Ermənilər məşhur "Qarabağ" mahnısını oğurladılar

Ermənilər məşhur "Qarabağ" mahnısını oğurladılarAzərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilməsi və yutubda yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Axşam.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, agentliyin ekspertləri Azərbaycanın xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər. Onların təhlilinə əsasən müəyyən edilib ki, B.Nəsibovun "Qarabağ" əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi "Sirun jan" adlı mahnı B.Nəsibovun "Qarabağ" əsəri ilə tam üst üstə düşür. Ermənilər isə mahnını özününküləşdirməyə çalışırlar. Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun "Qarabağ" əsərinin adı ermənilər tərəfindən "Sirun jan" adı ilə dəyişdirilərək təhrif edilib.

"Qarabağ" adlı mahnı Azərbaycan bəstəkarı Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan bu mahnı 1972-ci ildə Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb və Azərbaycan musiqisi kimi tanınır. Əsər ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilib.

Məlumatda qeyd olunub ki, yutub kanalında yerləşdirilmiş "Sirun jan" adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları və əmlak hüquqları pozulub. Bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır. Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.

Agentlikdən həmçinin bildirilib ki, Azərbaycan xalqına məxsus olan əsərlərin mənimsənilməsi halları ilə bağlı onların Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 917   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cibinizdəki 2 avro minlərlə dəyərində ola bilər - Bu pulları yoxlayın

Adi görünən 2 avroluq sikkələr bəzən nominal dəyərindən yüzlərlə, hətta minlərlə dəfə baha satıla bilər. Nadir buraxılışlar və sikkələrin hazırlanması zamanı yol verilən istehsal xətaları onları kolleksiyaçılar üçün qiymətli əşyalara çevirir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin

20.10.2026 374
.

"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı

və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə

20.10.2026 369
.

Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında

Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir

20.10.2026 285
.

Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d

20.10.2026 296
.

Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma

Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki

20.10.2026 227
.

Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?

ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi

20.10.2026 363
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20.10.2026 358
.

Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır

Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq

20.10.2026 255
.

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb

20.10.2026 430
.