Avropanın iqtisadi cəhətdən ən qüdrətli dövləti Almaniyanı gözləyən TƏHLÜKƏ - TƏHLİLİ

Avropanın iqtisadi cəhətdən ən qüdrətli dövləti Almaniyanı gözləyən TƏHLÜKƏ - TƏHLİLİAvropanın iqtisadi cəhətdən ən qüdrətli dövləti Almaniyada gələn il kritik seçkilər keçiriləcək. Söhbət kansler seçkilərindən gedir. Bu seçkilərdə mühafizəkar Xristian Demokrat İttifaqının (XDİ) lideri Fridrix Mertzin namizədliyi irəli sürüləcək. Almaniya əhalisinin 30 faizinin dəstəyini əldə edən bu siyasi təşkilatın seçkidə uğur qazanacağı ehtimal edilir. Mühafizəkarlardan kanslerliyə namizəd olacağı ehtimal edilən XDİ-nin rəhbəri miqrant axınının azaldılmasının, sosial bazar iqtisadiyyatı konsepsiyasına qayıtmağın və Ukraynaya aktiv dəstək verilməsinin tərəfdarıdır. O ki qaldı indiki kansler Olaf Şoltsa - Almaniya vətəndaşlarının üçdə ikisi 2025-ci ildə keçiriləcək parlament seçkilərində Sosial Demokrat Partiyasının (SDP) liderinin yenidən kansler postuna namizəd irəli sürülməsinə qarşıdır.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Hazırda Almaniyanın siyasi mənzərəsi köklü dəyişikliklər yaşayır. Yerli seçkilərdə müxalifətin qələbəsi hökumət koalisiyası və kansler Olaf Şolts üçün fəlakət kimi qiymətləndirilir. Almaniyanın şərqində Saksoniya və Türingiya əyalətlərində keçirilən sorğulara əsasən, miqrasiyaya qarşı sərt tədbirlərin görülməsini müdafiə edən ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası mövqelərini gücləndirib. Partiya seçki kampaniyasında Almaniyanın hakimiyyət orqanlarının miqrasiya nəzarətini gücləndirməli olduğunu bildirib.

Əksəriyyət hesab edir ki, iqtisadi problemlər, miqrasiya mübahisələri və populizmin yüksəlişi ölkədə rəhbərliyin dəyişilməsi üçün münbit şərait yaradır. Bir zamanlar sabitliyin simvolu olan Olaf Şolts indi vəzifədən kənarlaşdırılma təhlükəsi ilə üz-üzədir. Ölkənin ən kritik regionu - Brandenburqdakı seçkilərin nəticələri təkcə bu əyalətin rəhbərliyini deyil, Almaniyanın ümumi siyasi gələcəyini müəyyən edəcək.

Növbəti aylar həlledici olacaq

Növbəti aylar Şolts, partiyası və bütövlükdə ölkə üçün həlledici olacaq. SDP hakimiyyətdə qalacaqmı, yoxsa Almaniya daha sağa meyl edəcək? Almaniyanın bütün sərhədlərində müvəqqəti nəzarətin tətbiqi və miqrantların ölkəyə birbaşa girişinin qadağan edilib-edilməməsi ilə bağlı polemikalar hazırda ölkənin əsas müzakirə mövzusudur. İqtidar və müxalifət nümayəndələri hələ də miqrasiya qanunvericiliyində islahatlarla bağlı ortaq məxrəc tapa bilməyiblər. Elə bir gün olmur ki, Almaniyada miqrasiya siyasəti ilə bağlı davam edən müzakirələrdə yeni fikirlər ortaya çıxmasın. Daxili işlər naziri Nensi Fezer elan edib ki, miqrantların sığınacaq müraciətlərinə rədd cavabı veriləcək.

Miqrantlar üçün də çətin dövr başlayır

Ümumiyyətlə, Almaniyada miqrantlar üçün də çətin dövr başlayır. Olaf Şolts keçən həftə bıçaqla silahlanmış terrorçunun yerli şənlik iştirakçılarına hücum edərək üç nəfəri öldürdüyü Solingen şəhərinə səfəri zamanı ölkədən deportasiyanı artıracağını vəd edib. Polis hadisəni törədənin Suriyadan olan 26 yaşlı İŞİD üzvü olduğunu bildirib. Ölən üç nəfərdən əlavə, səkkiz nəfər yaralanıb. Hücum Almaniyada sağçı əhval-ruhiyyəni gücləndirib və hökumətin miqrasiya proqramına qarşı tənqidlərə səbəb olub. Bu, Şoltsun siyasi reytinqinə də ağır zərbə vurub.

