Toyda dava: Bəy gəlinin dayısı oğlunu yumruqladı

Toyda dava: Bəy gəlinin dayısı oğlunu yumruqladıBiləsuvar rayonunda 1985-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Sərdara (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində keçirilən toy məclisində baş verib. Sahib saat 20:35-də Sərdara xəsarətlər yetirib.

Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsi ilə birlikdə Biləsuvar rayonunun kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: "Şadlıq evində mənimlə arvadımın toy məclisi təşkil edildi. Zərərçəkmiş Sərdar arvadımın dayısı oğludur. Mən həmin şəxsi arvadımın qohumu kimi ilk dəfə toy məclisindən əvvəl həyata keçirilən "ciyər axşamı" adlanan məclisdə tanımışam. Toy məclisində saat 20:35-də Sərdar mənə yaxınlaşaraq, toyda oğlan tərəfinin qonağı olan bir şəxsin sərxoş vəziyyətdə söyüş söydüyünü və sonuncunun toy məclisindən çıxarılmalı olduğumu bildirdi. Mən isə Sərdara bəy olduğumu və şikayətini başqa adama deməsini bildirdim. Lakin Sərdar mənim yanımda qaldı və təkrarən eyni sözləri mənə 3 dəfə dedi. Mən həmin şəxsə "əgər səni söyürsə, özün çıxar çölə danış, bu boyda toyda bir kişi sən çıxmamısan ki..." məzmununda cavab verdim. Sərdardan yanımdan getməsini tələb etdim. Həmin vaxt Sərdar qəflətən bir dəfə yumruqla məni vurdu. Əsəbiləşərək ayağa qalxdım və özümü müdafiə etmək məqsədilə Sərdarı bir dəfə yumruqla sifət nahiyəsindən vurdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sərdarın qardaşı onu arxadan vurub və digər qardaşı da onun üzərinə hücum edib: "Mən zərərçəkmiş şəxsin hazırda adını xatırlamadığım qardaşını da özümü müdafiə etmək məqsədilə vurmuşam. Zərərçəkmiş şəxsin baş nahiyəsinin arxa hissəsinə heç bir zərbə endirmədim. Sonradan həmin şəxsi kimin döydüyünü görməmişəm. Sonda zərərçəkmiş şəxsi özümü müdafiə etmək məqsədilə vurmuşam".

İş üzrə zərərçəkmiş Sərdarın sözlərinə görə, təqsirləndirilən Sahib onun bibisi qızının həyat yoldaşıdır: "Şadlıq evində təşkil edilən toy məclisində ailəm ilə birlikdə iştirak etdim. Oğlan və qız toyu birlikdə baş tutuduğuna görə toy məclisində hər iki tərəfin yaxınları iştirak edib. Həmin gün saat 20:35-də toy məclisində bir nəfər şəxsin sərxoş vəziyyətdə söyüş söyməsini eşitdim. Həmin şəxsin oğlan tərəfinin qonağı olduğunu fikirləşdim. Ona yaxınlaşıb, nəsə demədim".

Zərərçəkmiş qeyd edib ki, daha sonra gəlin və bəy masasına yaxınlaşıb, bəyə bir nəfər qohumunun sərxoş vəziyyətdə söyüş söyməsi barədə məlumat verib: "Çünki mən oğlan tərəfindən yalnız Sahibi tanımışam. Buna görə də həmin şəxsə şikayətimi bildirmişəm. Sahibə həmin şəxsin oğlan evinin qonağı olduğunu və söyüş söyməyə davam etdiyini bildirdim. Bunun qarşısını almasını tələb etdim. Bu zaman Sahib heç bir səbəb olmadan yumruqla sifət nahiyəmə zərbə vurdu. Lakin həmin yumruq zərbəsi mənə zəif dəydi. Əgər həmin zərbədən yayına bilməsəydim, mənim boynum sına bilərdi. Bundan sonra isə gəlin və bəyin masasının yaxınında dayanan, məclisi idarə edən şəxs məni vurdu. Həmin şəxsin boynumun arxa hissəsinə endirdiyi zərbə nəticəsində yerə yıxıldım və özümdən getdim. Mən özümə gəldiyim zaman xəstəxanada idim. Sonradan toy məclisində baş verənlərdən mənim heç bir xəbərim olmayıb".

Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Sahib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Azadlığın məhdudlaşdırılması cəzasının icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1575   Tarix: 10 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu serial da uğursuz oldu

"Sevdam Karadeniz" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 4-cü bölümdə final edəcək. Layihə gözlənilən reytinqləri toplaya bilməyib. Qeyd edək ki, serialın baş rollarını Meltem Akçöl və Erdem Adilce paylaşır

20.10.2026 227
.

Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul

Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd

20.10.2026 242
.

Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər

Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql

20.10.2026 245
.

"Dərviş Parisi partladır": Fransanı silkələyən etirazların arxasında nə dayanır?

Azərbaycan tamaşaçısının yaddaşında "Dərviş Parisi partladır" filminin özünəməxsus yeri var. Dərvişin Parisə gəlişi, avropalıların adət-ənənələri ilə qarşılaşması, gözlənilməz hadisələr və milli yumor bu ekran əsərini illərdir sevilən filmlərdən birinə çevirib. Amma bu gün Parisə baxanda istər-istəmə

20.10.2026 237
.

Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır

Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq. Nazirlər Kabineti Gəncə Memorial Kompleksini

20.10.2026 262
.

Bu məşhurların diplomları peşələri qədər təəccüblüdür

Dünya şöhrətli aktyorların bəzilərinin təhsili onların canlandırdıqları obrazlardan və seçdikləri peşədən tamamilə fərqlənir. Məsələn, "Mr. Bean" obrazı ilə tanınan Rowan Atkinson elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb, "Friends" serialında Phoebe Buffay obrazını canlandıra

20.10.2026 352
.

İranın Baş Qərargah rəisi qonşu ölkələri müharibə ilə hədələdi

"Regionda ABŞ-yə ev sahibliyi edən ölkələr bilməlidir ki, İrana qarşı yeni müharibə başlasa, onun alovu hamını cənginə alacaq". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi deyib. Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək seçkilərə toxunan Baş Qərarga

20.10.2026 196
.

Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d

20.10.2026 266
.

Çörçillin az bilinən istedadı: Siyasətdən uzaqlaşanda rəsm çəkirdi

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill təkcə siyasi fəaliyyəti və İkinci Dünya müharibəsindəki rolu ilə deyil, rəssamlığa olan marağı ilə də tanınıb. O, həyatının təxminən 40 ilini rəsm çəkməyə həsr edib və 500-dən çox əsər yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Çörçil

20.10.2026 251
.