Dövlət Bayrağı Meydanında çoxdan gözlənilən hadisə gerçəkləşdi
Bakıda Dövlət Bayrağı Meydanında yenidən üçrəngli bayrağımız dalğalanır. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bayraq test məqsədilə asılıb.
Qeyd edək ki, Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
20000 kvadratmetr ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr (2010-2017), bünövrəsinin diametri 3.2, bünövrənin üst hissəsinin diametri 1.09 metr idi.
Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
2021-ci ildə Türkiyənin "Çimtaş" şirkəti Azərbaycan üçün yeni bayraq dirəyi hazırlamağa başladı. Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacağı bildirilmişdi. Qeyd olunurdu ki, dirək əsasından yuxarıya qədər diametri 5.7 metrdən 2 metrə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
Tamamlanma işləri ilə bağlı rəsmi məlumat verilməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 850 Tarix: 02 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq. Nazirlər Kabineti Gəncə Memorial Kompleksini
16:39 0 Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy
19.10.2026 509 Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır
Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə
10:55 182 Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?
Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel
19.10.2026 346 Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb
11:42 269 Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA
"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər
13:15 172 İlk tək səyahət üçün ən ideal 5 istiqamət
Solo səyahətlər dünya turizmində güclü tendensiyaya çevrilib. Xaricə tək səyahət edən turist istirahət formatını ailə üzvlərinin və ya dostlarının deyil, məhz öz maraqlarına uyğun seçə bilər. Lakin psixoloji baxımdan belə bir addım atmaq bəzən olduqca çətin olur. Qaynarinfo xəbər verir ki, dünyanın 100-də
19.10.2026 422 "Kupça"sız evə bu yolla sənəd almaq olar
Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi is
11:01 228 İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19.10.2026 353