Ermənilər daha bir mahnımızı oğurladılar: Araşdırma başlandı
Torpaqlarımızı, insanlarımızı, rəqslərimizi, yeməklərimizi, mahnılarımızı, əsərlərimizi oğurlamaqdan yorulmayan ermənilər bir mahnımızı daha oğurlayıblar. İndi də Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi "Yarım gilə" mahnısını oğurlayıblar. Sosial şəbəkələrdə mahnının erməni dilində ifasının videogörüntüləri yayılıb.
Mahnının tarixi və yaranması ilə bağlı Cavanşir Quliyev Pressklub.az-a açıqlamasında bildirib ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb. Və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brilliant Dadaşova ilə yazıb, efirə veriblər: "Brilliant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra türkiyəli müğənni Ezgi Mert bu mahnını oxuyub, albomuna saldı".
Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni "Yarım gilə"ni oğurlayaraq, oxuyub: "Mən onları axtarıb, tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib, dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər. Və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var".
Müsahibimiz deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub: "Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. "YouTube"da mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəyəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü "Facebook"da görmüşəm. "YouTube"dadırsa, onu tapıb, "YouTube" vasitəsilə hüquqi işləri görmək olar. Amma "Facebook"da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib, videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəyəm".
Maraqlıdır, bu hadisə ilə bağlı Əqli Mülkiyyət Agentliyi bir tədbir görəcək? Mahnı agentlikdə rəsmi qeydiyyata alınıb?
Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, agentlik məsələni araşdırıb, lazımi məlumatı verəcək.
Qeyd edək ki, bir neçə gün öncə sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında "Sirun jan" adı altında "Armenian Folk", yəni "erməni xalq mahnısı" qeydi ilə "YouTube" platformasında yerləşdirilmişdi. Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi isə həmin mahnının mövcud platformalardan silinməsinə nail olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 492 Tarix: 27 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyran Haşımova mirasını açıqladı
Xalq artisti Ceyran Haşımova mirası ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, Haşımova bu barədə "MTV maqazin"də danışıb. O bildirib ki, hər kəs ölməzdən əvvəl vəsiyyətini hazırlamalıdır:. "Üç nəvəm, bir nəticəm var. İnsan ölməzdən əvvəl mütləq vəsiyyət etməlidir ki, sonra qırğı
20.10.2026 205 Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır
Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq
20.10.2026 235 Zelenskinin seçkilərlə bağlı planı barədə iddia səsləndirilib
Kiprin jurnalisti Aleks Xristoforu Ukrayna lideri Vladimir Zelenskinin Avropa İttifaqının (Aİ) dəstəyini almaq məqsədilə ölkədə seçkilərin təxirə salınmasında maraqlı olduğunu iddia edib. xəbər verir ki, Xristoforu bu fikirləri özünün "YouTube" kanalında səsləndirib. "Məndə belə təəssüra
20.10.2026 225 Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA
"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər
20.10.2026 257 Kim Çen In insultdan sonra ölüb - İDDİA
Sosial mediada Şimali Koreya liderinin beyin qanaması keçirdiyi və Çin xəstəxanasında öldüyü iddia edilir. Şimali Koreya lideri Kim Çen Inın sosial mediada artıq öldüyü bildirilir. Onun insult keçirdikdən sonra Çin xəstəxanasına aparıldığı iddia edilir. Lakin Pxenyan buna yeni fotolarla cavab verib
20.10.2026 283 Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcə
20.10.2026 253 Cibinizdəki 2 avro minlərlə dəyərində ola bilər - Bu pulları yoxlayın
Adi görünən 2 avroluq sikkələr bəzən nominal dəyərindən yüzlərlə, hətta minlərlə dəfə baha satıla bilər. Nadir buraxılışlar və sikkələrin hazırlanması zamanı yol verilən istehsal xətaları onları kolleksiyaçılar üçün qiymətli əşyalara çevirir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin
20.10.2026 157 Sabah 28 dərəcə isti olacaq
Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq
20.10.2026 270 "Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"
Əməkdar artist Mətanət İsgəndərli keçirdiyi mədəkiçiltmə əməliyyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "MTV maqazin" verilişində danışıb. O bildirib ki, 8 saat əməliyyatda qalıb:. "Ölümə qol çəkdim. Səkkiz saat əməliyyat olundum. Səhnə gözəllik tələb edir. Canında
20.10.2026 156