"BP-Azerbaijan": "Yanan gəminin ekipaj üzvləri təxliyə ediliblər"

"BP-Azerbaijan": "Yanan gəminin ekipaj üzvləri təxliyə ediliblər"Bu gün səhər saatlarında yanğının baş verdiyi gəmi "bp-Azerbaijan" şirkətinin sifarişi ilə "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun ərazisində açıq dənizdə dalğıc işləri həyata keçirib.

Bunu "Report"a açıqlamasında şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib.

"Bu gün səhər saatlarında yanğının baş verdiyi dalğıc gəmisi AÇG blokunun ərazisində sualtı işlər həyata keçirirdi. Gəmi blokda fəaliyyət göstərən heç bir platformaya xidmət göstərmir və yanğın zamanı onların heç birinin yaxınlığında olmayıb", - deyə o qeyd edib.

Menecerin sözlərinə görə, yanğın nəticəsində xəsarət alan olmayıb, gəminin bütün ekipaj üzvləri yaxınlıqdakı gəmilərə uğurla təxliyə edilib və hazırda təhlükəsiz ərazidədirlər.

"Gəmi müqavilə ərazisindən təhlükəsiz məsafəyə aparılıb", - "bp-Azərbaycan"ın rəsmisi vurğulayıb.

"Report"un öz mənbələrindən əldə etdiyi məlumata görə, dalğıc gəmisi "Maritime Logistics Inc" şirkətinə məxsusdur.

09:54

Xəzər dənizində yanan gəmi ilə bağlı bəzi detallar məlum olub.

APA xəbər verir ki, yanğın "Caspian Power" gəmisində baş verib.

"Caspian Challenger" gəmisi vasitəsilə 40 nəfər təxliyə edilib. Gəminin mexanikinin və başqa bir nəfərin də yanıq xəsarətləri aldığı bildirilir.

09:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

09:04

Xəzər sularında gəmidə yanğın başlayıb.

"Trend"in məlumatına görə, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərrikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.

Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsiz yerə köçürülüb. Təxliyə prosesində digər bir gəmidən istifadə edilib.

Yanğının səbəbləri hələlik məlum deyil, lakin müvafiq xidmətlər hadisə yerində təhlükəsizliyi təmin edir və yanğının tamamilə söndürülməsi üçün işlər davam etdirilir. Eyni zamanda, gəmidə baş vermiş ziyan və müvəqqəti təhlükəsizlik tədbirləri ilə bağlı araşdırmalar aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 760   Tarix: 31 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

11:14 215
.

Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?

Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl

15:17 183
.

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy

19.10.2026 518
.

Zelenskinin seçkilərlə bağlı planı barədə iddia səsləndirilib

Kiprin jurnalisti Aleks Xristoforu Ukrayna lideri Vladimir Zelenskinin Avropa İttifaqının (Aİ) dəstəyini almaq məqsədilə ölkədə seçkilərin təxirə salınmasında maraqlı olduğunu iddia edib. xəbər verir ki, Xristoforu bu fikirləri özünün "YouTube" kanalında səsləndirib. "Məndə belə təəssüra

11:09 206
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19.10.2026 411
.

Rusiya-ABŞ əlaqələri Ukrayna münaqişəsinin həllinə təkan verə bilər

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara zəmin yarada bilər. xəbər verir ki, Miroşnik bu barədə "İzvestiya" nəşrinə müsahibəsind

11:03 202
.

Toyda iylənmiş ət verilən "Çıraq Palace"da yoxlama - Video

Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib. "Qafqazinfo" xəbər verir ki, yoxlama Bakı şəhəri

12:22 257
.

Bu məşhurların diplomları peşələri qədər təəccüblüdür

Dünya şöhrətli aktyorların bəzilərinin təhsili onların canlandırdıqları obrazlardan və seçdikləri peşədən tamamilə fərqlənir. Məsələn, "Mr. Bean" obrazı ilə tanınan Rowan Atkinson elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb, "Friends" serialında Phoebe Buffay obrazını canlandıra

12:10 265
.

Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz

13:01 278
.