İsrailin öldürdüyü "Hizbullah" lideri Həsən Nəsrullah kimdir? – ONU TANI

İsrailin öldürdüyü "Hizbullah" lideri Həsən Nəsrullah kimdir? – ONU TANIİsrail ordusu cümə günü Beyrutda keçirilən qanlı bombardmanda "Hizbullah" lideri Həsən Nəsrullahı öldürdüklərini açıqlayıb. Bəs, "Hizbullah" lideri Nəsrullah kimdir?

Lent.az "Onu tanı" rubrikasında Həsən Həsrullahın həyatında maraqlı məqamları təqdim edir.

"Hizbullah" lideri Həsən Nəsrullah 1960-cı il avqustun 31-də Livanın paytaxtı Beyrutun şimal-şərqindəki Burc Hamud bölgəsində anadan olub. 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda 15 yaşı olan Nəsrullah ailəsi ilə birlikdə doğulduğu Sur şəhərinin əl-Bəzuriyə kəndinə qayıdıb və oradakı şiə Əməl hərəkatına qoşulub.

İraq və İranın şiə mərkəzlərində "havza" adlı məktəblərdə dini təhsil alan Nəsrullah daha sonra Livana qayıdıb və Əməl hərəkatının lideri Abbas Musəvinin qurduğu məktəbdə təhsil alıb. O, 1982-ci ildə İsrail Livanı işğal etdikdən sonra "Hizbullah" təşkilatına qoşulub. Abbas Musəvi 1992-ci ildə İsrail tərəfindən öldürüldükdən sonra 1992-ci il fevralın 12-də "Hizbullah"ın baş katibi seçilib.

İsrail-Livan müharibəsi zamanı, 2006-cı il iyulun 14-də Nəsrullahın bir neçə saat əvvəl ziyarət etdiyi ofis İsrailin atdığı bombalar nəticəsində dağıdılıb. Lakin Nəsrullah sağ-salamat qaça bilib. "Hizbullah"ın 2000-ci ildə Livanın cənubunun 22 illik İsrail işğalından azad edilməsində, daha sonra isə 2006-cı ilin iyul müharibəsində İsrailə qarşı oynadığı rol Nəsrullaha böyük nüfuz qazandırsa da, 2006-cı il Livan müharibəsinin qalibi bir çox Yaxın Şərq ölkələrində "Hizbullah" olaraq görülüb.

Nəsrullah həmçinin Livan və ərəb məhbuslarının və İsrailin əlində olan üsyançıların cəsədlərinin qaytarılması üçün mübadilə sazişinin imzalanmasında mühüm rol oynayıb.

O, Əsədi dəstəkləyəndən sonra populyarlığını itririb

Möhtəşəm çıxışları və güclü şəxsiyyəti onu ərəb və islam dünyasında məşhur edən amillər olsa da, çıxışları geniş əks-səda və diqqət qazanıb. Lakin 2011-ci ildə baş verən Suriya inqilabını yatırmaqda "Hizbullah" Bəşər Əsəd rejiminin tərəfinə keçdikdən sonra Nəsrullah populyarlığını xeyli itirib.

"Hizbullah" İranın dəstəklədiyi digər silahlı hərəkatlarla birlikdə Əsəd rejiminin Suriyada inqilabçılara qarşı başlatdığı müharibədə iştirak edib, Suriyanın bir çox qəsəbə və şəhərində qırğınlar törədib, milyonlarla suriyalının didərgin düşməsinə töhfə verib. Bu, "Hizbullah"a, onun rəhbərliyinə və xüsusən də Nəsrullaha qarşı ciddi tənqidlərə səbəb olub.

Nəsrullahın adı "HƏMAS"ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının 2023-cü il oktyabrın 7-də "Fələstinlilərə, xüsusən də Məscidül-Əqsa kimi müğddəs dəyərlərə qarşı davamlı qanunsuzluqlara cavab vermək və İsrailə qarşı genişmiqyaslı hücuma keçməsindən sonra yenidən gündəmə gəlib.

Nəsrullah Fələstin müqavimətinə dəstək üçün Livanın cənubunda İsrailə qarşı cəbhə açıldığını açıqlayıb və bir çox çıxışlarında Qəzzada müharibə bitənə qədər bu cəbhənin sakitləşməyəcəyini bildirib. Bununla belə, Nəsrullah bu cəbhənin Fələstinə dəstək cəbhəsi olduğunu vurğulayaraq, İsraillə hərtərəfli müharibəyə girmək istəmədiklərini eyham edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1548   Tarix: 28 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

20:45 0
.

Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib

Vaşinqtonun əvvəlki hərbi müdaxilə siyasəti faydasız idi. "Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Corciyada tərəfdarları qarşısında çıxışında bildirib. "Əvvəllər biz içəri girir, insanları bombalayır və sonra çıxırdıq. Bilirsiniz, bu nə idi? Biz həyatları məhv etdik

10:30 173
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

15:00 131
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

11:00 176
.

Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 281 kq qızıl, 2 813,8 kq gümüş istehsal edilib. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qızıl istehsalı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,9 %, gümüş istehsalı isə 5,7 % azalıb. Ötən 9 ay ərzində Azərbaycanda mi

18:20 0
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18:10 0
.

Pakistan ordusu Əfqanıstanla sərhəddə ağır silahlardan istifadə edib

Pakistan Silahlı Qüvvələri Əfqanıstan hərbçilərinin Kurram sərhəd bölgəsində açdığı atəşə cavab olaraq ağır silahlardan istifadə edib. "Report" xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb. "Pakistan ordusu Kurram sektorunda Əfqanıstan Talibanını

13:30 157
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

15:40 109
.

Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib

Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"

12:30 168
.