İlham Əliyev Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edib

İlham Əliyev Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.

Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir. Digər bir məqam isə qazıntı yanacağı və onun müəyyən demonizasiyası ilə bağlıdır. Mən bu məsələ ilə bağlı şərhlərimi daha sonra bildirərəm.

Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik. Bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq.

17:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

15:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oksfordda "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada iştirak edir.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edibİlham Əliyev Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edibİlham Əliyev Oksfordda "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 18 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"

Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni payalaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun

20.10.2026 191
.

Qarabağ Milli Parkı yaradılır - Sərəncam

Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcə

20.10.2026 271
.

Sabah 28 dərəcə isti olacaq

Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq

20.10.2026 288
.

İmzanı atdıqdan sonra gəlini necə öpdüsə... - Məşhurlar toyda

Türkiyəli aktyor Serhan Onat və Merve Küsmenoğlu 10 illik münasibətlərini rəsmiləşdirərək ailə qurublar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi İstanbulun Mecidiyeköy səmtində yerləşən "DasDas" məkanında keçirilib. Toyda çoxsaylı məşhurlar iştirak ediblər. Aktyo

20.10.2026 259
.

Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?

Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl

20.10.2026 316
.

Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?

ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi

20.10.2026 289
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20.10.2026 150
.

Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA

"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər

20.10.2026 264
.

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi

Sergen Yalçın Türkiyə Milli Komandasının baş məşqçisi vəzifəsini qəbul etdiyini açıqlayıb. Türkiyə mediasına istinadla bildirir ki, 4 illik razılaşma əldə edildiyini açıqlayan Yalçın deyib: "Ay-ulduz hər şeydən üstündür. Onsuz da yox demək lüksümüz yoxdur". Türkiyə milli komandasının baş məşqçis

20.10.2026 228
.