Qədim Misirdə pişiklər niyə bu qədər sevilirdi? - TARİX

Qədim Misirdə pişiklər niyə bu qədər sevilirdi? - TARİXQədim Misirlilər dünyada bu günə qədər aktual olan nəhəng mədəni iz qoyub getdilər. Onun ən mühüm hissələrindən biri pişiklərə ibadət, pişik bütü ilə bağlıdır.

Lent.az Qədim Misirdə pişik bütünün yaranması, onun xüsusiyyətləri ilə bağlı yazını təqdim edir.

E.ə V əsrin ortalarında Qədim Misiri gəzmiş qədim yunan tarixçisi Herodot yazırdı ki, yerli əhali arasında pişik ailənin üzvü hesab olunurdu. Pişik öləndə ailədə yas qurulur, dəfn mərasimləri keçirilir, kişilər dərdlərini ifadə etmək üçün qaşlarını qırxırdılar. Dövrümüzə çatan bir çox heykəlciklər, eləcə də divarlardakı və stellalardakı təsvirlər pişiyin istənilən qədim misirlinin həyatının ayrılmaz hissəsi olduğunu göstərir. İnsanlar pişiklərin mehriban, oynaq və ağıllı xüsusiyyətlərinə heyran qaldılar və tədricən onları öz bütləri seçirdilər. Herodotun yazdığına görə, Bubastis şəhərinin məbədləri ətrafında pişiklərin populyasiyası o qədər çox idi ki, həmin pişikləri Bastet tanrısına müntəzəm olaraq qurban verilirdi və cəsədləri mumiyalanırdı. Onlar sonradan xatirə olaraq zəvvarlara satılırdı. Pişiklərin axirətdə özlərini yaxşı hiss etmələri üçün onları oyuncaqlarla, həyatda sevdikləri ilə, hətta siçan mumiyaları ilə birlikdə basdırırdılar ki, ev heyvanlarının yeməkləri olsun. Zənginlərin pişikləri naxışlı və müqəddəs mətnlərlə toxunmuş kətanlara bükülür, başına qızıl maska ​​taxılırdı. Mumiya bəzən qızılla bəzədilmiş taxta və ya əhəngdaşı sarkofaqda yerləşdirilirdi. Hətta pişik balalarını kiçik tunc qutularda da basdırırdılar.

Qədim Misirdə bəzi tanrılar və ilahələr pişiklər kimi təsvir edilmişdi. Bu ilahələrdən biri Bastetdir - sevinc və əyləncə ilahəsi. Qədim misirlilər onu pişik başı, əlində sistrum (çınqırtıya bənzəyən Misir musiqi aləti), ayağında isə dörd pişik balası olan qadın kimi təsvir edirdilər. Bütün pişiklər Bastetin təcəssümü hesab olunurdu və ilahəni incitməyin ən pis yollarından biri onun pişiklərindən birinə zərər vermək idi. Təəssüf ki, eramızdan əvvəl 59-cu ildə Misirə səfər edən bir Roma elçisi bunu ciddi qəbul etmədi və pişiyi öldürdü. Diodor Sikulusun dediyinə görə, qəzəbli misirlilərdən ibarət bir izdiham tezliklə toplanaraq, öldürülən pişiyin qisasını almaq üçün elçini öldürdü və hətta firon da onu ölüm hökmündən xilas edə bilmədi. Üstəlik, hətta Misirdən pişiklərin çıxarılması qanunla qadağan edildi, çünki ölkədəki bütün pişiklər qanuni olaraq fironun mülkü hesab olunurdu. Misirlilər yürüşlərə çıxanda və ya ticarət karvanları təchiz etdikdə və yad ölkələrdə pişiklər aşkar etdikdə, onları, öz fikrincə, aid olduqları Misirə qaytarmaq üçün satın alırdılar və ya qaçırırdılar.

Pişik obrazında olan digər məşhur ilahə isə Sehmetdir. Aslan başlı təsvir olunan Sehmet qızmar günəş, qisas və müharibə ilahəsi idi. Bəşəriyyətin cəzalandırılması barədə mifdə bəşəriyyəti praktiki olaraq məhv edən o idi. Orta Krallıq dövründə Misirin qoruyucuları olan fironlar tez-tez Sehmet ilə müqayisə edilirdi, buna görə də ilahə bəzən düşmənləri məhv edən alovlu oxlarla təsvir edilirdi.

E.ə 525-ci ildə Əhəməni hökmdarı II Kambiz tərəfindən sərhəd şəhəri Pelusiumun mühasirəyə alınmasını təsvir edən tarixçi Ptolemey, misirlilər üçün pişiklərin əhəmiyyətindən aydın şəkildə bəhs edən bir hadisəni xatırladır. Misir istehkamlarına hücum edə bilməyən farslar yaxınlıqda tapdıqları bütün pişikləri tutaraq, onları birinci sıralarda gedən əsgərlərin qalxanlarına bağlayaraq, döyüşə girdilər. Düşmənin hiyləsindən xəbər tutan firon döyüşçülərinə düşmənə ox və nizə atmağı qadağan edir, buna görə misirlilər döyüşdə üstünlüklərini itirir və məğlub olurlar.

380-ci ildə Böyük Feodosi dövründə Bast bütü rəsmi olaraq qadağan edildi. Və tədricən Misirdə pişiklər müqəddəs heyvanlardan adi ev heyvanlarına çevrildilər. Bununla belə, biz onlara heyran olmağa və hələ də nazlarını çəkməyə davam edirik, ona görə də onların hələ də müqəddəs qaldığına dair bir şübhə var.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 957   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.