Əvvəlcə övladları, indi isə özü öldürüldü - İsmayıl Haniyə kimdir?
Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun lideri İsmayıl Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimindən sonra paytaxt Tehranda qaldığı iqamətgahında sui-qəsd nəticəsində öldürülüb. Sui-qəsdə görə İsrail və ABŞ ittiham edilsələr də, Birləşmiş Ştatlar məsuliyyəti üzərinə götürməyib. İsrail isə ümumiyyətlə xarici mediada yayılan məlumatlara şərh verməyə lüzum görmədiyini bəyan edib.
Bəs İsmayıl Haniyə kimdir?
Oxu.Az qətlə yetirilən HƏMAS rəsmisi haqqında bəzi məlumatları təqdim edir:
İsmayıl Haniyə 1963-cü ildə Qəzza zolağındakı Əl-Şati qaçqın düşərgəsində anadan olub. Ailəsi 1948-ci ildə ərəb-İsrail müharibəsi zamanı Aşkelon şəhərindən qaçmaq məcburiyyətində qalıb.
Haniyə 1987-ci ildə Qəzza İslam Universitetini bitirib. 1989-cu ildə ərəblərin İsrail işğalına qarşı qiyamını xarakterizə edən ilk intifadada (qiyam) həbs edilib. 1992-ci ildə həbsdən azad edilsə də, Livana sürgün olunub. Lakin cəmi bir gün sonra Qəzzaya geri dönüb.
İ.Haniyə 1999-2004-cü illərdə HƏMAS-ın baş katibi Şeyx Əhməd Yasinin aparat rəhbəri vəzifəsində çalışıb. 2005-2006-cı illərdə Fələstin Qanunvericilik Məclisinə keçirilən seçkidə HƏMAS-ın 132 yerdən 74-nü qazanması Haniyənin də karyerasında sıçrayış olub. O elə həmin il ABŞ və İsrailin müqavimətinə baxmayaraq, Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas tərəfindən baş nazir təyin edilib.
Lakin 2007-ci ilin iyununda Qəzza zolağında HƏMAS və "Fəth" qruplaşmaları arasında münaqişə pik həddə çatdığı üçün o, Mahmud Abbas tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb.
Haniyənin 13 övladı olub. 2010-cu ildə Qəzza şəhərinin dənizkənarı məhəlləsi olan Rimalda 2500 kvadratmetr torpaq sahəsi aldığı və ərazini öz kürəkəninin adına rəsmiləşdirdiyi bildirilib. Digər məlumata görə, HƏMAS rəsmisinin sərvəti 10 milyard dollardır.
Haniyənin bacıları Xolidia, Laila və Sabah İsrail vətəndaşlarıdır və İsrailin cənubundakı Təl-əs-Sabidə yaşayırlar. Üç bacının uşaqlarından bəziləri İsrail Müdafiə Qüvvələrində xidmət ediblər. Haniyənin nəvəsi 2013-cü ilin noyabrında, qayınanası isə 2014-cü ilin iyununda İsrail xəstəxanasında müalicə olunub.
Qeyd edək ki, 2024-cü il aprelin 10-da İsrail ordusu HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ailə üzvlərini daşıyan avtomobili atəşə tutub. Hücumda üç oğlu və dörd nəvəsini itirən Haniyə övladlarının Qəzzanı tərk etmədiklərini, Qüds və Əl-Əqsa məscidinin azad edilməsi üçün canlarını fəda etdiklərini deyib.
Ramazan bayramında İsrail ordusunun təşkil etdiyi hücumda yaralanan Haniyənin nəvəsi Mələk Haniyə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. İsrail mətbuatının yazdığına görə, Haniyənin oğullarına sui-qəsd İsrail ordusu və kəşfiyyatının əməkdaşlığı ilə həyata keçirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1163 Tarix: 31 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGecə yuxudan tez-tez oyanmaq hansı problemlərin əlaməti ola bilər?
Gecə ərzində dəfələrlə oyanmaq, yenidən yuxuya getməkdə çətinlik çəkmək və səhər yorğun qalxmaq yuxunun keyfiyyətinə təsir edən problemlərdəndir. Bu hal bəzən stress və gündəlik vərdişlərlə bağlı olsa da, bəzi hallarda yuxu pozuntularının və ya digər sağlamlıq problemlərinin əlaməti ola bilər. BİG.A
14:23 194 Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb
14:05 193 "Məni həyata bağlayan qüvvəm"
Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladına olan sevgisini bu sözlərlə ifadə edib:. "Qızım, dünyam, nəfəsim! Qızım, məni həyata bağlayan qüvvəm. Allahdan ən böyük istəyim onu qorumaqdır". Qeyd edək ki, Məleykə Əsədovanın qızı Gülə
19.10.2026 489 "Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı
və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə
17:03 93 Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19.10.2026 368 İranlı nazir Qərbi Ukrayna ilə bağlı mövqeyinə görə tənqid edib
Qərb ölkələrinin Ukrayna böhranı ilə bağlı yanlış mövqeyi münaqişənin uzanmasına səbəb olub. İranın xarici işlər naziri Abbas Əraqçi Qərb ölkələrini mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırıb. xəbər verir ki, -nun məlumatına görə, Əraqçi bu barədə rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda
10:17 199 Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"
19.10.2026 446 Qulaqlarınızı cingildətməyin!
Bir müddət əvvəl bu köşədən dilə gətirmişdim: "Ağanın paltosunu tutan çox olar" deyə. Bəziləri bunu öz üzərinə götürüb, yanlış anlayıb, ya da elə işinə gəldiyi üçün qəribə bir təlaşla lazımsız giley-güzarlara, müxtəlif hallara bürünməyə başlayıb. Açıq və dəqiq deyim: Heç vecimə də deyilsiniz
15:59 144 Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19.10.2026 411