Dövrün aktual problemi-İntihar! Səbəblər və cəzalar AÇIQLAMADA

Dövrün aktual problemi-İntihar! Səbəblər və cəzalar AÇIQLAMADAHazırda intihar, çox mürəkkəb qlobal bir problemdir və bu bütün dünyanı narahat edən məsələdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il təxminən 800 000 insan intihar səbəbindən həyatını itirir, hər 40 saniyədən bir kimsə, həyatına qəsd edir və onların arasında kişilər, xüsusilə yeniyetmələr daha çoxdur.

Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, intihar hallarına dünyanın bütün ölkələrində və müxtəlif yaş qruplarında rast gəlinir:

"Səbəblərə psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, genetik problemlərin olması kimi halları aid etmək olar.Lakin mən psixoloq kimi düşünürəm ki, intiharı aradan qaldırmaq üçün ümumiyyətlə bu haqda danışmamaq lazımdır. Çünki KİV-də və digər mətbuat yayınlarında nə qədər intihardan danışılırsa o qədər cəmiyyətimizdə intihara meyillilik artır. Uşaqlar valideyinlərini, ər-arvadını, dost-dostu intihar edəcəyi ilə bağlı şantaj edir. ".

Dövrün aktual problemi-İntihar! Səbəblər və cəzalar AÇIQLAMADAPsixoloq bildirib ki, problemin həllinə gəlincəsə qeyd edim ki, intihar edən şəxsin psixologiyasını düzəltməyin elə bir müalicə yolu yoxdur:

"Özünə qapanan, asosial olan insanlar mütləq şəkildə psixoloqa və ya psixoterapevtə müraciət etməlidirlər. Əks təqdirdə bu problemdən qurtulmaq mümkün deyil".

İntihara sürükləyəni hansı cəzalar gözləyir? Sualına isə cavab verən vəkil Turan Abdullazadə qeyd edib ki, insan hüquq və azadlıqları sistemində ən mühüm yer yaşamaq hüququna məxsusdur:

"Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsi ilə hər kəsin yaşamaq hüququ və insanın qanunsuz olaraq həyatdan məhrum edilməsinin yolverilməzliyi təsbit edilmişdir.

Dövrün aktual problemi-İntihar! Səbəblər və cəzalar AÇIQLAMADA"İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən, hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 6.1-ci maddəsinə görə, yaşamaq hüququ hər bir insanın alınmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kim özbaşınalıqla həyatdan məhrum edilə bilməz.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin mənasına görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirin birbaşa və ya dolayı qəsd formasında törədilir.

Yetkinlik yaşına çatmayanları özünü öldürməyə təhrik, sövq, təbliğ və ya köməklik etməyə görə daha ağır cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Bu cinayətə görə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 11 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xırdalanda tıxacların qarşısını almaq üçün iki yeni yol salınır

Xırdalanda iki yeni yol salınacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxı

10:46 161
.

Hədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri

Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli

11:28 144
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

11:59 276
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18.10.2026 226
.

Nizami rayonunda iki gün su olmayacaq

Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərl

10:00 179
.

Trampın Özbəkistana səfəri planlaşdırılır

Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib. "Biz səfərin baş tutmasını istərdik

12:31 105
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib

11:57 120
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18.10.2026 304
.

Polşanın Baş nazirinə qarşı sui-qəsd çağırışı: 46 yaşlı kişi saxlanıldı

Polşada Baş nazir Donald Tuska sui-qəsd çağırışları etməkdə şübhəli bilinən şəxs saxlanılıb. xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Adam Şlapka "X" sosial şəbəkəsində məlumat verib. "Dünən Oborniki şəhərində polis Baş nazir və Seym sədri də daxil olmaqla, Polşa rəsmilərin

11:07 140
.