"Yayda uşağa dərs oxutmayın": Məktəbə qarşı qıcığı necə yox etməli?

"Yayda uşağa dərs oxutmayın": Məktəbə qarşı qıcığı necə yox etməli?15-20 il öncə ilə müqayisədə günümüzdə şagirdlərin diqqətini dərsə fokuslaması artıq fərasət sayılır. Çünki diqqəti yayındıran amillərin sayı gündən-günə artır: sosial şəbəkələr, tətbiqlər, oyunlar, texnoloji alətlər və s.

Təxminən üç ay sürən yay tətili də müəllimlərin uşaqların yeni tədris ilinə təzə həvəslə başlayacaqları gözləntisini daha doğrultmur.

Bəs görəsən, şagirdlərə təzyiq etmədən diqqətlərini dərsə yönləndirmək və fikirlərini yayındıran amillərin qarşısını almaq üçün hansı addımları atmaq olar?

Oxu.Az mövzu ilə bağlı suallarını Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Təşkilat Şöbəsinin müdiri, professor İbrahim Bayramova ünvanlayıb.

İ.Bayramov nümunə üçün əvvəlcə özünün təhsil aldığı dönəmdən söz açıb:

"Bizim vaxtımızda şagirdlərin dərsə marağı tamamilə təbii idi. Həmin vaxtlar bilik yarışına çıxırdıq. Bu, təhsil sistemində, məktəblərdə yaradılan şəraitlə bağlı olurdu. Çünki müəllim-şagird-valideyn üçbucağı qurulmuşdu. Hər üç tərəf məsuliyyəti bərabər bölüşürdü, şagirdin dərsləri, psixoloji vəziyyəti ilə bağlı birgə narahatlıq yaranırdı. Bundan əlavə, məktəbin müəllimlərinin, direktorun və s. marağı var idi ki, şagirdləri yaxşı nailiyyətlər əldə etsinlər. Hətta televiziyadan belə, şagirdlər məlumatlar əldə edirdilər.

Məktəb kompleks tədbirlərin cəmləndiyi yerdir. Təkcə müəllimin üzərinə məsuliyyət yükləməklə iş bitmir".

Ekspert vurğulayıb ki, elmi biliyin mənimsənilməsi məktəbdə yekunlaşmalıdır, şagirdlər repetitorlara yönəlməməlidirlər:

"Sosial şəbəkələrin sayı çoxalıb, telefonlardan asılılıq artıb. Digər tərəfdən, şagirdlər repetitor yanına getdikləri üçün məktəbin mənasız bir yer olduğunu düşünürlər. Hətta aşağı sinifdən də hazırlığa gedənlər var. Müəllimlər çalışmalıdırlar ki, proqram materiallarını sinifdə şagirdlərə çatdırsınlar, lakin bəzilərinin gücü çatmır. Bu baxımdan, sertifikasiya imtahanı uğurlu modeldir. Ancaq sertifikasiyadan keçən müəllimlərin şagirdləri sonda repetitor yanına gedəcəklər, ya yox - bu, sual altındadır".

O əlavə edib ki, metodikada stabillik, vahidlik yoxdur:

"Hər bir müəllimin dərsi onun əsəridir, yaradıcılığıdır. Müəllimlər metodikaya doqmatik formada yanaşmamalıdırlar, sinfin ümumi hazırlığını bilməli və şagirdlərə qarşı fərdi yanaşma metodlarından istifadə etməlidirlər. Çünki hər şagird bir dünyadır. Onlar müxtəlif psixologiyada, düşüncədə olurlar, fərqli ailələrdən gəlirlər. Ailələrin hər birində problemlər ola bilər. Bu nüans şagirdlərə birbaşa sirayət edir, onların dərsə marağına təsir göstərir.

Siniflərdəki şagirdlərin sayı da vacib məsələdir. İbtidai sinifdə bəzən 35-40 şagird olur. Bundan əlavə, şagirdlərin məktəblərdən yayınma hallarının qarşısı alınmalıdır. Çünki hər bir fənnin şagirdə müsbət təsiri var. Burada məktəb rəhbərliyi məsuliyyət daşıyır".

Professor qeyd edib ki, müəllimlər arasında vahid tələbkarlıq olmalıdır:

"Məsələn, bir müəllim daha tələbkardır, digəri laqeyddir. Yaranan balans ziddiyyəti şagirdi çaşdırır. Müəllimlər arasında monolit birlik formalaşmalıdır. Onlar metodikasında dərsi nə çox sərt, nə də çox üzüyola tədris etməlidirlər. Müəllim şagirdinin ali təhsildə uğursuz, hansısa peşədə uğurlu olacağını düşünürsə, ona peşənin gözəlliyini izah edərək istiqamət verməlidir, aşağılayıcı formada yox, şagird əzilməməlidir".

İ.Bayramov son olaraq deyib ki, valideynlərin məktəblərə cəlb edilməsi tendensiyası çox zəifdir:

"Əksinə, valideynlər məktəbə getməyə, dərsləri dinləməyə maraqlı olmalıdırlar. Məktəb rəhbərliyi buna şərait yaratmalıdır".

