Zamirə Hacıyevanın sərvət dəyərindəki qızılları özünə qaytarılır
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın milyonlarla dollarlıq qızıl-zinət əşyaları və mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə işi davam edir.
BiG.AZ xəbər verir ki, bu barədə "The Evening Standard"ın London nəşri material hazırlayıb.
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA-National Crime Agency) Zamirə Hacıyevanın qanunsuz yolla əldə etdiyi deyilən zinət əşyalarının böyük qisminin qaytarılması barədə qərar qəbul edib.
Məlumat üçün deyək ki, NCA Zamirə Hacıyevanın Londonun məşhur "Harrods" univermağında qızıl-zinət əşyaları da daxil olmaqla alış-verişə 16 milyon funt sterlinqdən çox məbləğ xərclədiyini üzə çıxardıqdan sonra məsələ ilə bağlı araşdırma açılmışdı.
Nəşrin xəbərinə görə, indi Zamirə Hacıyevanın həmin qızıl-zinət əşyalarını qanuni vəsait hesabına aldığı öz təsdiqini tapdığı üçün onların sahibinə qaytarılacağı rəsmiləşib.
Onu da deyək ki, Zamirə Hacıyeva agentliyin mülklərinə qoymaq istədiyi müsadirə tələbi ilə ötən ay razılaşıb. Buraya onun Naytsbrikdəki 14 milyon funt sterlinq dəyərindəki malikanəsi və Berkşirdəki qolf klubu daxildir.
Məhkəmənin qərarına görə, hər iki əmlak çirkli pulların yuyulması nəticəsində satın alınıb.
Zamirə Hacıyeva isə öz növbəsində müsadirə qərarı ilə razılaşsa da, iddiaları təkzib edib.
Onun ərinin sərvətinin qeyri-qanuni mənbəyi barədə hər hansı məlumatı olub-olmaması barədə isə heç bir nəticə əldə olunmayıb.
Yazıda o da qeyd olunub ki, sözügedən məsələlərlə bağlı işin icrasının bu ay davam etdirilməsi nəzərdə tutulsa da, NCA bu prosesi də açıqlanmayan sövdələşmə əsasında dayandırdığını bəyan edib.
Nəşr aydınlaşdırıb ki, qərarla Hacıyevanın mülklərinin və dəbdəbəli daş-qaşlarının 30 faizlik hissəsi müsadirədən uzaqlaşdırılaraq, onun şəxsi aktivlərinə geri qaytarılacaq.
Sözügedən zinət əşyalarının dəyəri təxminən 10 milyon funt-sterlinqdən artıq qiymətləndirilib.
NCA-nın sərvət dəyərindəki qiymətli zinət əşyaları ilə bağlı bu qərarı araşdırma işlərinin əsas amillərə yönəldiləcəyi ilə əlaqələndirilib.
Buna baxmayaraq, yerli anti-korrupsiyaçılar qərarı risk kimi gördüklərini dilə gətiriblər.
Qeyd edək ki, 60 yaşlı Z. Hacıyeva Böyük Britaniyada çirkli pulları hədəf alan "McMafia" qanunvericiliyinə görə məsuliyyətə cəlb olunan ilk xarici vətəndaş və qadın olub. O bu ölkədə ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində 2018-ci ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunmuş, 2 gün sonra sərbəst buraxılmışdı.(qafqazinfo)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 11 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914