Alsu ərini saxtakarlıqda ittiham edir
Rusiyalı müğənni Alsu Bakıda dünyaya gələn yəhudi əsilli həyat yoldaşı Yan Abramova qarşı daha bir iddia ortaya atıb.
Axşam.az xəbər verir ki, ifaçı onu uzun müddətdir davam edən qalmaqalda iştirak etməkdə günahlandırıb. Buna səbəb "Səs Uşaqlar" yarışmasında qızı Mikella üçün səs çoxluğunun pulla alınması olub. Belə ki, Alsu bu işin arxasında onun keçmiş ərinin durduğunu bildirib.
Əvvəllər Alsu özü də bu məsələdə ittiham olunub. 41 yaşlı Alsu onu "ikiüzlü" adlandıran izləyicilərinin birinin səslərin pulla alınması ilə bağlı şərhinə cavab olaraq "Xahiş edirəm, qəzəbinizi və bu mövzuda suallarınızı keçmiş ərimə göndərin" rəyini yazıb.
Alsu məsələ ilə bağlı "Bəli, səsləri aldım. Özümü, imkanlarımı, şöhrətimi çox qiymətləndirdim və bundan istifadə etdim. Bəli, səhv idi. Bu, başqalarına qarşı haqsızlıqdır. Mən ictimaiyyət qarşısında üzr istəmək istəyirəm" sözlərini dilə gətirib.
Qeyd edək ki, "Səs Uşaqlar" şousunda səslərin pulla alınması ilə bağlı qalmaqal 2019-cu ildə baş verib. Mikella şounun altıncı mövsümündə yarışıb və digər iştirakçılar "favorit" hesab edilsə də, o, çoxlarını təəccübləndirərək qalib gəlib. Çoxları səslərin alındığını iddia edib və Mikellanın valideynlərindən şübhələniblər. İnterpolla əməkdaşlıq edən kibertəhlükəsizlik şirkətinin apardığı audit nəticəsində müəyyən edilib ki, həqiqətən də yarışmanın səs verməsində fırıldaqçılıq olub. Bir müddət sonra Alsu qızının qələbəsi üçün pulla səs aldığını etiraf edib. Tamaşaçıların Mikellanın qələbəsinə reaksiyası o qədər şiddətli idi ki, Rusiyanın "Birinci Kanal"ı finalın nəticələrini ləğv etmək və yeni səsvermə təşkil etmək üçün qərar vermək məcburiyyətində qalıb.
Bu qərar çoxlarının da xoşuna gəlməyib, çünki yekunda yenidən Mikella Abramova qalib elan olunub. Ancaq, o, təkrar finalda görünməyib.
Xatırladaq edək ki, Alsunun ərindən boşanması artıq bir neçə həftədir sosial şəbəkələrdə geniş müzakirə olunur. Şayiələrə görə, 18 ildir birlikdə olan cütlüyün ayrılmasına səbəb Timatinin keçmiş sevgilisi, 28 yaşlı Anastasiya Reşetova olub. Onun 46 yaşlı Abramovun məşuqəsi olduğu iddia edilib. Alsu özü də dolayı yolla "O, yalan danışır" şərhini Reşetova haqqında xəbərə şərh yazaraq bunu təsdiqləyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 878 Tarix: 18 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
"World Population Review" təşkilatının 2026-cı il üzrə dərc etdiyi son hesabat qlobal demqrafik mənzərədə ciddi dəyişikliklərin baş verdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, təhlillərə əsasən, dünyanın ən sürətlə böyüyən şəhərlərinin mütləq əksəriyyəti Asiya və Afrika qitələrini
20.10.2026 133 "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Əməkdar artist Mətanət İsgəndərli keçirdiyi mədəkiçiltmə əməliyyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "MTV maqazin" verilişində danışıb. O bildirib ki, 8 saat əməliyyatda qalıb:. "Ölümə qol çəkdim. Səkkiz saat əməliyyat olundum. Səhnə gözəllik tələb edir. Canında
20.10.2026 212 Ceyran Haşımova mirasını açıqladı
Xalq artisti Ceyran Haşımova mirası ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, Haşımova bu barədə "MTV maqazin"də danışıb. O bildirib ki, hər kəs ölməzdən əvvəl vəsiyyətini hazırlamalıdır:. "Üç nəvəm, bir nəticəm var. İnsan ölməzdən əvvəl mütləq vəsiyyət etməlidir ki, sonra qırğı
20.10.2026 242 Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb
20.10.2026 298 Çörçillin az bilinən istedadı: Siyasətdən uzaqlaşanda rəsm çəkirdi
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill təkcə siyasi fəaliyyəti və İkinci Dünya müharibəsindəki rolu ilə deyil, rəssamlığa olan marağı ilə də tanınıb. O, həyatının təxminən 40 ilini rəsm çəkməyə həsr edib və 500-dən çox əsər yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Çörçil
20.10.2026 251 Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər
Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql
20.10.2026 245 Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib
Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini
20.10.2026 243 Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır
Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq
20.10.2026 239 Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
20.10.2026 267