Professor əlavə edib ki, şagirdlərin yay tətilində məktəbə həvəsli olmaları ailədən başlayır:

"Ailənin, valideynlərin məktəbə münasibəti dəyişməlidir. Onlar övladlarına məktəbin müqəddəs yer olduğunu aşılamalıdırlar. Məktəbin də üzərinə müəyyən vəzifələr düşür. Yay tətili dövründə məktəbdə yay düşərgəsi təşkil edilə bilər. Şagirdlər əyləncəli oyunlar, maraqlı tədbirlər üçün məktəbə gedə bilərlər. Beləcə, məktəbə qarşı nifrət hissləri olmaz. Tədris prosesində məktəbin görkəmli şəxsiyyətləri ilə görüşlər təşkil edilsə, effektiv olar. Şagirdlər həmin şəxslərə baxaraq təhsil ocağına daha da həvəsli olacaqlar".

İ.Bayramov qeyd edib ki, şagirdləri yay tətilində dərslə yükləmək olmaz:

"Uşaqlar yayda həm psixoloji, həm də fiziki tərəfdən dincəlməlidirlər. Çünki onlar doqquz ay oxuyurlar, müəyyən tapşırıqlar yerinə yetirirlər, beyinləri daim aktiv işləyir. Ona görə qənaətim budur ki, yay dövründə şagirdlər tam sərbəst olmalıdırlar. Dərs çalışmalarını, hazırlığa getmələrini tövsiyə etmirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1164   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni doğulan qızı ilə tətilə getdi

Aparıcı Çinarə Əliyeva ailəsi ilə istirahətə gedib. OLAY yazır ki, bu barədə Çinarə instaqramda fotolar paylaşıb. O, yeni doğulan qızı Mədinə ilə ilk uçuşları olduğunu bildirib

15:34 275
.

Faiq Ağayev tənqidçilərini "cahil" adlandırdı - FOTOLAR

Xalq artisti Faiq Ağayev "DreamFest"dəki obrazı ilə bağlı mənfi şərhləri cavablandırıb. "Yeni Sabah" xəbər verir ki, o, "Instagram"da post paylaşıb:. "Cəsarət mətinlik göstəricidir. Əsl güc, haqlı olduğun yolda qətiyyətlə, rahat addımlamaqdır. Cahillərin təzyiqi is

18:15 162
.

Zelenski Kiyevlə Varşava arasında münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Varşava arasında münasibətlərin gərginləşməsindən sonra ilk dəfə Polşaya səfər edib. "UNIAN" xəbər verir ki, Zelenski Lyublin şəhərində Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək. Məlumata görə, tərəflər Zelenskinin ABŞ-a son səfərinin nəticələrini

19:00 120
.

ABŞ-Səudiyyə Ərəbistanının İraqa endirdiyi zərbələr nəticəsində ən azı 20 nəfər ölüb, 32 nəfər yaralanıb, İranla əlaqəli milislər bildirib

Xalq Səfərbərlik Qüvvələrinin Telegram-da yayımladığı açıqlamaya görə, ABŞ və Səudiyyə Ərəbistanı qüvvələrinin İraqda İranla əlaqəli "logistika və silah mərkəzlərinə" birgə hücumları nəticəsində ən azı 20 nəfər ölüb, 32 nəfər yaralanıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, hücumlar Bağdad

12:25 188
.

"Yatmış gözəl"in əsl qəsri: Harada yerləşir və turistləri nə ilə valeh edir?

Nağıllardakı "Yatmış gözəl" qəsrinin uydurma olduğu düşünülsə də, bu obraza ilham verdiyi hesab edilən real qəsr Fransada, Luara vadisinin mərkəzində yerləşir. Qaunarinfo xəbər verir ki, bu barədə Divany.hu nəşri yazıb. Söhbət Luara və Endr çaylarının qovuşduğu ərazidə, Şinon meşəsinin kənarınd

28.07.2026 346
.

ABŞ İranla müharibəyə 150 milyard dollardan çox xərcləyib - "The Telegraph"

ABŞ İranla müharibə başlayandan bəri müharibəyə ən azı 151,3 milyard dollar xərcləyib. xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb. Məlumata görə, Harvard Universitetinin professoru Linda Bilmes qeyd edib ki, Pentaqon rəhbəri Pit Heqsetin qeyd etdiyi 37,5 milyard dollarlı

20:30 41
.

Bu teatrın direktoru vəzifəsindən azad olundu

Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov vəzifəsindən azad olunub. "Report"a istinadən xəbər verir ki, o öz ərizəsi əsasında işdən ayrılıb. Mədəniyyət Nazirliyindən faktı təsdiq ediblər

13:06 176
.

Psixoloji dəstək üçün süni intellektə etibar etmək olarmı? - PSİXOLOQDAN AÇIQLAMA

Son illərdə süni intellekt əsaslı çat-botlar və rəqəmsal platformalar təkcə gündəlik suallara cavab vermək üçün deyil, həm də emosional dəstək və psixoloji məsləhət almaq məqsədilə istifadə olunur. Bir çox insan stress, narahatlıq, tənhalıq və digər psixoloji çətinliklərlə üzləşdikdə ilk olaraq bu proqramlar

11:05 231
.

Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,3% azalaraq 4086.1 ABŞ dollarına bərabər olub. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,59% artaraq 57.87 dollar təşkil edib

19:15 105
.

TOP MP3