddur:

"Tikinti ilə bağlı qanunvericiliyin tələbləri bütün rayonlar üçün eynidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu işlə məşğuldur və komitə nəzdində bununla bağlı portal istifadəyə verilib. Məlumatlandırma icraatı ilə bağlı vətəndaş müraciətini bu portal üzərindən edir və cavabını alır. Bu zaman torpağın Səbail və yaxud Sabunçuda yerləşməsinə görə hər hansı rüsum fərqi yoxdur. Sənədsiz tikililərə gəlincə, şəhərin ərazisindən asılı olaraq, yerli icra hakimiyyəti orqanlarının qanunsuz şəkildə tələb etdikləri müəyyən məbləğ var. Bu məbləğ yerləşməsindən, evin ölçülərindən, mərtəbə sayından asılı olaraq dəyişir. Məsələn, Binəqədi rayonunun ərazisində yerləşən Biləcəri və kənd Binəqədinin tikinti qiymətləri arasında müəyyən fərqlər var. Bu işin hüquqi tərəfidir".

Ekspert qanuni tikintilərlə bağlı ərazidən asılı olmayaraq, icazə rüsumunun eyni olduğunu diqqətə çatdırıb:

"Tez başa gəlmə məsələsinə gəlincə, bu artıq texniki məsələdir. Məsələn, biz Yeni Ramana ərazisində tikinti aparmaq üçün yerli icra hakimiyyəti orqanları ilə daha tez dil tapa bilirik, nəinki Mərdəkanda. Bu isə ərazinin inzibati mərkəz olub - olmamasından asılıdır. Amma sənədli torpaq sahələrinin üzərində, məlumatlandırma icraatı qaydasında tikinti aparılması ilə bağlı Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma məcəlləsi var. Həmin məcəllənin tələbələrinə müvafiq qaydada tikinti aparmalıdır. Bu isə şəhərin bütün rayon və ərazilərində eyni qiymətlədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1526   Tarix: 08 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sülh prosesi nəticəsiz qalır: tərəflər bir-birini lağa qoyur

Ukraynada sülh prosesi dalana dirənib: tərəflər bir-birini lağa qoyur, hər hansı həll yolu isə görünmür. xəbər verir ki, bu barədə CNN-in məqaləsində qeyd olunub. Məqalədə bildirilir ki, Avropa ölkələri və Ukrayna ABŞ-ın tələblərini və təhdidlərini Amerika prezidentini qane edə biləcək bir plana çevirməy

10:58 104
.

Ən güclü evliliyi məhv edə bilən söz

Demək olar ki, hər münasibətdə fikir ayrılıqları olur. Tərəflərin pula, məişətə, uşaqların tərbiyəsinə və ya istirahətə münasibəti fərqlənə bilər. Fərqli düşünmək özlüyündə evlilik üçün təhlükə deyil. Əsas məsələ cütlüyün yaranan problemləri necə müzakirə etməsidir. xarici mediaya istinadla xəbər veri

20.10.2026 380
.

Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul

Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd

20.10.2026 408
.

Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il

20.10.2026 469
.

Ceyran Haşımova mirasını açıqladı

Xalq artisti Ceyran Haşımova mirası ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, Haşımova bu barədə "MTV maqazin"də danışıb. O bildirib ki, hər kəs ölməzdən əvvəl vəsiyyətini hazırlamalıdır:. "Üç nəvəm, bir nəticəm var. İnsan ölməzdən əvvəl mütləq vəsiyyət etməlidir ki, sonra qırğı

20.10.2026 453
.

Bu serial da uğursuz oldu

"Sevdam Karadeniz" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 4-cü bölümdə final edəcək. Layihə gözlənilən reytinqləri toplaya bilməyib. Qeyd edək ki, serialın baş rollarını Meltem Akçöl və Erdem Adilce paylaşır

20.10.2026 423
.

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni payalaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20.10.2026 420
.

Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?

ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi

20.10.2026 364
.

Bu Anlaşma Memorandumu təsdiq edildi

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu" təsdiq edilib. "Qafqazinfo"

20.10.2026 371
.