Federal polis bu ilin ilk altı ayında qeyri-qanuni miqrantların yarıdan çoxunun ölkəyə girişinə icazə verilmədiyini açıqlayıb.

Ukraynanın dəstəkçisi - Mertz

Miqrasiya qanunlarının sərtləşdirilməsinin ölkənin birbaşa Ukrayna siyasəti ilə də bağlılığı var. Çünki miqrantların əksəriyyəti məhz Ukraynadandır. Bu fonda Şoltsun rəqibi Fridrix Mertzin Ukrayna müharibəsinə baxışları diqqət çəkir. Qeyd edək ki, o, 2022-ci ildə Kiyevə ilk səfər edənlərdən biri olub və o vaxtdan Ukraynaya maksimum dəstəyin tərəfdarı kimi ad çıxarıb. Mertz dəfələrlə Almaniya hökumətinin Kiyevi döyüş sursatı və qabaqcıl silah sistemləri ilə təchiz etmək üçün "ləng və qətiyyətsiz" hərəkətlərini kəskin tənqid edib. O, Almaniyanı Kiyevi TAURUS raketləri ilə təchiz etməyə çağırır, Olaf Şolts isə buna qarşıdır. Bu yay Mertz Almaniyanın Kiyevə hərbi dəstəyini, xüsusən də qırıcı təyyarələrin tədarükü ilə gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. "İnanıram ki, biz Ukraynaya heç olmasa öz hava məkanı üzərində suverenliyi bərpa etməkdə kömək etməliyik, çünki infrastruktura, elektrik və su təchizatına, xəstəxanalara və qocalar evlərinə edilən bu raket hücumları yalnız yerdən idarə oluna bilməz", - deyə Mertz ARD telekanalının "Frag selbst" proqramına müsahibəsində bildirib.

Digər namizədlər

Sosioloji məlumatlara əsasən, ehtimal etmək olar ki, 2025-ci il seçkilərindən sonra hökumətin formalaşdırılmasında XDS/XSS-in ən ehtimal olunan tərəfdaşı ASDP olacaq. Hazırda partiya federal səviyyədə sorğularda 14-15% səs toplayır və konservativ blokdan iki dəfədən çox geri qalır. Həm partiyanın özünün, həm də Şoltsun reytinqinin əhəmiyyətli dərəcədə düşməsinə baxmayaraq, sosial-demokratlar hələlik öz namizədlərini dəyişdirmək niyyətində deyillər.

"Yaşıllar"a gəldikdə, onların şanssız namizədi hazırkı iqtisadiyyat və iqlim naziri Robert Habek olacaq. O, xarici işlər naziri Annalena Berbokun kansler vəzifəsinə iddialarından könüllü imtina etməsindən sonra partiyadan alternativsiz namizəd olub.

"Almaniya üçün Alternativ" hələ öz namizədini elan etməyib, hərçənd bu ilin yayında partiyanın həmsədri Tino Xrupalla müsahibələrinin birində bildirmişdi ki, digər həmsədr Alisa Vaydelin namizədliyini dəstəkləyir. O, 2025-ci ildə kansler vəzifəsinə iddialı olan ikinci qadın ola bilər. Birincisi, təbii ki, Sara Vagenknextdir.

Beləliklə, digər Avropa dövlətləri kimi, Almaniya da ifrat sağların nəzarətinə keçə bilər. Bu isə ölkə üçün yaxşı nəsə vəd etmir. Millətçi qanadın güclənməsi ilə miqrantlara qarşı radikallıq artacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 791   Tarix: 29 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

15:00 131
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

15:40 109
.

Gözəllik naminə ölüm riski: Estetik əməliyyata gedənlər nələri bilməlidirlər?

Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

13:00 174
.

İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır

Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb

16:20 44
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

16:10 73
.

Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onla

20:30 0
.

Azərbaycanda mənzillər bahalaşdı

Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili

11:00 176
.

Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"

"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa

10:00 191
.

ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi hücumu zamanı təxminən 5 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib. "ABŞ-nin hərbi bazalarına v

15:20 118
.